Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4972/2022 26.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, hazırki ərizə üzrə Maraqlı şəxs ilə aralarında bağlanmış 29 iyun 2022-сi il tarixli MŞB/5-02272 nömrəli barışıq sazişinin təsdiq edilməsi, (nikahın pozulması hissəsində) xx.xx.2011-ci il tarixli, 209 saylı nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 26 iyul 2022-ci il tarixə təyin etmişdir. Məhkəmədə Ərizəçi ərizə ilə müraciət edərək, Maraqlı şəxs ilə barışdığı üçün işə baxılmasını tələb etmir və sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Maraqlı şəxs Ərizəçi verdiyi ərizəyə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi tələbinə» dair ərizə baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4972/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4972/2022
26.07.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver