Məhkəmə qərarları › İş №2(060)-495/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-495/2023

26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-495/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, AR Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin 49/139 №-li, xx.xx.1993-cü il tarixli orderi ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 845 №-li, xx.xx.2022-ci il tarixli 97 №-li protokoldan çıxarışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Masallı rayonundan anadan olmuşdur. Doğum haqqında şəhadətnamə əsasında ona şəxsiyyət vəsiqəsi də verilmişdir. Hal-hazırda da ad, soyad və ata adı da Ərizəçi kimi rəsmiləşdirilmişdir. Belə ki, uzun illər müxtəlif vaxtlarda hərbi komissarlığda xidmətdə olmuşdur. Sumqayıt şəhəri, X3 qəsəbəsi MİH-nin 157 №-li, xx.xx.1993-cü il tarixli məktubu və 16 №-li protokoluna əsasən. Sumqayıt şəhəri, X3 qəsəbəsi, keçmiş Stepnaya. indiki Cəfər Cabbarlı küçəsində yerləşən yaşayış sahəsi 27.0 kv.m olan 9 saylı evin 2 otaqlı 15 saylı mənzili ailə üzvü də nəzərə alınmaqla ona təqdim olunmuşdur. Həmçinin sözügedən protokol Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 504 №-li, 1993-cü il tarixli əmri ilə təsdiq edilmişdir. Lakin Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 845 №-li, xx.xx.2022-ci il tarixli 97 №-li protokoldan çıxarış sənədində soyadı səhv olaraq “Əliyev” əvəzinə “Ağayev”, həmçinin Sumqayıt şəhəri, X3 qəsəbəsi, keçmiş Stepnaya. indiki Cəfər Cabbarlı küçəsində yerləşən yaşayış sahəsi 27.0 kv.m olan 9 saylı evin 2 otaqlı 15 saylı mənzili səhv olaraq “45” kimi yazılmışdır. Halhazırda sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, mənzilin dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi ilə bağlı AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və sənədlərdəki uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Sənədlərdə həqiqətən uyğunsuzluq olması aşkardır və bu məhkəmə qaydasında aradan qaldırıla bilər. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək, eyni məzmunlu izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin və Sumqayıt şəhər qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.1993-cü il tarixli orderdən görünür ki, Ərizəçi yaşayış sahəsi 27.0 kv.m olan 2 otaqlı Stepnaya küçəsi, ev 9 ünvanında yerləşən 15 saylı mənzili ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2022-ci il tarixli, 845 №-li sənədindən görünür ki, Sumqayıt şəhəri, X3 qəsəbəsi MİH-nin xx.xx.1993cü il tarixli, 97 №-li protokolunda Ağayev Fəxrəddin Abusət oğluna və onun ailə üzvü X1 yaşayış sahəsi 27.0 kv.m olan 2 otaqlı Stepnaya küçəsi, ev 9 ünvanında yerləşən 45 saylı mənzili ayrılmışdır. - Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 504 №-li, 1993-cü il tarixli əmrdən görünür ki, Sumqayıt şəhəri mənzil bölüşdürmə, mənzil dəyişdirmə və mənzil-tikinti kooperativləşdirmə mənzillərinin bölüşdürülməsi komissiyasının xx.xx.1993cü il tarixli 97 №-li protokolu təsdiq edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil- İstismar hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, X3 qəsəbəsi, keçmiş Stepnaya. indiki Cəfər Cabbarlı küçəsində yerləşən yaşayış sahəsi 27.0 kv.m olan 9 saylı evin 2 otaqlı 15 saylı mənzilinin sahibi Ərizəçi və ailə üzvlərinin sayı 4-dür. - AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri mənzil bölüşdürmə, mənzil dəyişdirmə və mənzil-tikinti kooperativləşdirmə mənzillərinin bölüşdürülməsi komissiyasının xx.xx.1993-cü il tarixli 97 №-li protokolu ilə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 9-da yerləşən 45 nömrəli mənzil Ağayev Fəxrəddin Abusət oğluna və onun ailə üzvü X1 təqdim olunmuşdur. Təqdim olunan xx.xx.1993-cü il tarixli, 49/139 nömrəli orderdə isə mənzil sahəsinin Ərizəçi ayrıldığı qeyd olunmuş, həmçinin mənzilin nömrəsinə “15” düzəlişi edilmiş, lakin sənəddə aparılmış düzəliş müvafiq qaydada təsdiq olunmamışdır. Həmçinin ərizəyə əlavə olunan AR Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon mənzil hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2194 nömrəli 2 saylı forma arayışında mənzilin nömrəsi “15” qeyd olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil- İstismar hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 2265 №-li arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, X3 qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən 9 saylı evin 15 saylı mənzilində qeydiyyatdadır və yaşayır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil- İstismar hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhər H. Zeynalabdin qəsəbəsi Tağıyev – 1 hərbi şəhərciyi C.Cabbarlı küçəsində yerləşən 9-cu bina 40 mənzillidir və 45 saylı mənzil yoxdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuşdur. - 001347 №-li vəsiqənin surətindən görünür ki, Ərizəçi əlildir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Sumqayıt şəhəri mənzil bölüşdürmə, mənzil dəyişdirmə və mənzil-tikinti kooperativləşdirmə mənzillərinin bölüşdürülməsi komissiyası tərəfindən, xx.xx.1993-cü ildə «Ağayev Fəxrəddin Abusət» oğlunun adına verilmiş, hüquqmüəyyənedici sənəd olan xx.xx.1993-cü il tarixli, 97 №-li protokolda Ərizəçi soyadı səhvən “Ağayev” kimi və yaşayış sahəsi 27.0 kv.m olan 2 otaqlı Stepnaya küçəsi, ev 9 ünvanında yerləşən 15 saylı mənzilinin nömrəsi səhvən «45 saylı» kimi qeyd olunmuşdur. Qeyd olunan hüquqmüəyyənedici sənəd olan protokolda yanlışlıqlar aradan qaldırılmadan ərizəçi həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Ərizəçinin soyadındakı və mənzilin nömrəsindəki səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin sənədlərində göstərilən həqiqi soyadı adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin 49/139 №-li, xx.xx.1993-cü il tarixli orderinin və Sumqayıt şəhəri üzrə mənzil bölüşdürmə, mənzil dəyişdirmə və mənzil-tikinti kooperativləşdirmə mənzillərin bölüşdürülməsi komissiyasının xx.xx.1993-cü il tarixli 97 №-li protokolunun Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin 49/139 №-li, xx.xx.1993-cü il tarixli orderi və Sumqayıt şəhəri üzrə mənzil bölüşdürmə, mənzil dəyişdirmə və mənzil-tikinti kooperativləşdirmə mənzillərin bölüşdürülməsi komissiyasının xx.xx.1993-cü il tarixli 97 №-li protokolunun Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar