Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4993/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin, digər cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakı ilə, İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin birləşdirilməsinə dair məsələyə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızı Cavabdeh1 qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rəşad Qoşqarlının icraatında iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs Sumqayıt «ASAN Xidmət» Mərkəzinə qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası vardır. Ona görə də mülki işlərin bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi hazırki mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, vəsatət təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair 2(060)-4993/2021 saylı və iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs Sumqayıt «ASAN Xidmət» Mərkəzinə qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair 2(060)-4994/2021 saylı işlər arasında əlaqə və bağlılıq olduğuna görə həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair 2(060)-4993/2021 saylı və iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs Sumqayıt «ASAN Xidmət» Mərkəzinə qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair 2(060)-4994/2021 saylı işlər bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4993/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4993/2021
18.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver