Məhkəmə qərarları › İş №2(060)-5130/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5130/2021

01.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5130/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçi İddiaçı iştirakı ilə, İddiaçi İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın qəbul müddətinin bərpa edilməsi tələbinə dair mülki işə 01 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.12.2013-cü il tarixdə vəfat etmiş mərhum anası X3 məxsus Dəvəçi şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ünvanında yerləşən 3 saylı binanın 7 saylı mənzilinə dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzrlü hesab edərək, müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçi İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, X6 onun anasıdır. Buna onun adına 18 dekabr 1988-ci ildə verilmiş Xİİ-JQ 382246 saylı “Doğum haqqında şəhadətnamə" təsdiq edir. Anası 15 dekabr 2013-cü ildə "Metastaz" xəstəliyindən dünyasını dəyişmişdir. Bunu Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 986416 nömrəli "Ölüm haqqında şəhadətnamə" təsdiq edir. Mərhum anasının vəfatı tarixində mülkiyyətində Dəvəçi şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanında yerləşən 3 saylı binanın 7 saylı mənzili olmuşdur. Həmin mənzili mərhum anasının vəfatından sonra o, onun qanuni varisi kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişdir. Lakin hüquqi savadsızlıq səbəbindən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etməmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi Sumqayıt Regional "Asan xidmət” Mərkəzinin Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmişdir. Sumqayıt Regional "Asan xidmət” Mərkəzinin Notariat Ofisindən mirasın qəbulu müddətini buraxdığı üçün, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mərhum anasına məxsus Dəvəçi şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ünvanında yerləşən 3 saylı binanın 7 saylı mənzilini faktiki qəbul edib, onu idarə edir. Müddəti ötürməsinin daha bir səbəbi avtonəqliyyat qəzası keçirməsi və uzun müddət müalicə alması ilə də əlaqədar olmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvalayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: X6 15.12.2013-cü il tarixdə Şabran rayonunda, X4 13.09.2000-ci il tarixdə Nijni- Novqorod şəhərində vəfat etmişdir. (iş materiallarına əlavə olunmuş AZ-İ 986416 nömrəli və İ-TN 580380 saylı ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur, atası X4, anası isə X5r. Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat ofisinin İddiaçı ünvanlanmış 30.04.2021-ci il tarixli 1224 saylı məktubunda qeyd edilmişdir ki, 30.04.2021-ci il tarixli, notariat ofisinə ünvanlanmış 15.12.2013-cü il tarixində vəfat etmiş X2 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsi qeydə alınmış, lakin qanunla müəyyələşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Dəvəçi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 3 saylı binanın 7 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizəçi İddiaçı ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Dəvəçi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 3 saylı binanın 7 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmışdır. X6 15.12.2013-cü il tarixdə Sumqayıt şəhərində vəfat emişdir. Ərizəçi İddiaçı A.Salamovanın qanun üzrə birinci növbə vərəsəsidir. Eyni zamanda iş materiallarında olan xəstənin ambulator və stasionar tibbi kartasından çıxarışlarından görünür ki, İddiaçı aldığı xəsarətlərlə bağlı 2015-ci ildən 2021-ci ilə kimi çoxsaylı müayinələrdən keçmiş, bununla bağlı çoxsaylı müalicələr qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iddiaçi İddiaçı A.Salamovanın qanun üzrə birinci növbə vərəsəsi olduğunu və səhhətində problemlərlə bağlı mirasın qəbul müddətini ötürməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 15.12.2013-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. 15.12.2013-cü il tarixdə vəfat etmiş X3 məxsus Dəvəçi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 3 saylı binanın 7 saylı mənzilinə dair miras əmlakın qəbulu müddətinin buraxılması üzrlü sayılsın və müddət bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar