Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-515/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X9, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin, X11 şəhadətnamənin, bağışlama müqaviləsinin, çıxarışların ləğv edilməsi, vərəsə kimi tanınma və miras əmlakda vərəsə payının müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin, X11 şəhadətnamənin ləğv edilməsi, vərəsə kimi tanınma və miras əmlakda vərəsə payının müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1949-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. İddiaçının atası Cavabdeh3 İslam oğlu və anası X4 rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Atası Cavabdeh3 İslam oğlu 05 may 2003-cü ildə, anası X4 26 iyun 2004-cü ildə vəfat etmişlər. Mərhum atası Cavabdeh3 İslam oğlundan iddiaçıya və qardaşı Cavabdeh2 8 sot torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi qalmışdır. İddiaçı, anası X4 və qardaşı Cavabdeh2 ailə üzvləri ilə birgə həmin ünvanda pasport qeydiyyatında olmaqla yaşamışlar. Atası Cavabdeh3 İslam oğlu 05 may 2003-cü ildə vəfat edəndən sonra İddiaçı, anası X4, qardaşı Cavabdeh2 ailə üzvləri ilə qeydiyyatda olmaqla yaşasalar da, qardaşı Cavabdeh2 və arvadı evin sənədlərini gizlədərək evi sənədləşdirməyə imkan verməmişlər. Daha sonra, anası X4 26 iyun 2004-cü ildə vəfat etmişdir. İddiaçı anası Hacıyeva X1 və onun ölümündən sonra atasından qalan evdə qeydiyyatda olmaqla yaşamış və fərdi yaşayış evinin bir otağı faktiki olaraq iddiaçının və ailəsinin istifadəsində olmuşdur. Hal-hazırda əmlakları həmin otaqda yerləşir. İstifadəsində olan otağın həyətə ayrıca giriş-çıxış qapısı vardır və bu gün də tərəfindən açarla açılıb bağlanır. İddiaçı istifadəsində olan otağa öz açarı ilə daxil olub, otağı tərk edir. İddiaçı fərdi yaşayış evinin bir otağından istifadə etsə də, dörd övladı (iki qızı və iki oğlu) həmin ünvanda doğulsa da, sonradan Cavabdeh2 və arvadı X12 iddiaçıya və ailə üzvlərinə həmin evdə yaşamağa imkan vermədiyindən, aralarında daim dava-dalaş, söz-söhbət, narazılıq baş verdiyindən, deyiləsi mümkün olmayan şərəf və ləyaqətini alçaldan sözlər və söyüşlərlə təhqir olunduğundan, hətta ölümlə hədələndiyindən cinayət hadisəsi baş verməsin deyə məcburiyyət qarşısında qalaraq başqa ünvanda yaşayır. Qardaşı Cavabdeh2 İslam oğlu 8 sot torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evini sənədləşdirib iddiaçının payını bölməyə, daha sonra evi satıb iddiaçının payını bölməyə söz verməsinə baxmayaraq, 8 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evi sənədləşdirilməmişdir. Təxminən 10 sentyabr 2023-cü il tarixdə fərdi yaşayış evinin istifadəsində olan otağına gələrkən həyətə daxil olanda, elə qapının ağzında qardaşı arvadı X12, oğlu Cavabdeh3 üstünə hücum çəkərək, əsasən qardaşı oğlu Aslan iddiaçını deyiləsi mümkün olmayan şərəf və ləyaqətini alçaldan nalayiq, deyiləsi mümkün olmayan sözlər və söyüşlərlə təhqir etmiş, öldürməklə hədələyərək istifadəsində olan otağa daxil olmağa qəti olaraq imkan verməmişdir. Bundan sonra, iddiaçı atasından qalan evin sənədləşdirilməsi, yəni qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması və payların müəyyən edilməsi üçün notariat ofisinə müraciət etsə də, notariat ofisi şifahi olaraq miras əmlakın çıxarışının olmaması səbəbindən notariat hərəkətlərini aparmaqdan imtina edərək, iddiaçıya məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Mərhum atası Cavabdeh3 İslam oğluna məxsus, 8 sot torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evində onun ölümündən sonra qeydiyyatda olmaqla yaşamış və istifadə etmişdir. İşıq, su, qaz sərfiyyatına görə ödənişlər etmişdir. Lakin anasının sağlığında qardaşı Vaqif və arvadı mütəmadi dava-dalaş saldığından iddiaçını və ailə üzvlərini, anasını deyiləsi mümkün olmayan şərəf və ləyaqəti alçaldan sözlər və söyüşlərlə təhqir etdiyindən istifadəsində olan otağı açarla bağlayaraq ailəsi və anası ilə birgə qayınanasına məxsus ünvanda yaşamağa məcbur olmuşdur. Anası yaşlı idi, ayaq üstə dura bilmirdi, ona görə də ona həyat yoldaşı baxaraq qulluq edirdi. İddiaçı qardaşı Vaqiflə birgə qohumların və qonşuların şahidliyi və iştirakı ilə anasını 8 sot torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evindən götürüb Sumqayıt şəhər Köhnə Corat qəbiristanlığında dəfn etmiş və anasının yas mərasimlərini həmin evdə vermiş, istifadəsində olan otaqda isə tək yaşayaraq istifadə etmişdir. Həmin evin bir otağı bu gün də iddiaçının istifadəsindədir, həmin ünvanda pasport qeydiyyatındadır və həmin otağın qapısını özü açarla açıb bağlayır. Lakin yuxarıda qeyd olunduğu kimi 10 sentyabr 2023-cü il tarixdən istifadəsində olan otaqda sərbəst istifadə edə bilmir. Qardaşı Cavabdeh2 iddiaçının payını əvvəl evi sənədləşdirib verəcəyinə, daha sonra evi satıb payını verəcəyini vəd verməsinə baxmayaraq, verdiyi vədə əməl etmədiyindən yaranmış mübahisənin məhkəmədənkənar həlli qeyri-mümkün olduğundan məcburiyyət qarşısında atası Cavabdeh3 İslam oğlundan miras qalmış evi özü sənədləşdirmək üçün əvvəl «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair» (mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair) iddia ərizəsi ilə, daha sonra həmin tələb üzrə ərizə ilə müraciət etsə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-7470/2023, xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış və iddiaçıya müvafiq tələb ilə müraciət iddia ərizəsi formasında deyil, faktın müəyyən edilməsi barədə ərizə formasında edilməli və ərizəyə xüsusi icraat qaydasında baxılmalı olması izah edilmişdir. Daha sonra eyni tələb üzrə ərizə formasında müraciət etsə də, bu dəfə ərizəsi və ona əlavə edilmiş sənədlər Sumqayıt Şəhər Məhkəməsinin iş Ne2(060)-1502/2024, xx.xx.2024-cü il tarixli qərardadına əsasən baxmayaraq Sumqayıt «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət etmiş və iddiaçıya şifahi olaraq məhkəməyə müraciət etməyi cavabı verilmişdir bildirmiş geri qaytarılmış və tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməməsi izah edilmişdir. Ona görə də təkrarən 1 saylı Sumqayıt Regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə, daha sonra onların verdiyi məlumat əsasında 2 saylı Sumqayıt Regional «ASAN xidmət» Mərkəzində Notariat ofisinə iddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi barədə rəsmi ərizə ilə müraciət etmiş və iddiaçıya müraciəti ilə bağlı rəsmi cavab verilməsini xahiş etmişdir. Həmin vaxt iddiaçıya məlum olmuşdur ki, xx.xx.2003-cü ildə vəfat etmiş atası Cavabdeh3 İslam oğlundan miras qalmış əmlaka dair xx.xx.2022-ci ildə qardaşı Cavabdeh2 vəsiyyətnamə üzrə tam hissədə X11 şəhadətnamə verilmişdir. Buna görə də iddiaçıya şəhadətnamə verilməsi mümkün deyildir və iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Həmçinin, iddiaçıya məlum olmuşdur ki, 2 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X10 Cavabdeh2 adına vəsiyyətnamə üzrə X11 şəhadətnaməni ünvan 5t notariat ofisi tərəfindən xx.xx.1997-ci il tarixdə təsdiq edilən və reyestrdə 193 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən vermişdir. Həmçinin, iddiaçıya məlum olmuşdur ki, şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə mərhum atam Cavabdeh3 İslam oğluna verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid ev 22 Yeni qaydalarla AZ-5003, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 119,6 kv/m fərdi yaşayış evindən və ümumi sahəsi, 0.0651 ha torpaq sahəsindən ibarətdir. Vəsiyyətnamə qanunsuz və saxtadır və saxta vəsiyyətnaməyə əsasən Cavabdeh2 vəsiyyətnamə üzrə X11 şəhadətnamə verilmişdir. Belə ki, bu günədək iddiaçının, anasının belə bir vəsiyyətnamənin olmasından xəbərləri olmamışdır. Cavabdehdə bu illər ərzində belə bir vəsiyyətnamənin olması barədə heç bir məlumat verməmişdir. Həmçinin vəsiyyətnamə mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin xəbəri və razılığı, hətta şahidlərin iştirakı olmadan tərtib edilmişdir. Bundan başqa vəsiyyətnamə tərtib edilərkən şəhadətnamə verilən miras əmlakın mülkiyyət sənədi olmamışdır. Yuxanda qeyd olunduğu kimi şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh3 İslam oğlunun mülkiyyətinə onun ölümündən sonra verilmişdir və **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid ev 22 Yeni qaydalarla AZ5003, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 119,6 kv/m fərdi yaşayış evindən və ümumi sahəsi, 0.0651 ha torpaq sahəsindən ibarətdir. ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh3 İslam oğluna verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid ev 22 Yeni qaydalarla AZ5003, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 119,6 kv/m fərdi yaşayış evindən və ümumi sahəsi, 0.0651 ha torpaq sahəsindən ibarət miras əmlak vəsiyyətnamə üzrə deyil, vərəsələrin dairəsi müəyyən edilməklə, vərəsə payları vərəsələri arasında bərabər pay hüququ ilə bölünməklə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməklə sənədləşdirilə bilərdi. Göründüyü kimi notariat ofisi tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuş, vəsiyyətnamə verilən an miras toplusuna daxil olmayan miras əmlakda Cavabdeh2 payı tam hissədə müəyyən edilmiş, mənzildə qeydiyyyatda olan və yaşayan digər vərəsənin pay hüquqları nəzərə alınmamış və iddiaçıya ziyan vurulmuşdur. Bundan başqa mərhum atası Cavabdeh3 İslam oğlu tərəfindən verilmiş vəsiyyətnamə ünvan 5t notariat ofisi tərəfindən xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş, ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə mərhum atam Cavabdeh3 islam oğluna **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş və bundan sonra vəsiyyətnaməyə əsasən həmin miras əmlaka vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi isə 12 sentyabr 2022-ci ildə təsdiq edilmişdir. Yuxarıda sadalananlara əsasən, məhkəmə tərəfindən ünvan 5t notariat ofisi tərəfindən xx.xx.1997ci il tarixdə təsdiq edilən və reyestrdə 193 nömrəsi ilə qeyd olunan vəsiyyətnamənin və həmin vəsiyyətnaməyə əsasən 2 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş Cavabdeh2 adına verilmiş vəsiyyətnamə üzrə X11 Şəhadətnamənin ləğv edilməsi, şəhadətnamə verilən, ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə mərhum atası Cavabdeh3 İslam oğluna verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid ev 22 Yeni qaydalarla AZ5003, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 119,6 kv/m fərdi yaşayış evindən və ümumi sahəsi, 0.0651 ha torpaq sahəsindən ibarət miras əmlakda vərəsəsi olaraq iddiaçı, İddiaçı mərhum atası Cavabdeh3 İslam oğlunun tanınması və vərəsə paylannın bərabər pay hüququ ilə (50% və 50%) bölünməlidir. Göstərilənlərə əsasən, ünvan 5t notariat ofisi tərəfindən xx.xx.1997-ci il tarixdə təsdiq edilən və reyestrdə 193 nömrəsi ilə qeyd olunan vəsiyyətnamənin və həmin vəsiyyətnaməyə əsasən 2 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş Cavabdeh2 adına verilmiş vəsiyyətnamə üzrə X11 şəhadətnamənin ləğv edilməsi, şəhadətnamə verilən, ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə mərhum atası Cavabdeh3 İslam oğluna verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid ev 22 Yeni qaydalarla AZ5003, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 119,6 kv/m fərdi yaşayış evindən və ümumi sahəsi, 0.0651 ha torpaq sahəsindən ibarət miras əmlakda vərəsəsi olaraq iddiaçı, İddiaçı mərhum atası Cavabdeh3 İslam oğlunun tanınması və vərəsə paylarının bərabər pay hüququ ilə (50% və 50%) bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan İddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, cavabdeh qismində əlavə olaraq Cavabdeh3 cəlb edilməsi və ünvan 5t notariat ofisi tərəfindən xx.xx.1997-ci il tarixdə təsdiq edilən və reyestrdə 193 nömrəsi ilə qeyd olunan vəsiyyətnamənin və həmin vəsiyyətnaməyə əsasən 2 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş Cavabdeh2 adına verilmiş vəsiyyətnamə üzrə X11 şəhadətnamənin, həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışların, bağışlama müqaviləsinin ləğv edilməsi, şəhadətnamə verilən, ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə mərhum atası Cavabdeh3 İslam oğluna verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid ev 22 Yeni qaydalarla AZ5003, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 119,6 kv/m fərdi yaşayış evindən və ümumi sahəsi, 0.0651 ha torpaq sahəsindən ibarət miras əmlakda İddiaçı mərhum atası Cavabdeh3 İslam oğlunun vərəsəsi kimi tanınmağı və vərəsə paylarının bərabər pay hüququ ilə (1/2 pay hissəsi olmaqla) bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, ünvan 5t notariat ofisi tərəfindən xx.xx.1997-ci il tarixdə təsdiq edilən və reyestrdə 193 nömrəsi ilə qeyd olunan vəsiyyətnamənin və həmin vəsiyyətnaməyə əsasən 2 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş Cavabdeh2 adına verilmiş vəsiyyətnamə üzrə X11 şəhadətnamənin, həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışların, bağışlama müqaviləsinin ləğv edilməsi, şəhadətnamə verilən, ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə mərhum atası Cavabdeh3 İslam oğluna verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid ev 22, Yeni qaydalarla AZ5003, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 119,6 kv/m fərdi yaşayış evindən və ümumi sahəsi, 0.0651 ha torpaq sahəsindən ibarət miras əmlakda İddiaçı mərhum atası Cavabdeh3 İslam oğlunun vərəsəsi kimi tanınmağı və vərəsə paylarının bərabər pay hüququ ilə (1/2 pay hissəsi olmaqla) bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi X17 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
6. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahat verərək, bildirmişdir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 22.2-ci maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, vəsiyyətnamə tərtib edilərkən miras əmlakın mütləq şəkildə dövlət reyestrində qeydiyyatdan keçməsinə dair çıxarışın olmasına ehtiyac yoxdur. Bu halda şəxs vəfat etdikdən sonra miras əmlakın həmin şəxsə məxsus olmasına dair arayış tərtib edilir. Hazırki işdə də miras qoyan Cavabdeh3 vəfat etdikdən sonra miras əmlakın ona məxsus olmasına dair müvafiq arayış tərtib edilib və onun əsasında notariat ofisi tərəfindən X11 şəhadətnamə verilib. Vəsiyyətnamənin ləğvi ilə bağlı iddiaçının arqumentləri də əsassızdır. Vəsiyyətnamə 10 dekabr 1997-ci ildə ünvan 5t notariat kontorunda təsdiq edilib. Mülki Məcəllənin 1220-ci maddəsinə görə, vəsiyyətnamə yalnız vəsiyyət edən şəxs tərəfindən ləğv edilə bilər. Analoji norma Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 72-ci bəndində də nəzərdə tutulub. Odur ki, mərhum Cavabdeh3 tərəfindən 1997-ci ildə verilmiş vəsiyyətnamənin ləğv edilməsi üçün əsaslar mövcud deyil. Bundan əlavə, vəsiyyətnamə tərtib edilərkən onun mövcudluğu barədə iddiaçıya məlumat verilməsi də qanunvericilikdə nəzərdə tutulmayıb. Vəsiyyətnamə notariat ofisi tərəfindən təsdiq edildiyindən 2 şahidin iştirakına da zərurət yoxdur. İddiaçı 10 ildən artıqdır ki, mübahisəli mənzildə yaşamır, daimi olaraq başqa ünvana köçüb. Onun mübahisəli mənzilə hər hansı bağlılığı qalmayıb. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 06 noyabr 2024-cü il tarixli məktubundan məlum olur ki, iddiaçının arvadı X5 mülkiyyətində Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 12/19 saylı mənzil var. İddiaçı mübahisəli mənzildə qeydiyyatda olsa da, daimi olaraq Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 12/19 saylı mənzildə ailə üzvləri ilə yaşayır. Buna görə də onun atası Cavabdeh3 vəfat etdikdən sonra miras əmlakı faktiki olaraq qəbul etməyib. Bununla bağlı sübutları məhkəməyə təqdim etməyib. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
7. Cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəməyə məktub gğndərilərək, işə onların iştirakları olmadan baxılması məhkəmədən xahiş edilmişdir.
8. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
11. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
12. Belə ki, iş materiallarında olan Sumqayıt şəhəri ZAQS tərəfindən 18 mart 1949cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1949-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh3 İslam oğlu, anası – Cənnət Hacıbala qızıdır.
13. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 223576 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 İslam oğlu xx.xx.2003-cü il tarixdə infarkt sonrası kardioskleroz xəstəliyindən ölmüşdür.
14. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 250689 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə ateroskleroz xəstəliyindən ölmüşdür.
15. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X3 tərəfindən verilmiş arayışdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, 23 saylı məhəllə, 24/202 saylı evdə evin sahibinin oğlu İddiaçı, evin sahibinin oğlu Cavabdeh2, evin sahibinin gəlini X12, evin sahibinin nəvəsi Cavabdeh3, evin sahibinin nəvəsi X13, evin sahibinin nəvəsi X6, evin sahibinin nəvəsi X8 daimi qeydiyyatdadırlar.
16. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 199 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, 8İ-2469 reyestr nömrəli ərizəyə cavab olaraq bildirilir ki, xx.xx.2003-cü ildə vəfat etmiş Cavabdeh3 İslam oğlundan miras qalmış əmlaka dair xx.xx.2022-ci ildə Cavabdeh2 vəsiyyətnamə üzrə tam hissədə X11 şəhadətnamə verilmişdir, buna görə şəhadətnamə verilməyi mümkün deyildir. Odur ki, məhkəməyə müraciət etməyi tövsiyə olunur.
17. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********020 saylı ərizədən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, **********86-10301 reystr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, ev 22, Yeni qaydalarla AZ5003, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və üzərində yerləşən 0,0651 ha torpaq sahəsinə dair qanun üzrə X11 şəhadətnamə verilməsini xahiş etmişdir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmişdir.
18. İş materiallarında olan 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli, 2V- 19 reyestr nömrəli «Vəsiyyətnamə üzrə X11 şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş və reyetrdə 193 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş- Cavabdeh3 İslam oğlunun vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi: oğlu Cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh3 İslam oğluna verilmiş **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, ev 22, yeni qaydalarla: AZ5003, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 119,6 kv/m fərdi yaşayış evindən və ümumi sahəsi 0,0651 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********9İO32101 olan arayışa əsasən X11 şəhadətnamə verilənədək Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, ev 22, Yeni qaydalarla AZ5003, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,0651 ha torpaq sahəsi ipoteka ilə yüklü edilməməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
19. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, ev 22, Yeni qaydalarla AZ5003, Sumqayıt şəhəri, Əcəmi Naxçıvani küçəsi, ev 15 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 İslam oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.
20. İş materiallarında olan 23 oktyabr 2012-ci il tarixli vəsiyyətnamə üzrə X11 şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhəri 5 saylı dövlət notariat kontorunun dövlət notariusu Baba Əhmədli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2003-cü ildə vəfat etmiş Cavabdeh3 İslam oğlunun vərəsəsi Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, məhəllə 23, ev 24/202-də qeydiyyatda olan oğlu Cavabdeh2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Əmanət Əmanət bankında 8339 nömrəli və 0572b52 nömrəli hesablarda göstərilən pul məbləğlərindən ibarətdir. Şəhadətnamə “Kapital Bank” na təqdim edilməlidir.
21. İş materiallarında olan ünvan 5t notariat kontorunun notariusu S.M.Əsədullayev tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 İslam oğlu Sumqayıt şəhəri, 23-cü məhəllə, 6-cı keçid, Kotec qəsəbəsində yerləşən 24 saylı evi oğlu Cavabdeh2 vəsiyyət etmişdir.
22. İş materiallarında olan Sumqayıt şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 İslam oğlu --- X7 xx.xx.1946-cı il tarixdə nikahlarını bağlamışlar. Qadına Hacıyeva soyadı verilmişdir.
23. İş materiallarında olan Dövlət Notariat Arxivi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 5t notariat kontorunda 10 dekabr 1997-ci il tarixdə 2B-1 reyestrində 193 nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Bildirilir ki, həmin vəsiyyətnamənin 31 avqust 2012-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Vəsiyyətnamə üzərində müvafiq qeydiyyat aparılaraq Sizə göndərilir.
24. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh2 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, ev 22, Yeni qaydalarla AZ5003, Sumqayıt şəhəri, Əcəmi Naxçıvani küçəsi, ev 15 bütövlükdə hədiyyə alan Cavabdeh3 mülkiyyətinə verir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
25. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, vəsiyyət edən Cavabdeh3 İslam oğlu xx.xx.2003-cü ildə vəfat etmiş, onun vəfatı ilə miras əmlak açılmış və vəsiyyət edənin xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən mübahisəli əmlakı oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Cavabdeh2 da sözügedən əmlakı oğlu Cavabdeh3 bağışlamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
26. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
28. Eyni Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
29. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
30. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
31. Eyni Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
32. Eyni Məcəllənin 1172-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.
33. Eyni Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin
34. Göstərilən Məcəllənin 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: -1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; -1220.0.2. notariat orqanına ərizə verməklə; -1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.
35. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
36. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlakın mülkiyyətçisi Cavabdeh3 İslam oğlu sağlığında öz iradə ifadəsini bildirərək, öz əmlakını oğlu Cavabdeh2 vəsiyyət etmişdir.
37. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.1997-ci il tarixli vəsiyyətnamənin ləğv edilməsinə əsas yoxdur. Həmin vəsiyyətnamə əsasında tərtib olunmuş çıxarışın ləğvi üçün də hüquqi əsaslar yaranmır.
38. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
39. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
40. Məhkəmə hesab edir ki, iddia tələbi “ünvan 5t notariat ofisi tərəfindən xx.xx.1997-ci il tarixdə təsdiq edilən və reyestrdə 193 nömrəsi ilə qeyd olunan vəsiyyətnamənin və həmin vəsiyyətnaməyə əsasən 2 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş Cavabdeh2 adına verilmiş vəsiyyətnamə üzrə X11 şəhadətnamənin, çıxarışın ləğv edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir.
41. Məhkəmə iddia tələbinin “bağışlama müqaviləsinin ləğvi tələbi” ilə bağlı qeyd edir ki, hazırda əqdlərin bağlanması və ləğv olunması ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması və bu konteksdə mübahisələndirilən bağışlama müqaviləsinə hüquqi qiymətin verilməsi zəruridir.
42. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).
43. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
45. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə isə, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
46. Mülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
47. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə isə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
48. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
49. Məhkəmə qeyd edir ki, bağışlanan daşınmaz əmlak xüsusi mülkiyyətdə olmuş, bağışlanan əmlak yüklü olmamışdır. Sözügedən bağışlama müqaviləsi qanunun tələblərinə müvafiq olaraq bağlanmış və hədiyyə alan tərəfindən hədiyyə qəbul edilmişdir. İşin müəyyən edilmiş hallarından həmçinin göründüyü kimi, mübahisələndirilən bağışlama müqaviləsi heç bir öhdəliklə şərtləndirilməmişdir. İddiaçı müqavilə tərəfi olmadığından daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğvini tələb etməkdə subyektiv hüquqa da malik olmamışdır. Həmin əqd əsasında tərtib olunmuş çıxarışın ləğvi üçün də hüquqi əsaslar yaranmır.
50. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “bağışlama müqaviləsinin, çıxarışın ləğv edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir.
51. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vəsiyyətnamənin, vəsiyyətnamə üzrə X11 şəhadətnamənin, bağışlama müqaviləsinin ləğv edilməsi hissələrində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan digər tələb – ½ hissə payın müəyyən edilməsi barədə tələb də əsassızdır və təmin edilməməlidir.
52. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
53. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin, X11 şəhadətnamənin, bağışlama müqaviləsinin, çıxarışların ləğv edilməsi, vərəsə kimi tanınma və miras əmlakda vərəsə payının müəyyən edilməsi tələbi”nə dair iddiası rədd edilməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığına görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
62. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin, X11 şəhadətnamənin, bağışlama müqaviləsinin, çıxarışların ləğv edilməsi, vərəsə kimi tanınma və miras əmlakda vərəsə payının müəyyən edilməsi tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva