Məhkəmə qərarları › İş №2(060)-5027/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5027/2020

26.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5027/2020 26.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC tərəfindən elektrik enerjisinə görə hesablanmış 269 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, Şirvan y/s, Bina 0690, mənzil 0740 yereləşan bağ evi 2020-ci ildən mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh tərəfindən ona elektrik enerjisinə görə 269 manat borcunun olduğu bildirilmişdir. O, xx.xx.2020-ci ildən bağ evini almışdır.Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əsasən vətəndaşlara hesablamalar sayğac göstərişinə əsasən aparılmalıdır. Həmin qərara əsasən X1yə görə, orta sərfiyyat normalarına kommersiya təşkilatları ilə aparılan hesablamalarla edilir. O, borc məbləği ilə razılaşmır. İstehlakçı kimi elektrik sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Bir daha bildirir ki, məişətdə istifadə etdiyi elektrik enerjisinin dəyərini mütəmadi olaraq ödəmiş vəhesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc məbləği əsassız olduğundan silinməlidir. Bundan başqa «Dövlət rüsumu haqqında» qanunun 9.1.5-ci maddələrinə görə istehlakçılarının hüquqlarının pozulması ilə əlaqədar verilən iddialara görə iddiaçılar dövlət rüsumundan azaddırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərdi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək “xxxxxxxx” ASC Şimal RETSİ tərəfindən ona məxsus mənzilə X1yə görə hesablanmış 269 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxxxxxx” ASC-nə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili xx.xx.2002-ci il tarixində abonent qeydiyyatına alınıb. xx.xx.2013-cü il tarixində mənzilə elektrik hesabat sayğacı quraşdırılıb. Həmin tarixdən xx.xx.2020-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 903,06 manat hesablanmışdır. Abonent həmin dövürdə 634,06 manat ödəniş etmiş və hal- hazırda iddiaçının sayğaca görə 269 manat debitor borcu qalmışdır. Abunə haqqında çıxarışdanda görünür ki, iddiaçı aylıq üdənişləri vaxtlıvaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (E.E.İ.Q) 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətlərinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abunə haqqı arayışdan görünür ki, **********00740 nömrəli abonentə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 295.55 manat ETAİSdən gələn borc hesablanmışdır. İş materiallarında olan bağçılıq kitabçasından görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış sahəsində yerləşən bağ evi iddiaçının adına qeydə alınmışdır. Cavabdehin nümayəndəsinin etirazından görünür ki, iddiaçının bağ evinə sayğac ilk dəfə xx.xx.2013-cü il tarixdə quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının yaşadığı bağ evinə hesablanmış əvvəlki dövrlər üzrə 269 manat borcun qanuni olub-olmaması məsələsinə gəldikdə isə, məhkəmə iş materiallarına əsasən belə hesab edir ki, iddiaçıya hesablanmış həmin borcun hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Göründüyü kimi, qərarda orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma aparılması zamanı məişət abonentləri istisna olunur. İddiaçı da məişət abonenti olduğu üçün ona elektrik enerjisi hesabatı işlədicilərin gücünə görə orta sərfiyyatla hesablana bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstrəlməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qanunun bu normasına istnad edərək belə nəticəyə gəlir ki, **********00740 nömrəli abonentə üzərinə qəbul etmədiyi xidmətə görə onun haqqını ödəmək öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış sahəsində yerləşən bağ evinə (Abunə kodu: **********00740) X1yə görə hesablanmış 269 (iki yüz almış doqquz) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar