Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5114/2020 30.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı Cavabdeh2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh2 cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh2 cavabdeh “xxxx” ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, DEPO-1 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz və əsassız hesabanmış 432,02 manat borcun ləğv edilərək silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, DEPO-1 ünvanında yerləşən fərdi yaşayış evində 2000-ci ildən ailəsi ilə birlikdə məskunlaşmışdır. Yaşayış evinə X2yə görə elektrik hesabat sayğacı xx.xx.2009-cu il tarixdə mərhum atası X1 adına quraşdırılmışdır. Atası xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. O, məcburi köçkün olduğuna görə xx.xx.2016-cı il tarixə qədər X2yə görə ödənişlər dövlət tərəfindən həyata keçirilmişdir. Həmin dövrlərdə limitdən əlavə elektrik enerjisi işlətməmişlər. Onun hazırda sayğac üzrə borcu yoxdur. Lakin cavabdeh tərəfindən ona verilmiş abunə haqqında bildirişə görə guya onun X2yə görə cavabdehə 432,02 manat məbləğində borcu olduğu göstərilimşdir. Dəfələrlə cavabdehə borcun əsassız olması və silinməsi üçün müraciət etmişdir. Lakin cavabdeh qanunsuz və əsassız yazılmış borcu silməkdən imtina edir. Ona görə də, o, məcbur olub məhkəməyə edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Mübahisələndirilən borc məbləği qaçqın borcu olaraq dondurulmuşdur və cavabdeh tərəfindən tələb olunmur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. X5 Təchizatı və Satışı İdarəsinin 50-01/430 saylı xx xxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, xx.xx.2016-cı il tarixdə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 432,02 manat borc dondurulmuşdur. Hal-hazırda “xxxx” ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Abonentin xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixinədək enerji təchizatçı təşkilata sayğac borcu yoxdur. Abunə haqqında məlumatdan görünür ki, Cavabdeh2 (abonent kodu **********00793) abunə hesabında qaçqın borcunun silinməsi olaraq (xx.xx.2016) 432,02 manat borc göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakcı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın tələblərinə zidd olaraq hesablanılmış borc silinməlidir. İşin hallarından göründüyü kimi mübahisələndirilən borc məbləği qaçqın borcu olmaqla, həmin borcun yaranmasına səbəb olan abonentin limitdən artıq sərfiyyatı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 məxsus (abonent kodu **********00793) abunə hesabından 432,02 (dörd yüz otuz iki manat iki qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5114/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5114/2020
30.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver