Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4978/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 55000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artıraraq, EM GROUP İNŞAAT” MMCnin direktoru Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, 24081144 nömrəli müqavilənin ləğv edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 56000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və direktoru Cavabdeh1 arasında 24 avqust 2020-ci il tarixdə 24081144 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehlər Abşeron rayonu, Novxanı kəndində (ümumi sahəsi 307,6 kv.m) iki mərtəbəli fərdi yaşayış evinin tikinti işlərinin inşasını öz üzərinə götürmüşdür. Cavabdeh2 və direktoru Cavabdeh1 həmin müqavilənin şərtlərini yerinə yetirməmişlər. 24 avqust 2020-ci il tarixli, 24081144 saylı xidmət müqaviləsinin 01 nömrəli əlavəsinin qiymət razılaşma protokolunda xidmətin ümumi dəyəri 50000 manat (əlli min manat) olduğu qeyd edilmiş, iddiaçı tərəfindən ümumilikdə 55000 (əlli beş min) manat pul ödənilmişdir. Belə ki, Cavabdeh2nə və direktoru Cavabdeh1 İddiaçı tərəfindən 25 avqust 2020-ci il tarixli GÖQ seriyalı 481187 nömrəli kassa mədaxil orderinin qəbzində 8500 manat (səkkiz min beş yüz), 27 avqust 2020-ci il tarixli GÖQ seriyalı 481188 nömrəli kassa mədaxil orderinin qəbzində 8500 manat (səkkiz min beş yüz), 29 sentyabr 2020-ci il tarixli GÖQ seriyalı ******* nömrəli kassa mədaxil orderinin qəbzində 19000 manat (on doqquz min) olmaqla cəmi 36000 manat (otuz altı min) məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra iddiaçı tərəfindən əlavə baseyn üçün işlərdə görülməsi məqsəd iilə 19000 manat (on doqquz min) ödənilmiş, lakin Cavabdeh2 və Cavabdeh1 İddiaçı kassa mədaxil orderinin qəbzini verməmişdir. Dəfələrlə cavabdehdən həmin pullar tələb edilsədə, pulları iddiaçıya qaytarmamışdır. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdilər ki, cavabdehlərlə bağladıqları müqavilə əsasında ümumilikdə 56000 manat pul ödəmişlər, lakin cavabdehlər tikinti işlərini yarımçıq qoyaraq getmişlər. İki mərtəbəli fərdi yaşayış evinin yalnız birinci mərtəbəsinin bir hissəsini və hovuzun bünövrə işlərini görmüşlər. Cavabdeh1 dəfələrlə zəng etsədə, o, müəyyən bəhanələrlə tikinti işlərini aparmaqdan yayınmışdır. Buna görə də, o, hüquq mühafizə orqanına müraciət etmiş, orada araşdırma aparıldıqdan sonra, ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Həmin araşdırma zamanı da, cavabdeh işləri görmədiyini etiraf etmişdir. Hazrıda o, şəxsi vəsaiti hesabına Emilin briqadasında işləmiş və digər işçiləri cəlb etməklə tikinti işlərini davam etdirir. Cavabdeh1 gördüyü işləri müstəqil qiymətləndirici cəlb edərək qiymətləndirmidir. Cavabdehlərin gördüyü işlərin ümumi dəyəri 26720,93 manat təşkil etmişdir, işlərin dəyəri hələm bazar qiymətlərindən də, artıq qiymətləndirilmişdir. Bütün qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirdi ki, Eyvazı (iddiaçını) sifarişçi kimi tanıyır, onun evində tikinti işləri aparmışdır. Cavabdeh1 2015-ci ildən tanıyıra. Usta olaraq işləyir və bununla əlaqədar Emil tikinti işləri tapıb verirdi. Cavabdeh1 onu dəfələrlə pis vəziyyətdə qoymuşdur, yəni pulu gecikdirmiş, pulu verəndə yarısını kəsmiş, yalan danışmışdır. Bir il bundan öncə o, Masazır qəsəbəsində tikintidə işləyərkən Cavabdeh1 həmin tikintidən onu beton tökülməsinə görə Novxanıya apardı. O, 3 nəfəri də-Nurəddin, Rəşid, Tərlan adlı ustaları işə cəlb etmişdir. Onlar həmin tikintidə beton tökdükdən sonra, divarı hörməyə başlamışlar və buna görə də, Cavabdeh1 pul tələb etmişlər. Emil onlara bildirmişdir ki, pulu axşam sifarişçidən götürüb onlarla hesablaşacaq, lakin gəlməmişdir. Onlar 1-ci mərtəbə arakəsmələrə qədər tikmişlər və Emilə demişlər ki, pulu verməsə tikinti işlərini dayandıracaqlar. Bundan sonra 10-15-gün gözləmişlər, lakin Emil nə pul gətirmiş nə də, özü gəlmişdir. Bundan sonra İddiaçı onlara təklif etmişdir ki, beton işlərimizi qutaraq o, özü bizimlə hesablaşacaq, onlarda razılaşmışlar. 2-ci mərtəbənin betonunu da, tökmüşlər və İddiaçı onlarla hesablaşaraq pullarını vermişdir. Cavabdeh1 hal-hazırda onlara 4000 min manat borcludur, pullarını vermir, indi isə onlar Emili tapa bilmirlər. Birinci mərtəbənin monolitin xərcləri ustaları ilə birlikdə təqribən 18000-19000 min manat tutur, lakin Cavabdeh1 artıq hesablamışdır təqribən 22000 manat. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, Eyvazı (iddiaçını) sifarişçi kimi tanıyır, onun evində Novxanıda tikinti işlərində fəhlə kimi işləmişdir. Onu həmin işlərə tanışı Firdovsi cəlb etmişdir. Həmin tikintiyə bir il bundan əvvəl 2020-ci ilin avqust ayında cəlb edilmidir. Onunla birlikdə Nurəddin və Tərlanda işləmişlər. Tikintiyə və onlara Emil adlı prorab rəhbərlik etmişdir. Tikinti iki mərtəbədən ibarət olmalı idi, həmidə hovuz tikilməli idi. Birinci mərtəbənin beton və arakəsmə işləri, hovuzunda bünövrə işləri qurtardıqdan sonra Emil tikintiyə gəlmədi və onlara 4000 manat borclu qaldı. Bundan sonra onun həyət yoldaşı dünyasını dəyişdiyi üçün o, rayona getmişdir. Rayondan qayıtdıqdan sonra bir neçə dəfə Emilə zəng etmişdir ki, onların pullarını versin, lakin Emil zənglərə cavab verməmişdir. Bundan sonra ev sahibi Eyvaz ona zəng etdi və dedi ki, gəl tikintidə işləməyə davam et, sənin bundan sonra görəcəyin işlərin pulunu mən verəcəm. O, Eyvazla razılaşmış və orada işləməyə davam etmişdir. Eyvazda dediyi kimi onun işinin pulunu vermişdir. Emili sonuncu dəfə 2020-ci ilin payız aylarında görmüşdür. Emilin rəhbərliyi altında onlar tikintinin yalnız birinci mərtəbəsinin beton-arakəsmə işlərini və hovuzun bünövrə işlərini görmüşlər. Tikintinin qalan hissəsinin material və işçi pulunu Eyvaz ödəyir. Hazırda tikinti Eyvazın vəsaiti ilə davam edir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, şahidlərin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan -internet vergi idarəsindən əldə edilmiş məlumatdan görünrü ki, Cavabdeh2 MMCnin qanuni təmsilçisi Cavabdeh1dur. - EM GROUP İNŞAAT” MMC-nin direktoru Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, 24081144 nömrəli müqavilədən görünür ki, - EM GROUP İNŞAAT” MMC-nin direktoru Cavabdeh1 İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində (ümumi sahəsi 307,6 kv.m ) 2 mərtəbəli fərdi yaşayış evinin tikinti işlərinin inşasının öz üzərinə götürür və texniki çertyojlarla irəli gələn şərtlərlə tamamilə razıdır. -24 avqust 2020-ci il tarixli 24081144 saylı xidmət müqaviləsinə 01 saylı əlavə qiymət razılaşma protokolundan görünür ki, işin icra müddəti 3 aydır və göstəriləcək xidmətin ümumi dəyəri (vergilər və digər icbari tutumalar daxildir) 50000 manat təşkil edir. -pretenziyadan görünür ki, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 pulun qaytarılması ilə bağlı ididaçı tərəfindən xəbərdar edilmişdir. -25 avqust 2020-ci il tarixli 481187, 27 avqust 2020-ci il tarixli 481188, 29 sentyabr 2020-ci il tarixli 481192 saylı kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə Abşeron rayonu, Novxanı kəndində yerləşən 2 mərtəbəli yaşayış evinin tikintisi üçün müvafiq olaraq 8500 manat, 8500 manat və 19000 manat, ümumilikdə 36000 ödənilmişdir. - Cavabdeh1 DİN BMCMİ-də verdiyi izahatdan görünür ki, İddiaçı ona ümumilikdə 55000 manat vermişdir. -"xxxx" MMC-nin 19 yanvar 2021-ci il tarixli hesabatından görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinin özülü və beton işləri 21685,03 manat, hovuzunun tikintisi isə 5035,90 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh2 arasında direktor Cavabdeh1 şəxsində 24 avqust 2020-ci il tarixdə 24081144 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Novxanı kəndində (ümumi sahəsi 307,6 kv.m) iki mərtəbəli fərdi yaşayış evinin tikinti işlərinin inşasını öz üzərinə götürmüşdür. Lakin üzərinə götürdüyü işi lazımi qaydada yerinə yetirməmişdir. "xxxx" MMC həmin müqavilənin şərtlərini yerinə yetirməmişdir. Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinin özülü və beton işləri üçün çəkilmiş xərc 21685,03 manat, hovuzunun tikintisi isə 5035,90 manat təşkil edir. Cavabdeh2 və direktoru Cavabdeh1 iddiaçıdan aldığı 55000 manatın 36000 manatını MMC-nin xəzinəsinə mədaxil etmiş, 19000 manatı isə mədaxil etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı ilə Cavabdeh2 arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının işin görülməməsinə (başa çatdırmamasına / yarımçıq qoyulmasına) görə pulun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçıların cavabdehlərə qarşı tələbi tərəflər arasında bağlanılmış 24.08.2020--ci il tarixli müqavilədən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və cavabdeh həmin müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçı, aralarındakı müqavilənin şərtlərinə uyğun olaraq pulun ödənilməsini tələb etməkdə haqlıdırlar. Bununla belə məhkəmə, 24.08.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh2 iddiaçıya 9 279,07 manat məbləğində pul vəsaitini qaytarmalı olduğu qənaətinə gəlir və hesab edir ki, həmin məbləğ adı çəkilən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, iddiaçı iş materiallarında olan qəbzlərə əsasən ödədiyi vəsaitdən 36000 manat məbləğində pul cavabdeh MMC-nin xəzinəsinə mədaxil edilmişdir, MMC tərəfindən görülmüş işlərin isə ümumi dəyəri 26720,93 manat təşkil edir. Mədaxil edilmiş vəsaitdən görülmüş işlərin dəyəri çıxıldıqda (36000-26720,93) qalan məbləğ 9279,07 manat təşkil edir. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh2ndən məhz 9 279,07 manat məbləğində pul tutulmalıdır. İddiaçı tərəfindən cavadehlərə ödənilən vəsaitin məbləğinə gəldikdə, mıəhkəmə hesab edirki, həmin məbləğ 55000 manat təşkil etmişdir, belə ki, iddiaçı ilk tələbindədə həmin məbləği 55000 manat olduğunu qeyd etmiş, bununla yanaşı Cavabdeh1 BMCMİ-də verdiyi izahatda məbləğin 55000 manat olduğunu etiraf etmişdir. Məhkəmə ödənilmiş ümumi 55000 manat məbləğin 36000 manat hissəsinə dair mədaxil qəbzləri olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, qalan 19000 manat Cavabdeh1 qalmışdır, bunula da, o, əsassız varlanmışdır. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (MMin 1091-ci maddəsi). Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 19000 manat pul tutulmalıdır. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə məhkəmə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh2 MMC müqavilə şərtlərini əhəmiyyətli dərəcə pozduğuna görə, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, 24081144 nömrəli müqavilə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən - Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci maddəsinə əsasən - sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən - Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, 24081144 nömrəli müqavilə ləğv edilsin. Cavabdeh2 MMC-dən 9279,07 manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 19000 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4978/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4978/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver