Məhkəmə qərarları › İş №2(060)-4956/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4956/2023

30.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4956/2023 30.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci ildə vəfat etmiş X4 qalmış miras əmlakın qəbul etmə müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, atası X12 xx.xx.2011-ci ildə vəfat etmişdir. Atasından Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12-də yerləşən 101 saylı ev miras qalmışdır. Miras əmlak onun tərəfindən faktiki qəbul edilmiş və o, həmin evdə qeydiyyatda olma faktiki yaşamış, hətta həmin həyətyanı sahəsində 1982-ci ildə atasının razılığı ilə 3 otaqlı ev, sanitar qovşaq və qaraj tikmişdir. 1992-ci ildə övladlarına ev tikmək üçün öz adına şəhər XDS-dən torpaq sahəsi almış, ev tikmiş və evi dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə aldırdıqdan sonra qızına bağışlamışdır. Atasından qalmış mirası tələb etməyi ilə əlaqədar qardaşı Nazim Əliyev ailəsinə «qapının arxasında balta qoymuşam, hansınız gəlsəniz başınızdan vuracağam» kimi hədələmişdir. İşi ilə əlaqədar daim uzaq səfərlərə çıxdığından ailəsi evdə yaşamağa qorxmuş, 2016-ci ildə o, onun evini dağıtmış, onu həyətə buraxmamışdır. İşdən çıxdıqdan sonra o, köçmək iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilməmişdir. Hazırda ona acıq verərək evindən tövlə kimi istifadə edir. Qeyd edir ki, miras ev xüsusi mülkiyyət hüququ əsasında atasının adına dövlət qeydiyyatına alınmadığından, maddi vəziyyəti ağır olduğundan qanunu bilmədiyindən mirasın qəbulu ilə əlaqədar qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş və müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hesab edir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12-də yerləşən 101 saylı evin mirasın qəbul edilmə müddətinin buraxılmasını üzürlü hesab edərək uzadılmalıdır. İddiaçıa məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İİ № 255069 saylı, xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İşdə olan № 3-16-5/7-1692/69 saylı, xx.xx.2023-cü il tarixli “çıxarış”ın surətindən görünür ki, X13 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İşə əlavə olan 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1312\2023 saylı qərarı nəzərə alınaraq, X4 miras qalmış ünvan 2 ünvanında yerləşən əmlaka dair vərəsəsi X5 xx.xx.2023-cü il tarixli 2V-239 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İş materiallarında olan 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş X4 qalmış yeganə miras əmlak olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı evdə İddiaçı mirasın açıldığı vaxtdan etibarən faktiki olaraq yaşayıb-yaşamaması, həmçinin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilibedilməməsi faktlarına Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 3327/2022 saylı qətnaməsində qiymət verilmiş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2 (102)- 1312/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3327/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı, X1, X2 cavabdehlər İddiaçı və X11 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası təmin edilməməsi, qarşılıqlı iddiaçı X3 cavabdehlər İddiaçı, X6, X7 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə qarşı qarşılıqlı iddiasının təmin edilməsi, cavabdehlər İddiaçı, X10 və X2 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən daşınmaz əmlak 101 nömrəli fərdi yaşayış evi kimi qeydiyyata alınmış və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu” və 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 476 nömrəli vərəsəlik məktubu əsasında mərhum X8 adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ X3 adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan 2 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bölünməsi ilə bağlı **********,********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli ərizələr idarəyə daxil olmuşdur. Daxil olmuş müraciət əsasında sözügedən əmlak üzərində bölünmə əməliyyatı aparılaraq dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə ərazisində yerləşən 101 saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə xx.xx.2023-cü il tarixində idarəyə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı əsasında sözügedən daşınmaz əmlak və bölünmüş hissəsi üzərinə qadağa qoyulmuşdur. İnsan Hüquqlarının və X9 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X9 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məçəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, X8 24 avqust 2011-ci ildə vəfat etməsi ilə ondan qalmış miras əmlakına dair miras açılmışdır. Lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, nəticədə bunun üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbini üzrlü sayır və buna görə də hesab edir ki, bu müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum xx.xx.2011-ci il tarixdə ölmüş X4 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılması bərpa edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar