Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5006/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-10F/2-472- 2023 saylı arxiv arayışında göstərilən protokoldan çıxarışda mərhum anası Bəşirova Nabatın ata adının Cəfər kimi deyil "Cəfərxan" kimi oxunulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbini onunla əsaslandırmışdır ki o, və ailəsinin yaşadığı Sumqayıt şəhəri 9-cu mkr,ev 60-da yerləşən və iki otaqdan ibarət 22 nömrəli mənzil Sumqayıt şəhər X3 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi və şöbəsi tərəfindən 10/112 nömrəli 14 aprel 1965 -ci il tarixli orderinə əsasən doğma anası X2 verilibdir. 10 iyun 2012- ci il tarixində anası dünyasını dəyişibdir. "Özəlləşdirmə haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq yaşadıqları həmin mənzilli özəlləşdirmək qərarına gəlmiş və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin qeyd edilən idarə Sumqayıt şəhəri 9-cu mkr bina 60-da yerləşən 22 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması reysterdən axtarışının və texniki pasportun verilməsinə imtina etmişdir. İmtinanı onunla əsaslandırılmasındakı, ərizəsinə əlavə etdiyi sənədlərin araşdırılması zamanı order sahibi məhrum anası X1 ata adından uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Adlar arasında uyğunsuzluq məhkəmə qaydasında həll olunduğu nəzərə alınaraq məhkəməyə müraciət olunmağı məsləhət bilinmişdir. Göstərilənləri nəzəzrə alaraq məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunan mənzilin özəlləşdiriləməsinə dair tərəfindən təqdim olunmuş xx.xx.1975-ci il tarixli 10/112 nömrəli orderdə anası Bəşirova Nabatın ata adı Cəfərxan kimi göstərilmiş, lakin Dövlət Arxivinin Sumqayıt Filialının 02 iyun 2023-cü il tarixli 3-48-DA-10F12-472- 2023 saylı arxiv arayışında göstərilən protokoldan çıxarışda isə ata adı Cəfər kimi qeyd edilmişdir. Bundan başqa mərhum anasının şəxsiyyəti ilə bağlı bütün sənədlərdə ata adı Cəfərxan kimi qeyd edilmişdir. Belə ki, anasının A3№197685 saylı doğum haqqında şəhadətnaməsində atasının adı Cəfərxan kimi qeyd edilmişdir. Mərhum anasının adına açılmış və xx.xx.1962-ci il tarixdə qeydiyyata alınmış əmək kitabçasında atasının adı Cəfərxan kimi qeyd edilmişdir. xx.xx.2005-ci il tarixdə Sumqayıt ŞPİQŞVB tərəfindən verilmiş, seriyası AZE03731541 nömrəli şəxsiyyətində atasının adı Cəfərxan kimi qeyd olunmuşdur. 14 aprel 1975 ci il tarixli 10/112 saylı orderdə onun atasının adı Cəfərxan kimi qeyd olunmuşdur. AZ-1№543074 nömrəli 10 iyun 2012-ci il tarixli ölüm haqqında şəhadətnamədə onun atasının adı Cəfərxan kimi qeyd olunmuşdur. Bununlada yalnız Dövlət Arxivinin Sumqayıt Flilialı tərəfindən verilmiş arayışda mərhum anasının atasının adının Cəfər kimi göstərilməsi mexaniki səhv hesab edir və bu mübahisəli mənzilin özəlləşidirilərək adına keçirilməsi üçün bu mexaniki səhv aradan qaldırılmalıdır. Bu mexaniki səhv Azərbaycan Respublikası Konistitusiyasının 13-cü maddəsində Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüquqlarının məhdudiyyətinə səbəb olur. Göstərilən bu mexaniki səhvdən başqa, yaşadığı 22 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestetində qeydiyyata alınması və çıxarışın verilməsi üçün heç bir maneə yoxdur. Məhkəmədə Ərizəçi eyni məzmunlu izahat verərək, ərizənin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 24 iyun 2023-cü il tarixli məktubun surətindən görünür ki, sənədlərin araşdırılması zamanı order sahibi mərhum X1 ata adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, təqdim etdiyi xx.xx.1975-ci il tarixli 10/112 nömrəli orderdə ata adı “Cəfərxan” kimi, Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli 3-48- DA-10F/2-472-2023 saylı arxiv arayışında göstərilən protokoldan çıxarışda isə ata adı “Cəfər” kimi qeyd edilmişdir. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. İşdə olan AZ-İ №543074 saylı, 22 iyun 2012 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 10 iyun 2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-№197685 saylı doğum haqqında şəhadətnamənin, xx.xx.1975-ci il tarixli, 10/112 saylı orderin, AZE seriyalı №03731541 saylı şəxsiyyət vəsiqəsinin və xx.xx.1962-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, ərizəçinin anasının ata adı qeyd olunan sənədlərdə “Cəfərxan” kimi qeyd edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi anası X1 Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-10F/2-472- 2023 saylı arxiv arayışında göstərilən protokoldan çıxarışda qeyd olunan X5 ilə eyni şəxs olması öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-10F/2-472-2023 saylı arxiv arayışında göstərilən protokoldan çıxarışda ərizəçinin mərhum anası Bəşirova Nabatın ata adı “Cəfər” deyil "Cəfərxan" kimi oxunulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-5006/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5006/2023
20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver