Məhkəmə qərarları › İş №2(060)-4942/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4942/2020

26.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4942/2020 26.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh xxxx ASC-nə qarşı «akt əsasında hesablanmış borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh xxxx ASC-nə qarşı «akt əsasında hesablanmış borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 86.30 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, ünvan 1 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh tərəfindən elektrik enerjisinə görə 86,30 manat limitdən artıq istifadəyə görə borcunun olduğu hesablanmışdır. İddiaçı mənzildə istifadə edilən elektrik enerjisinin dəyərini mütəmadi olaraq ödəmişdir. 2019-cu ilin avqust ayında iddiaçının mənzilinə xidmət göstərən sayğaca müdaxilə edilmiş, mənzilinə xidmət edən sayğaca əlavə xəttinqoşulması iddiaçı tərəfindən aşkar edilmişdir. Müdaxiləni görüncə dərhal cavabdehin nümayəndəsinə müraciət etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərkən iddiaçının mənzilinə xidmət edən sayğaca qoşulmuş əlavə xətt dərhal cavabdehin nümayəndəsi Rəşad tərəfindən çıxarılmışdır. Bu zaman heç bir akt tərtib edilməmiş, yalnız 2 gündən sonra protokol tərtib edilmişdir. Bundan sonra elektrik enerjisinə görə 86,30 manat borcun olması barədə bildiriş verilmişdir. Cavabdeh elektrik enerjisinə görə yaranmış borcu “orta sərfiyyat norması“ əsasında hesablamışdır. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əsasən vətəndaşlarla hesablaşmalar sayğac göstəricilərinə əsasən aparılmalıdır. Həmin qərara əsasən X3yə görə orta sərfıyyat normalarına kommersiya təşkilatları ilə aparılan hesablaşmalarla edilir. İddiaçı borc məbləği ilə razılaşmır. Sayğac mənzilin blokunda yerləşir. İstehlakçı kimi iddiaçı elektrik sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X7 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək “xxxx” ASC Şimal RETSİ tərəfindən ona məxsus mənzilə X3yə görə hesablanmış 86,30 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili xx.xx.2000-ci il tarixində abonent qeydiyyatına alınıb, xx.xx.2008-ci il tarixində mənzilə elektrik hesabat sayğacı quraşdırılıb. xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 1096,66 manat hesablanmışdır. Abonent həmin dövürlə 1015,02 manat ödəniş etmiş və hal-hazırda iddiaçının sayğaca görə 81,64 manat debitor borcu qalmışdır. Abunə haqqında çıxarışdanda görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 18 mkr., 19a saylı evin, 9 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan abunə haqqı arayışdan görünür ki, İddiaçı sayğaca görə 86.30 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən verilmiş 50-01/427 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, icraatda olan 2(060)-4942/2020 saylı mülki iş üzrə “xxxx” ASC” “Şimal” RETSİ-nə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evi **********01656 saylı kodla xx.xx.2000-ci il tarixindən abonent qeydiyyatındadır. Həmçinin məhkəmənin nəzərinə çatdırılmışdır ki, abonentin mənzilinə xx.xx.2008-ci ildə ÜG 6803V10 tipli ********** zavod nömrəsi, ******* dövlət möhürlü sayğac quraşdırılaraq istismara verilmişdir. Məlumat üçün bildirmişlər ki, abonentin mənzilində quraşdırılmış ********** zavod nömrəli sayğac, mənzil 10 ünvanında yaşayan S.Seyidova məxsus mənzildə quraşdırılmış ********** zavod nömrəli sayğacla çarpaz düşməsi ilə əlaqədar ərizəsi və Sumqayıt EŞ-nin aparıcı mühəndisinin xidməti məlumatı “X1 Komissiyası”nda araşdırılmışdır. Araşdırma nəticəsində yaranmış debitor borcun hesabatına baxılmış və xx.xx.2020-ci il tarixli, ŞR/744 saylı protokol tərtib olunmuşdur. Lakin 10-cu mənzilin sakini S.Seyidov aparılmış hesabatla razılaşmadığına görə tərtib edilmiş protokolun icrası mümkün olmamışdır. Abonentin xx.xx.2020-ci il tarixinə enerjitəchizalçı təşkilata 62.93 manat borcu vardır. Beləliklə işin araşdırılan və iş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı mənzilində quraşdırılmış ********** zavod nömrəli sayğac, həmin binanın 10 nömrəli mənzilində yaşayan S.Seyidova məxsus mənzildə quraşdırılmış ********** zavod nömrəli sayğacla çarpaz olaraq birləşdirilmişdir. Lakin 10-cu mənzilin sakini S.Seyidov aparılmış hesabatla razılaşmadığına görə tərtib edilmiş protokolun icrası mümkün olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı əlavə olaraq hesablanmış 34 manat məbləğində borc silinməlidir. «X3 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X3 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «xxxx» ASC tərəfindən Sumqayıt şəhəri, 18 mkr., 19a saylı evin, 9 nömrəli mənzilinə itirilmiş elektrik enerjisinin bərpası üçün əlavə hesablanmış 34 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən Sumqayıt şəhəri, 18 mkr., 19a saylı evin, 9 nömrəli mənzilinə (Abunə kodu: **********01656) itirilmiş elektrik enerjisinin bərpası üçün əlavə hesablanmış 34 (otuz dörd) manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar