Məhkəmə qərarları › İş №2(060)-5047/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5047/2022

20.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5047/2022 20.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ona əsassız olaraq qeyriqanuni hesablanmış 609,95 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Sülh küçəsi,76-cı məhəllədə yerləşən fərdi yaşayış evinə xx.xx.2007-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik xətti çəkilmişdir. Əvvəlcə iddiaçı nağd hesablaşma ilə ödəniş etmiş, yəni hansı məbləğ tələb olunubsa, onu da ödəmişdir. Sonradan isə sayğac quraşdırılmışdır. Sayğac üzrə borclarını da vaxtlı-vaxtında ödəmişdir. Sayğac üzrə heç bir borcu mövcud deyildir. Hal-hazırda isə əsassız olaraq iddiaçıta işıq sərfiyatına görə qeyri-qanuni borc hesablanmış və fərdi yaşayış evinə bildiriş göndərilərək, ondan 609,95 manat pul tələb olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mənzili xx.xx.2007-ci il tarixində abonent qeydiyyatına alınıb. xx.xx.2009-cu il tarixində mənzilə elektrik hesabat sayğacı quraşdırılıb. Həmin tarixdən xx.xx.2022-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 1330,95 manat hesablanmışdır. Abonent həmin dövürdə 754 manat ödəniş etmiş və halhazırda iddiaçının elektrik enerjisindən istifdəyə görə 576,95 manat debitor borcu qalmışdır. İddiaçı isə ona məxsus mənzilə 609,95 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Abunə haqqında çıxarışdan görünür ki, iddiaçı xx.xx.2009-cu ildən xx.xx.2022-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, Sülh küçəsi,76-cı məhəllədə yerləşən fərdi yaşayış evində 2007-ci ildə etibarən yaşayır. Həmin ünvana köçəndə orada sayğac yox idi. Sayğac xx.xx.2009-cu ildə quraşdırılıb. 2022-ci ildə də yenisi ilə əvəz edilib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, abonent məlumatından da göründüyü kimi iddiaçının ümumilikdə 576,95 manat borcu vardır. Həmin borc köhnə borcdur. İddiaçının ödənişlərinin bir qismi həmin borca çıxılmış və qeyd edilən məbləğdə borcu qalmışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. 22 saylı Mənzil-Kommunal Sahəsinin 1429 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı , Sumqayıt şəhəri, Sülh küçəsi,76-cı məhəllədə yerləşən fərdi yaşayış evində 2007-ci ildən yaşayır. İşdən göründüyü kimi iddiaçı xx.xx.1953-cü ildə, Qubadlı rayonu, Qaracallı kəndində anadan olmuşdur. O, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana-9, 2 paralel küçə ünvanında qeydiyyatdadır. **********00097 saylı abunə hesabından görünür ki, qeyd olunan ünvana köhnə (ETAİS-dən gələn) borc kimi 606,48 manat borc hesablanmışdır. İddiaçının etdiyi ödənişlər nəzərə alınmaqla onun 576,95 manat borcu vardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Hazırkı halda iddiaçı yaşadığı mənzilə dair hesablanmış elektrik enerjisindən istifadəyə görə borcun əsassız olduğunu bildirir və həmin borcun haradan yaranmasının aydınlaşdırılmadığını qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Mülki Məcəllədə göstərilmişdir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər (550). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1.). Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc "xxxx" ASC yaranmamışdan əvvəlki dövrə aid əvvəl yaranmış borca aiddir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etsə də, həmin borcun konkret hansı dövrdə və nəyin əsasında yarandığını izah edə bilməmişdir. Eyni zamanda həmin borcla bağlı tələbetmə müddəti keçdiyi üçün borc iddiaçının həmin borcu ödəmək öhdəliyinə xitam verilmişdir. Eyni zamanda iddiaçı 609,95 manat borcun silinməsini xahiş etsə də, müəyyən edilir ki, hazırda iddiaçının köhnədən qalan 576,95 manat borcu vardır. Bu səbəbdən iddia qismən təmin edilməli və iddiaçının abonent hesabında saxlanmış 576,95 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı abonent hesabında saxlanmış elektrik enerjisindən istifadəyə görə 576 (beş yüz yetmiş altı) manat 95 (doxsan beş) qəpik borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar