Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5077/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisinə qarşı “vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi” barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisinə qarşı “vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2014-cü ildə vəfat etmiş mərhum atası X2 miras qalmış daşınmaz əmlaka dair vərəsəlik işinin açılması, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 ərizənin geri qaytarılması barədə ərizə təqdim edərək, qardaşının Türkiyə Respublikasında olduğunu, özünün məlumatlı olmasını, özünün zəng edərək sənədləri geri götürməyi bildirməyini qeyd etmiş, ona görə də ərizənin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisi Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmə iclaslarının iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən iddiaçının nümayəndəsii dinləyib, ərizəni araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən ərizə təmin edilməlidir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində müəyyən olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi geri qaytarıldığı üçün iş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisinə qarşı “vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi”nə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-5077/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5077/2024
15.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver