Məhkəmə qərarları › İş №2(060)-5121/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5121/2022

06.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5121/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* №-li akta əsasən abonentin saldosunda qeyd edilən 1260,11 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana-6, otaq 46a-da iddiaçı öz ailə üzvlərilə birgə 2018-ci ilin fevral ayından yaşamır. Bunu xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayış təsdiq edir. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydaların pozulması haqqında” xx.xx.2018-ci ildə ******* №-li akt tərtib edilmiş, sözügedən akta əsasən iddiaçıya 1260,11 manat itirilmiş qazın bərpası üçün cərimə hesablanmışdır. İddiaçı cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. Cavabdeh tərəfındən tərtib edilmiş aktda qeyd edilmişdir ki, guya iddiaçı tərəfinmdən sayğacdan kənar qaz xəttindən istifadə edilmişdir. İddiaçı 4 ildən çoxdur ki, sözügedən ünvanda yaşamır və yaşadığı müddətdə də sayğacdan kənar qaz xəttindən istifadə etməmiş, istehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müxtəlif vaxtlarda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, 46a otağına əməkdaşlar tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən dəfələrlə təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda yerində ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli aktlar tərtib edilmiş və aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı" qeyd olunmuşdur. Abonentin mənzilinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilərək dövlətə vurduğu ziyan müəyyən edilmişdir. ******* saylı, xx.xx.2018-ci il tarixli aktla itirilmiş qazın bərpası üçün cəmi 399.6 manat, ******* saylı xx.xx.2018-ci il tarixli aktla itirilmiş qazın bərpası üçün cəmi 747,2 manat, ümumilikdə 1147,40 manat borc akt əsasında lesablanmış cərimə borcu deyil, istifadə etdiyi təbii qazın dəyərinə görə yaranmışdır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək hazırki mülki iş üzrə iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi iddia üzrə akt əsasında hesablanmış borcun silinməsi tələbi xx.xx.2021-ci il tarixədək qaldırıla bilərdi. Akt əsasında xx.xx.2018ci il tarixdə hesablanmış borc üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, hal-hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, 46a ünvanında yaşamır. Sadəcə olaraq borc iddiaçının adına yazıldığından məhkəməyə müraciət etmişdir. Eyni zamanda həmin ünvanda sayğacdan kənar xətdən istifadə edilməmişdir. Həmin yataqxanada sayğacdan kənar təbii qazdan istifadə halları mövcud olsa da, onun yaşadığı mənzilə belə bir xətt çəkilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdeh ona xx.xx.2018- ci il tarixli akt əsasında hesablanmış 1260,11 manat borcun silinməsini xahiş edir. Lakin, həmin akt əsasında ona 399,60 manat borc hesablanmışdır. Qalan borc isə xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmışdır. İddiaçının yaşadığı yataqxanada təbii qazdan sayğacdan kənar istifadə halları çox yayılmışdır. Eyni zamanda tələb üzrə iddia müddəti ötmüşdür. Qeyd edilənlərə əsasən nümayəndə məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. İş materiallarında olan 1 saylı Mənzil – Kommunal Sahəsinin 1xx.xx.2022-ci il tarixli, 2398 saylı arayışı ilə müəyyən olunur ki, iddiaçı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, otaq 46a ünvanında 2018-ci ilin fevral ayından yaşamır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, iddiaçı ümumi sayğacdan istifadə etmir, rezin boru vasitəsi qazdan qeyri-qanuni istifadə edir. Aktd dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur. xx.xx.2018-ci il tarixli akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə iddiaçının yaşadığı ünvana 3996 kub metr qaz sərfiyyatı hesablanmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, iddiaçı ümumi sayğacdan istifadə etmir, rezin boru vasitəsi qazdan qeyri-qanuni istifadə edir. Aktd dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur. İş materiallarına iddiaçıya məxsus evin qaz sayğacından kənar çəkilmiş xəttin videosunu özündə əksetdirən foto-şəkillərin surətləri əlavə edilmişdir. İddiaçıya aid ünvanın **********10450 saylı abonent saldosunda iddiaçıya 2018-ci ilin may ayı üçün akt əsasında 747,20 manat, dekabr ayı üçün isə 399,60 manat borc hesablandığı göstərilmişdir. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X3 öz ifadəsində bildirmişdir ki, o “Azərqaz” İstehsalat Birliyinin əməkdaşıdır. xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktlardakı imza ona məxsusdur. 6 saylı yataqxanada sayğacdan kənar təbii qazdan istifadə halları geniş yayılmışdır. O, iddiaçının evinə rezin boru vasitəsilə qaz xətti çəkildiyini binaya vizual baxış zamanı müəyyən etmişdir. Lakin, mənzilə daxil olmadığından xəttin hara çəkildiyini müəyyən etməmişdir. Həmin binada ümumi sayğac mövcudur. Həmin ünvanda yaşayan ailələrin çoxu ümumi sayğacdan istifadə edirlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (5.1.). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (5.2.). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (6.5.). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı ünvanda həqiqətən qaz sayğacından kənar xəttdən istifadə edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar və şahid ifadəsi bunu təsdiq edir. Bu səbəbdən cavabdehin əməkdşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Eyni zamanda iddiaçı xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış borcun silinməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, həmin akt əsasında 399,60 manat borc hesablanmışdır. Yəni, iddiaçı iddia tələbində qeyri-dəqiqliyə yol verərək digər bir akt əsasında hesablanmış borcu da həmin akta aid etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında həmin ünvanda artıq 4 ildən artıq müddətdir ki, yaşamadığını bildirir. Lakin, göründüyü kimi təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar təqribən 4 il bundan əvvəl tərtib edilmişdir. Həmçinin 1 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının 6 saylı yataqxanada yaşamadığı göstərilsə də, hansı tarixdən onun həmin yataqxananı tərk etdiyi qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göründüyü kimi cavabdehin nümayəndəsi xx.xx.2018-ci il tarixli, ******* saylı aktın tərtib edilməsi üçün əsas olmuş halları təsdiq edən zəruri sübutları məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Cavabdehin nümayəndəsi tərəfindən təqdime dilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.). İddiaçının hazırkı iddiası müqavilə tələbləri ilə bağlı olmadığından məhkəmə hesab edir ki, mübahisəyə müqavilə tələbləri üçün qanunvericilikdə müəyyən edilmiş 3 illik iddia müddəti tətbiq edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, ******* №-li akta əsasən abonentin saldosunda qeyd edilən 1260,11 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar