Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5066/2025 13.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında qanunsuz yazılmış 2073,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birikdə Sumqayıt şəhərində yaşayır. İddiaçı qazdan istifadə etdiyi müddət ərzində vaxtlı vaxtında qaz pulu ödəmişdir. Cavabdeh İB-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçının yaşadığı Köhnə Corat qəsəbəsi 222, 2-ci məhəllə ünvanına gələrək qaz sayğacına baxış keçirərək iddiaçıya 2073,60 manat cərimə yazılmışdır. İddiaçıya heç bir sənəd və ya akt təqdim edilməmişdir. Cavabdeh İB-nin işçiləri tərəfindən yazılmış cərimə aktının surəti iddiaçıya təqdim edilməmişdir. Bu ilin əvvəli qaz pulu ödəyəndə iddiaçıya məlum oluşdur ki, xx.xx.2023-cü il tarixə iddiaçıya 2073,60 manat cərimə yazılmışdır. Guya iddiaçı 2023-cü ildə iddiaçı qaz sayğacına müdaxilə etmişdir və çıxış borusunu kimsə deşmişdir. Bu tamamilə yalandır, çünki qaz sayğacı hasardan çöldə yerləşir, kimin və necə, hansı şəraitdə sayğaca müdaxilə etməsindən iddiaçının məlumatı olmamışdır. İddiaçı səhər işə gedib axşam gəlir. Bu cür hərəkətlərə yol verməz, həmçinin anlayışı yoxdur. İddiaçının sayğacı küçədə yerləşir, qaz sayğacı qaz idarəsinin balansında olduğu üçün, həmçinin qanuna əsasən cavabdeh tərəf xarab olmuş sayğacın sazlığına görə özü məsuliyyət daşıyır. Qaz sayğacı əvvəlki ev sahibi Zərxanım Pirmməmədovanın adınadır. İddiaçı akta imza etməmiş, aktın surəti ona verilməmiş və ******* saylı akt əsasında yazılmış borcla razı deyildir. Bu qədər qaz istifadə etməsi qeyri-mümkündür. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmış ümumilikdə 2073,60 manat borc əsassızdır. Ona görə istehlakçı kimi iddiaçı hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək 2(060)- 5066/2025-saylı mülki iş üzrə İddiaçı hesablanmış borcun silinməsi" tələbinə dair iddianın əsassız hesab edilərək iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmşdır ki, Sumqayıt şəhəri - 222 K, Corat, 2-ci məhəllə ünvanında yaşayan İddiaçı məxsus sayğaca (sayğac X1 adınadır) Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş ve yerində "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 04133994 saylı akt tərtib olunmuş və aktda “sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğu” qeyd edilmişdir. Belə ki, abonent sayğacdan kənar xətt çəkərək qazdan qeyri-qanuni istifadə etmişdir. Abonentin sayğacdan kənar qaz xətti istifadə etməsi aktlaşdırılmışdır. Dövlət əmlakını taladığına görə 96re iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçı itirilmiş qaza görə tərtib olunmuş 2073,60 manat rüsum isə qazdan qeyri-qanuni istifadə etdiyinə görə akt əsasında tərtib olunan məbləğdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, qaz xətti evdən kənarda yerləşir və çöldə olduğundan istənilən şəxs müdaxilə edə bilərdi. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və İddiaçı hesablanmış borcun silinməsi" tələbinə dair iddiasının əsassız hesab edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - “Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Sumqayıt şəhəri -222 K, Corat, 2-ci məhəllə ünvanında yaşayan İddiaçı məxsus sayğaca (sayğac X1 adınadır) Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş qaz sayğacına ümumi baxış keçirilmişdir. Bu zaman sayğacın çıxış borusunun deşik olduğu aşkar edilmişdir. - Cavabdeh İB Sumqayıt QİS-nin rəisi tərəfindən xx.xx.2023-cü ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 17280 m3 müəyyən olunmuşdur. - Abonent saldosundan görünür ki, Sumqayıt şəhəri - 222 K, Corat, 2-ci məhəllə ünvanı üzrə **********40000 saylı abonentə 2073,60 manat borc hesablanmışdır. Beləliklə tərəflərin izahatlarını dinləyərək, işdəki sübutlara əsaslanaraq hesab edir ki, sayğaca iddiaçı tərəfindən hər hansı müdaxilə olunması təsdiq olunmamışdır. Bu səbəbdən Sumqayıt şəhəri - 222 K, Corat, 2-ci məhəllə ünvanına qaz sərfiyyatına görə hesablanmış 2073,60 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Sumqayıt şəhəri - 222 K, Corat, 2-ci məhəllə ünvanına əsassız olaraq hesablanmış 2073,60 manat qaz borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan Sumqayıt şəhəri - 222 K, Corat, 2-ci məhəllə ünvanına (abonent kodu **********40000) akt üzrə hesablanmış 2073,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-5066/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5066/2025
13.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver