Məhkəmə qərarları › İş №2(060)-5123/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5123/2022

22.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5123/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 Ərizəçi1 və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsna qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda qeydiyyatda olan 05 dekabr 2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyətsiz elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, o, Ərizəçi1 xx xxxxxxx 1970-ci il tarixdə Naxçıvan şəhər, Şahbuz rayonunda anadan olmuşdur. 1998-ci il tarixdə Ərizəçi2 ilə rəsmi nikah qeydiyyatına keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 2 övladları anadan olmuşdur: 05 dekabr 2003-cü il təvəllüdlü X7 və 18 may 2001-ci il təvəllüdlü X5. Qeyd edir ki, oğlu Bayramlı Malik anadan gəlmə psixi qüsurludur. O “Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozğunluğu diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Tibb Mərkəzi Sumqayıt 1 nömrəli şəhər xəstəxanası poliklinika şöbəsinin psixiatrik kabinetində dispanser qeydiyyatdadır. Hal-hazırki vaxta qədər müalicəsi davam etdirilir. Nəzərə çatdırmaq istəyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş, iddia ərizəsinə əlavə etdiyi arayışlardan da görünür ki, 05 dekabr 2003-cü il təvəllüdlü X7 İ qrup əlildir. Həmçinin daima kənar şəxslərin köməyinə ehtiyacları vardır. O, öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Özünü idarə edə bilmir. Başqasının köməyinə ehtiyacı vardır. Ona görə də məhkəməyə müraciət edərək övladının fəaliyyət qabiliyyətsiz elan edilməsini və özünün onlara qəyyum təyin edilməyini istəyir. Göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanda qeydiyyatda olan 05 dekabr 2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyətsiz elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 məhkəmədə iştirak edən zaman Ərizəçi1 izahatına uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 ərizənin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 izahatlarını dinləyib, iş üzrə materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan AZ-İ № 425500 saylı, xx.xx.2004-cü il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Ərizəçi1 ana qrafasında Ərizəçi2 qeyd edilmişdir. İş materiallarında olan Tibbi-Sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, X7 birinci dərəcəli müddətsiz əlildir. İş materiallarında olan Sumqayıt şəhər Tibb Mərkəzi Sumqayıt 1 nömrəli şəhər xəstəxanası poliknika şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 1-də yaşayan 2003-cü il təvəllüdlü X7 “Ağır dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən davranış pozuntuları ilə diaqnozu ilə 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixatrik kabinetində dispanser və ya ambulator müşahidədədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 4095 saylı rəyindən müəyyən edilir ki, fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs-2003-cü il təvəllüdlü X3 “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 onda müəyyən edilən Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 3014 saylı rəyini nəzərə alaraq, məhkəmə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar