Məhkəmə qərarları › İş №2(060)-4954/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4954/2022

25.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4954/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X26 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, üçüncü şəxs X10 nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mirasın qəbulu müddətinin uzadılması (üçüncü şəxslər: X21 və X22) tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun X3mış mirasın qəbulunun gecikdirməyinin səbəbini üzrlü sayaraq miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xalası X23 xx.xx.2021-ci ildə vəfat etmişdir. Xalasından ünvan 1 ünvanda yerləşən 44 saylı mənzil miras qalmışdır. Bununla əlaqədar, iddiaçı həmin əmlaka qanun üzrə vərsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqavıt Şəhər 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaçıya vərərsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Cavabdehin imtinası iddiaçının mirasın qəbulu müddətinin ötürməyilə əsaslandırılmışdır. İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəbdən gecikdirmişdir. Belə ki, o, 2022-ci ilin fevral ayında mirasın qəbulu ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət etmişdir. Sumqayıt Şəhər 3 saylı notariat ofisinin notariusu iddiaçıya birinci növbə vərəsə olmadığından yalnız mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulu üçün müraciət edə biləcəyini bildirmişdir. İddiaçı da bu səbəbdən 13 iyun 2022-ci il tarixdən sonra mirasın qəbulu ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh notariusu tərəfindən iddiaçıya imtina məktubu təqdim edilmişdir. Odur ki, hazırki iddia ərizsəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılarkən X22 (bundan sonra – üçüncü şəxs) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, X22 ərizə ilə notariat orqanına müraciət edərək X3mış miras əmlakın qəbul etdiyini bildirmişdir. Lakin, ona qohumluq əlaqələrini sübut edən sənədlərin olmaması səbəbindən məhkəməyə müraciət etməsi izah edilmişdir. Hazırki vəziyyətdə onun Anna Popkova ilə heç bir qohumluq münasibətləri müəyyən edilməyib. İddiaçının anası X30 Popkovanın bacısıdır. Yəni, iddiaçının Anna Popkova ilə qohumluğu mübahisə mövzusu deyildir. Anna Popkovanın iddiaçıdan, yəni bacısı qızından daha yaxın qohumluq dərəcəsinə aid qohumu yoxdur. Anna Popkova vəfat etdikdən sonra iddiaçı mirasın qəbulu ilə bağlı Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət edib. Notarius tərəfindən iddiaçıya bildirilib ki, o daha uzaq qohum olduğu üçün öncə yaxın dərəcəli qohumların müraciət edib-etməmələri müəyyən edilməlidir. Bu səbəbdən iddiaçı xalasının ölümündən 6 ay keçdikdən sonra məhkəməyə müraciət etməlidir. İddiaçı da həmin 6 ayı gözləyib və bundan sonra Cavabdehnə müraciət edib. Notarius isə ona mirasın qəbulu üçün müddəti buraxdığı üçün imtina cavabı verib. 13 iyun 2022-ci il tarixdə iddiaçının mirası qəbuletmə müddəti tamam olub. İddiaçı 24 iyunda notariat orqanına müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X10 nümayəndəsi, Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, X31 Nadejda İvanovanın xalasıdır. Kazimi Nadejda da Anna Popkovanın vərəsədir. Kazimi Nadejda həmçinin Anna Popkova üzərində qəyyum təyin edilib və miras əmlak olan mənzildə yaşayır. Anna Popkovaya ölən günədək Kazimi Nadejda baxıb, onun qulluğunda durub. O, mirasın qəbulu üçün Cavabdehnə vaxtında müraciət etmiş, lakin ona Anna Popkova ilə qohumluq münasibətləri təsdiq olunmadığından ona imtina cavabı verilmişdir. Qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunub. İddiaçı mirasın qəbulu müddətini üzrlü səbəbdən buraxması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməyib. İddiaçı notarius tərəfindən ona 6 aydan sonra müraciət etməsinin tövsiyə olunduğunu bildirsə də, bunu sübut edə bilmir. İddiaçı tərəf bildirir ki, 1-ci kateqoriya qohum olmadığı üçün onlara 6 ay vaxt verilib. Bununla bağlı üçüncü şəxs də notariusa müraciət edib, qəbul ediblər. Ona 6 ay sonra gəlməyi deyilməyib. Notarius imtinanı iddiaçıya rəsmi qaydada verməyib. İddiaçı əlində ölüm haqqında şəhadətnamə olmadığı üçün heç notariusa müraciət belə edə bilməzdi. İddiaçı Kazimi Nadejdanın mirasın qəbulu ilə bağlı 1 saylı notariat ofisinə müraciət etdiyini eşidib və o da notariusa müraciət edib. Çünki, notariusun ona belə bir tövsiyə etməsi mümkün deyildir. Üçüncü şəxs Nikolay Popkov iş üzrə marağı olan şəxsdir. Bu səbəbdən iddiaçı onu öz mövqeyini təsdiq etmək üçün üçüncü şəxs kimi cəlb edib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxs X17 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında verdiyi izahatında üçüncü şəxs Nikolay Papkov bildirmişdir ki, o iddiaçının və Kazimi Nadejdanın dayısı oğludur. Yəni, əslində o da Anna Popkovanın vərəsəsidir. Lakin, o öz payından imtina edir və miras əmlakla bağlı notariat orqanına müraciət etməyib. Miras əmlakın iddiaçı ilə Kazimi Nadejda arasında bölüşdürülməsinə də etiraz etmir. Belə ki, iddiaçı Anna Popkova vəfat etdikdən qısa bir müddət sonra Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət edib. Notarius ona mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddət bitdikdən sonra müraciət etməsini tövsiyyə edib. İddiaçı da həmin müddət bitdikdən sonra notariat orqanına müraciət edib. Bu zaman isə ona mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürdüyü bildirilib. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən iddiaçı X8 ölümündən sonra harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq ünvan 2 ünvanında qeydiyyatda olan mənzili bütün əmlakına bütün səbəblərə görə vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı iş aparmağı X17 həvalə etmişdir. İddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2022-ci il tarixli, 918 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçılara imtina cavabı verilmişdir. Həmin məktubdan görünür ki, iddiaçının adından miras əmlakın qəbulu ilə bağlı müraciəti Nikolay Popkov xx.xx.2022-ci il tarixində etmişdir. Cavabdehin Kazimi Nadejdaya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda ona xx.xx.2021-ci ildə vəfat etmiş mərhum xalası X23 ilə qohumluq münasibətini təsdiq edən sənədlərin olmaması səbəbindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli Sərəncamı ilə Kazimi Nadejda xx.xx.1937-ci il təvəllüdlü X12 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X18 xx.xx.2018-ci il tarixli arxiv çıxarışında Şamaxı rayon Cuxuryurd kənd ZDS İcraiyyə Komitəsinin 1951-1953-cü illərin Kirovka kəndinin təsərrüfatbaşına kitablarında X23 mərhum anası X13 təsərrüfatında 1937-ci ildə anadan olması qeyd edilmişdir. Çıxarışda ailə üzvləri kimi Anna Popkova, atası X25 və anası X24 göstərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X18 xx.xx.2022-ci il tarixli arxiv çıxarışında əsasən Şamaxı RİH-nin Çuxuryurd İƏD-si nümayəndəliyinin 1954-1956cı illərin Kirovka kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Kirovka kənd sakini şəxsi hesab №-442 olan X19m təsərrüfatında ailə tərkibi aşağıdakı kimi göstərilmişdir: oğlu X15, qızı X20, X16. Doğum haqqında akt qeydi barədə arayışa əsasən X9 xx.xx.1957-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuşdur. X29 Vasiyeviç, anası X2 qeyd olunmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1488 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci ildə vəfat etmiş X23 ilə X7 bacı olması faktı Dövlət X18 verdiyi xx.xx.2022-ci il tarixli, nömrəli arxiv çıxarışına və SSR Daxili İşlər Nazirliyinin X4 Vəziyyət Aktları şöbəsinin verdiyi ******* əli doğum haqqında şəhadətnaməyə, iddiaçının isə Sumqayıt ZAQS şöbəsinin verdiyi İİİ JQ 448828 əli doğum haqqında şəhadətnaməyə əsasən X1 olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən iddiaçı xx.xx.1975-ci ildə anadan olmuşdur. Onun atası X5, anası isə X6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən X23 tərəfindən Bakı şəhəri 10 saylı dövlət notariat ofisində 30 iyun 1988-ci il tarixdə K-8-1650 reyestr nömrəli vəsiyyətnaməni Sumqayıt şəhəri 2 saylı dövlət notariat ofisində 05 iyun 1995-ci il tarixdə 2B-2/149 reyestr nömrəli yeni vəsiyyətnamə qoyaraq qismən dəyişdirmişdir və sonuncu vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Notariat ofisinə ünvanlanmış Nadejda İvanovnanın **********201 saylı ərizəsi ilə müəyyən edilir ki, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44-də yaşamış və xx.xx.2021-ci ildə vəfat etmiş xalası X11 irs qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 2/13A, mənzil 44-dən ibarət olan miras əmlakı qəbul etmişdir. Notariat ofisinə ünvanlanmış iddiaçının **********432 saylı ərizəsi ilə müəyyən edilir ki, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44-də yaşamış və xx.xx.2021-ci ildə vəfat etmiş xalası X11 irs qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 2/13A, mənzil 44-dən ibarət olan miras əmlakı qəbul etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 2/13A, mənzil 44 xüsusi mülkiyyətindədir. Ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən X23 xx.xx.2021-ci, X2 xx.xx.1993-cü ildə, X14 xx.xx.2019-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər (1248.1). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mirasın qəbul edilməsi üçün qanunvericilik altı ay müddət müəyyən etmişdir. Həmin müddət ötürüldükdən sonra mirasın qəbul edilməsi üçün mirasın qəbul edilmə müddəti məhkəmə tərəfindən üzrlü sayılaraq uzadıla bilər. Bu halda vərəsə mirası həmin müddətdə qəbul etməsinə hansı üzrlü halların mane olduğunu əsaslandırmalı və bununla bağlı sübutlar təqdim etməlidir. İş materialları ilə müəyyən edilir ki, X23 xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun vərəsələri ondan qalan miras əmlakı qanunvericiliklə müəyyən edilmiş müddət daxilində xx.xx.2022-ci il tarixədək qəbul etməli idilər. İddiaçı bildirir ki, Anna Popkovanın ölümündən qısa bir müddət sonra notariat orqanına müraciət etsə də, notarius ona miras qoyanın vəfatından 6 aydan sonra müraciət etməsini tövsiyyə etmişdir. O, həmin müddəti gözləmiş və 6 ay müddət tamam olduqdan sonra notariat orqanına müraciət etmişdir. Qeyd edilən hal üçüncü şəxs Nikolay Popkov tərəfindən də təsdiq edilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında blə bir hüquqi mövqe ifadə olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göründüyü kimi iddiaçı Anna Popkovanın ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət bitdiyi vaxtdan cəmi 11 gün sonra notariat orqanına müraciət etmişdir. Belə ki, o həmin 6 aylıq bitdikdən uzun müddət sonra notariusa müraciət etmiş olsaydı, bu onun bildirdiklərinin həqiqiliyinə şübhə ilə yanaşmaq üçün əsas olardı. Lakin, hazırkı vəziyyətdə iddiaçının bildirdiklərinin həqiqiliyini şübhə altına almaq üçün hər hansı əsas yoxdur. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Anna Popkovanın iddiaçıdan və üçüncü şəxs Nikolay Popkovdan başqa qohumu yoxdur. Yəni, ondan qalan miras əmlak yalnız həmin şəxslər tərəfindən qəbul edilə bilər. Nikolay Popkov isə miras əmlakla bağlı hər hansı iddiasının olmadığını bilmişdir. Belə olan halda məhkəmə iddiaçının miras əmlakın qəbul edilməsi üçün buraxdığı müddətin uzadılmasına hər hansı maneə görmür. Üçüncü şəxs X34 Popkovanın vərəsəsi olduğunu iddia etsə də, onun iddiaçı ilə qohumluğu faktı hələ ki, hüquqi cəhətdən öz təsdiqini tapmadığından, məhkəmə onun mirasın qəbulu müddətinin uzadılmasına etirazını əsassız hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X11 miras qalmış ünvan 1, 44 saylı mənzilin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar