Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5106/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Qasımova (Sadıxova) Nigar Rauf qızı, Ərizəçi4 hüquqi əhəmiyyəti olan faktın müəyən edilməsinə dair (maraqlı şəxs: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 2 saylı Sumqayıt ərazi idarəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Qasımova (Sadıxova) Nigar Rauf qızı, Ərizəçi4 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək hüquq müəyyənedici sənədlər - 14 yanvar 2002-ci il tarixli; JN-038H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki Ərizəçi2 M. qızı qeydinin Ərizəçi2, eyni zamanda 29 yanvar 2002-ci il tarixli JN-048H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki Ərizəçi2 M. qızı qeydinin Ərizəçi2, Sadıxova Aliyə C. qızı qeydinin X2, Sadıxova Nigar R. qızı qeydinin Qasımova (Sadıxova) Nigar Rauf qızına, Ərizəçi1 R. oğlu qeydinin Ərizəçi1, Ərizəçi4 R. oğlu qeydinin Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sadıxov Rauf Mirzəbala oğlu Sumqayıt şəhəri, Saray bağlar massivi, B3705D və 3705N saylı torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 2 Saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin 18 aprel 2023-cü il tarixli məktubla hüquqların qeydə alınmasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, 14 yanvar 2002-ci il tarixli, JN-038H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də ata adı qısaltma şəklində qeyd olunmuşdur. olunan halla əlaqədar Sadıxov Rauf Mirzəbala oğlu Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edərək 14 yanvar 2002-ci il tarixli, JN-038H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki Sadıxov Rauf M. qeydinin ona yəni, Sadıxov Rauf Mirzəbala oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Bundan sonra qətnamənin icra edilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 2 Saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikləri zaman sözügedən şəhadətnamədə adı qeyd edilən digər şəxslərin də adlarının tam yazılmamasına istinad edilərək yenidən hüquqların qeydə alınmasından imtina olunmuşdur. Belə ki, şəhadətnamədə X4 - Sadıxova Aliyə C. qızı, Ərizəçi2 - Ərizəçi2 M. qızı, Qasımova (Sadıxova) Nigar Rauf qızı - Sadıxova Nigar R. qızı, Ərizəçi1 - Ərizəçi1 R. oğlu, Ərizəçi4 - Ərizəçi4 R. oğlu olaraq qeyd olunmuşdur. Sadalanan ad qısaltmaları isə torpaq üzərində mülkiyyət hüququnun qeydə alınmasına mane olmaqla qüvvədə olan məhkəmə qətnaməsinin icra olunmamasına səbəb olur. Məhkəmə iclasında Ərizəçi1 ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Digər ərizəçilər ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə sol mədəcik çatmazlığı xəstəliyi səbəbindən ölmüşdür. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, JN-048H, (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixli 12745 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş Saray bağ massivində yerləşən 3705D saylı bağ sahəsi üzərində X1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda şəhadətnamədən görünür ki, X1 ailə üzvləri qismində digər şəxslərlə yanaşı “Ərizəçi2 M. qızı”, “Sadıxova Nigar R. qızı”, “Ərizəçi1 R. oğlu”, “Ərizəçi4 R. oğlu” qeyd edilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, JN-038H, (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixli 12750 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş Saray bağ massivində yerləşən 3705N saylı bağ sahəsi üzərində X1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda şəhadətnamədən görünür ki, X1 ailə üzvləri qismində digər şəxslərlə yanaşı Ərizəçi2 M. qızı qeyd edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, JN-038H (KOD: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “Sadıxov Rauf M.” qeydinin Sadıxov Rauf Mirzəbala oğluna məxsus olması faktı müəyyən edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” X11 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, şəhadətnamədə ərizəçilərin adları tam yazılmadığından onların Saray bağ massivində yerləşən 3705N və 3705 D saylı bağ sahələri üzərində hüquqlarının dövlət qeydiyyatından imtina edilmiş və sənədin onlara məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X7 arasında xx.xx.1987-ci il tarixli, 368 saylı nikah qeydi vardır. Nikah bağlandıqdan sonra arvada Sadıxova soyadı verilmişdir. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X6, xx.xx.1998-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.2000-ci il təvəllüdlü Ərizəçi4 atası Sadıxov Rauf Mirzəbala oğlu, anası Ərizəçi2dır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, JN-038H, (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçi X1 ailə üzvü qismində Ərizəçi2 adı və soyadının qeyd olunması, lakin şəhadətnaməni verən orqan tərəfindən Ərizəçi2 ata adının tam yazılmaması, onun həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsinə səbəb olmuşdur. Bundan başqa Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, JN-048H, (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçi X1 ailə üzvləri qismində digər şəxslərlə yanaşı Ərizəçi2, X9, Ərizəçi1, Ərizəçi4 hər birinin adlarının və soyadların qeyd edilməsi lakin ata adlarının qeyd edilməməsi, onların həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsinə səbəb olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, hüquq müəyyənedici sənədlər - 14 yanvar 2002-ci il tarixli; JN-038H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki Ərizəçi2 M. qızı qeydinin Ərizəçi2, eyni zamanda 29 yanvar 2002-ci il tarixli JN-048H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki Ərizəçi2 M. qızı qeydinin Ərizəçi2, Sadıxova Aliyə C. qızı qeydinin X2, Sadıxova Nigar R. qızı qeydinin Qasımova (Sadıxova) Nigar Rauf qızına, Ərizəçi1 R. oğlu qeydinin Ərizəçi1, Ərizəçi4 R. oğlu qeydinin Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçilərin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçilərin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Hüquq müəyyənedici sənədlər - 14 yanvar 2002-ci il tarixli, JN-038H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki “Ərizəçi2 M. qızı” qeydinin Ərizəçi2, eyni zamanda 29 yanvar 2002-ci il tarixli JN-048H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki “Ərizəçi2 M. qızı” qeydinin Ərizəçi2, “Sadıxova Aliyə C. Qızı” qeydinin X2, “Sadıxova Nigar R. Qızı” qeydinin Qasımova (Sadıxova) Nigar Rauf qızına, “Ərizəçi1 R. Oğlu” qeydinin Ərizəçi1, “Ərizəçi4 R. Oğlu” qeydinin Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5106/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5106/2023
05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver