Məhkəmə qərarları › İş №2(060)-5010/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5010/2022

15.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5010/2022 15.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın real bölgüsü və payın naturada ayrılması, müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 42-ci məhəllədə istifadədə olan 0.11 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində yerləşən 68.16 kv.m ümumi, 47.25 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzilin onunla cavabdeh arasında hər birinin payına uyğun olaraq naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə istifadədə olan 0.11 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində yerləşən 68.16 kv.m ümumi, 47.25 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə Cavabdeh ½ hissə İddiaçı, 1/2 hissə adlarına Daşınmaz Əmlakın Dövlət reyestrində 26 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində qeydiyyata alınmışdır. 21 fevral 2009-cu ildə vəfat etmiş anası X3 vərəsələri mülkiyyətin 1/2 hissəsinə o, və cavabdehə məxsusdur. Lakin cavabdehlə aralarında paylara uyğun real bölgü aparılmamışdır. Qeyd edilən əmlak onların aralarında naturada bölünmədiyi üçün cavabdehlə onların aralarında həmin evdən istifadə ilə bağlı problemlər yaranmışdır. Həmin problemlərin həlli üçün evin paylara uyğun olaraq naturada bölgüsünə ehtiyac vardır. Qeyd edilən mənzilin 1/2 hissədə paya uyğun bölgüsü və payın naturada ayrılması mümkündür. Digər bir halda, cavabdeh ona mənzilin dəyərinin yarısı ödəyərsə o, həmin mənzildən çıxmağa razıdır. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, 42-ci məhəllədə istifadədə olan 0.11 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində yerləşən 68.16 kv.m ümumi, 47.25 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzilin onunla cavabdeh arasında hər birinin payına uyğun olaraq naturada bölünməsinə dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının mübahisələndirdiyi və naturada bölgüsünün aparılmasını tələb etdiyi mənzil qanunvericiliklə müəyyən edilmiş qaydada onların payları müəyyən olunmuşdur. O, hazırda mənzilin dəyərinin yarısını yalnız mənzil satıldıqdan sonra iddiaçıya düşən payın əvəzi kimi verə bilər. Hazırda onun maddi durumu buna imkan vermir. İddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, № ******* saylı çıxarışın surətindən görüünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9, mənzil 39 paylı mülkiyyət hüququ üzrə Cavabdeh ½ hissə, İddiaçı ½ hissə adlarını daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 8 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli “2 №li forma” arayışından görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9, mənzil 39 özəl mənzildir. 1\2 hissədə İddiaçı, ½ hissədə Cavabdeh mənzil sahibidir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, 21 fevral 2009-cu ildə vəfat etmiş X3 vərəsələri-Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9, mənzil 39-sa yaşayan oğlu-Cavabdeh, qızı-İddiaçı və onların hər biri ½ hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinin 31 avqust 2009-cu il tarixli 14/2785 №-li arayışına və xx.xx.2007-ci il tarixli 26 №-li reyestr kitabının 106 №-li vərəqində qeydiyyat №140701220, MH №0007747 olan çıxarışa əsasən Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9, mənzil 39-da yerləşən ümumi sahəsi 68,16 kv.m, yaşayış sahəsi 47.25 kv.m olan üç otaqlı mənzildən ibarətdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5580 saylı ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 9 nömrəli binanın 39 nömrəli mənzilinin tərəflər (payçılar) arasında naturada bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. “İnsan Hüquqları və X5 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 220-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair: 04 aprel 2014-cü il tarixli qərarından müəyyən edilir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyanı almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 220-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair: 04 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndindən müəyyən edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbayçan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrinində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümükündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə isə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətcisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətcilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göründüyü kimi, qanunveriçilik paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə yalnız onun öz razılığı ilə yol verilməsi mümkünlüyünü nəzərdə tutmuşdur. Qanunvericilik bu halda paylı mülkiyyətin mülkiyyətçisinə onun razılığı olmadan kompensasiya verilməsi üçün üç şərt nəzərdə tutmuşdur: mülkiyyətçinin payının cüzi olması, payın real surətdə ayrıla bilməməsi və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması. Bu şərtlər yalnız məcmu halında götürülür və üç şərtdən biri olmadıqda, Mülki Məcəllənin 220.4-cü maddəsinin tətbiqini istina edir. İş materiallarına əlavə edilmiş çıxarışın surətindən də müəyyən edilir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9, mənzil 39 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən 39 saylı mənzilin tərəflər arasında ½ paylar bölünməsinin “İnşaat Norma və qaydaları” 2.08.01.89-un 1.1.,2.2.,2.4 və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmin Məcəllənin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənlər və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci madəsinin müddəalarını nəzərə alaraq, məhkəmə İddiaçı Cavabdeh qarşı “Sumqayıt şəhəri, 42-ci məhəllədə istifadədə olan 0.11 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində yerləşən 68.16 kv.m ümumi, 47.25 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzilin onunla cavabdeh arasında hər birinin payına uyğun olaraq naturada bölünməsi” barədə iddia tələbinin təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (hesab N:AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar