Məhkəmə qərarları › İş №2(060)-505/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-505/2024

15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-505/2024 15.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə "sənədin mənsubluğu faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə "sənədin mənsubluğu faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, «vətəndaşlara bağ-bostan sahəsinin verilməsi» haqqında Abşeron rayonu XDS İK-nin xx.xx.1988-ci il tarixli 150.6 nömrəli Qərarına əsasən Ərizəçi 147 saylı Texniki Peşə məktəbinin işçisi kimi Novxanı sovxozu ərazisində 500 kv.m torpaq sahəsi ayrılmışdır. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın plan və ölçüsü hazırlanmış və bu hüquqları X12 xx.xx.2011-ci il tarixdə 15667 nömrə ilə qeydə alınmaqla bu barədə ərizəçiyə AA802332 nömrəli Kadastr sənədi verilmişdir. Həmin qərarda ərizəçinin atasının adı səhvən «Səməd» deyil, «Səlid» kimi qeyd olunmuşdur. Bu da ərizəçi üçün bir sıra problemlər yaradır. Həmin sənəddə düzəlişin edilməsinə ehtiyac vardır, çünki ərizəçinin bütün sənədlərində ata adı Səməd kimi qeyd olunmuşdur. Buna görə də Ərizəçi Abşeron rayon İcra hakimiyyətinə müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli məktubla bu məsələnin onların səlahiyyəti xaricində olduğu bildirilməklə ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Göstərilənlərə əsasən Abşeron rayonu Novxanı sovxozu ərazisində 500 kv.m torpaq sahəsinin ayrılması barədə XDS İK-nin xx.xx.1988-ci il tarixli 150.6 nömrəli Qərarında «Ərizəçi Səlid oğlu» barəsində aparılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan olan Füzuli rayon Qacar kənd icra nümayəndəliyi tərəfindən 20 oktyabr 2023-cü il tarixində verilmiş AZ-İV № 917400 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə Füzuli rayonu Qacar kəndində anadan olmuş, atası X1, anası X7r.

8. İş materiallarında olan Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin “vətəndaşa bağ-bostan sahəsi verilməsi haqqında” qərarından xx.xx.1988-ci il tarixli, 150.6 nömrəli çıxarışdan görünür ki, rayon xalq maarif orqanları işçiləri “maarif” şirkət üzvü, 147 №-li orta texniki peşə məktəbinin işçisi Ərizəçi Səlid oğluna Novxanı Sovxozu ərazisində 500 kv.m torpaq sahəsi verilir.

9. İş materiallarında olan 17 nömrəli, xx.xx.1988-ci il tarixli bağçılıq üzvlük kitabçasından görünür ki, Ərizəçi 1981-ci il tarixdən işləyir.

10. İş materiallarında olan 686 saylı xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyindən və ona əlavə edilmiş torpaq sahəsinin planından görünür ki, Abşeron rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 150.6 saylı qərarına əsasən Ərizəçi 0,05 ha ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir.

11. İş materiallarında olan Maraqlı şəxs Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş № 643, xx.xx.2009-cu il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon Dövlət arxiv fonduna əsaslanaraq ərizəyə cavab olaraq bildirilir ki, Abşeron rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 150 №-li qərarı ilə rayonun idarə, müəssisə və təşkilatlarında 900 nəfər fəhlə və qulluqçunu birləşdirən 6 bağçılıq-yoldaşlıq şirkəti təşkil edilmişdir. O cümlədən «Maarif» işçiləri yoldaşlıq-bağçılıq şirkətinin hər bir üzvünə 500 kv.m hesabı ilə 220 nəfərə və bu şirkətə daxil olan 147 №-li orta texniki peşə məktəbinin 27 nəfər işçilərinə bağ sahəsi ayrılmışdır. Qərara adlı siyahı daxil edilməmişdir. Göstərilən qərarda Ərizəçi adı yoxdur.

12. İş materiallarında olan Maraqlı şəxs tərəfindən X3 ünvanlanmış № 5-29/2-M-330- 071/2023, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizə araşdırılmışdır. Ərizədə Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş 03 sentyabr 1988-ci il tarixli, 150.6 nömrəli qərarda ata adının səhvən “Səlid” yazıldığını bildirir, müvafiq düzəliş edilərək “Səməd” kimi yazılmasına köməklik göstərilməsi xahiş olunur. Bildirilir ki, qaldırılan məsələ Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan məhkəməyə müraciət etməyiniz tövsiyə olunmuşdur.

13. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, Ərizəçi xx.xx.2023-cü ildən etibarən X8, X2, X4, X5, X9, X17, X6, X10, X14, X22, X15, X18, X11, X19, X20 ilə birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31, 56 saylı mənzildə qeydiyyatdadırlar.

14. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1952-ci il təvəllüdlüdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə məhkəmədə müəyyən olundu ki, Abşeron rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 150.6 saylı qərarına əsasən Ərizəçi 500 kv.m ayrılmış torpaq sahəsi ayrılmışdır. Ərizəçinin ata adı ona məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsində “Səməd” kimi qeyd olunmasına baxmayaraq, xx.xx.1988-ci il tarixli, 150.6 saylı qərara əsasən ata adı səhvən “Səlid” kimi qeyd olunmuşdur və yanlışlığın yol verildiyi qərar hüquq müəyyənedici sənəddir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

17. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.

18. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

19. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

20. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur.

21. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu, Novxanı sovxozu ərazisində 500 kv.m torpaq sahəsinin ayrılması barədə Abşeron rayon XDS İcraiyyə Komitəsinin “vətəndaşa bağ-bostan sahəsi verilməsi haqqında” xx.xx.1988-ci il tarixli, 150.6 nömrəli Qərarında «Ərizəçi Səlid oğlu» barəsində aparılmış qeydin “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu, Novxanı sovxozu ərazisində 500 kv.m torpaq sahəsinin ayrılması barədə Abşeron rayon XDS İcraiyyə Komitəsinin “vətəndaşa bağ-bostan sahəsi verilməsi haqqında” xx.xx.1988-ci il tarixli, 150.6 nömrəli Qərarında «Ərizəçi Səlid oğlu» barəsində aparılmış qeydin “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar