Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5161/2024 27.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional "Asan Xidmət" Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbuledilmə müddətinin uzadılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional "Asan Xidmət" Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbuledilmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanda yerləşən 0,002 ha torpaq sahəsinə dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilərək müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1 saylı Sumqayıt Regional "Asan Xidmət" Mərkəzində Notariat ofisinə anası X2 miras qalmış Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən 0,002 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət edib. 1 saylı Sumqayıt Regional "Asan Xidmət" Mərkəzində Notariat ofisi tərəfindən ərizəsinin təmin olunmasından imtina olunmuş və ona ünvanlanmış xx.xx.2024-cü il tarixli 1363 nömrəli məktubunda qeyd olunmuşdur ki, " Sizin xx.xx.2021-ci il tarixdə vəlat etmiş X5mdan qalmış mirasın qəbulu barədə notariat ofısinə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizənizə baxılmışdır. Ərizənizə və ərizəyə əlavə olunan sənədlərə cavab olaraq bildirirəm ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mərhuın X3 vəfat etdiyi xx.xx.2021-ci il tarixə qüvvədə olan 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 (üç) ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 (altı) ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbavcan Respublikası Konstitiusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsiııə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüqüqu üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ missəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğıın olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin həmin Qərarla mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Göründüyü kimi miras sözügedən Qərarın qəbul edildiyi xx.xx.2023-cü ildən qabaq, yəni xx.xx.2021-ci il tarixdə açıldığı üçün həmin dövrün qanunvericiliyinə əsasən, mirasin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal hazırda Sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, mirası qəbulu faktının müəyyən olunmasına və ya mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur". Ona görə də mirasın qəbuletmə müddətinin uzadılması ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməyib. Zənn edib ki, anasından miras qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Lakin xx.xx.2024-cü il tarixində 1 saylı Sumqayıt Regional "Asan Xidmət" Mərkəzində Notariat ofısinə müraciət edərkən mirasın qəbulu üçün müddətin müəyyən edildiyini bilib.Qeyd edilənlərə əsasən iddiaçıiddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, ondan başqa bir bacısı və iki qardaşı var. Onlar da miras əmlakdan imtina etmələri barədə notarial qaydada da ərizə veriblər. Bundan başqa o elə bilmişdir ki, istənilən vaxt miras üçün notariusa müraciət edərək, mirası sənədləşdirə bilər. Bu səbəbdən müddəti ötürmüşdür. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1363 nömrəli arayışdan görünür ki, İddiaçı mirasın qəbulu müddətini ötürmüş, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşdə olan RX seriyalı, 0362203nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanda yerləşən 0,002 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. İşdə olan İ JQ -258215 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. atası Hüseynov Ağa-Sadıx Hüseyn oğlu, anası X4r. İşdə olan AZ-İİ 174222 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 687 nömrə ilə qeyd edilmişdir. İşdə olan İ İE -399387 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Ağa-Sadıx Hüseyn oğlu ilə Elmira Gülhüseyn qızı xx.xx.1963-cü il tarixdə Sumqayıt Nikah Bürosunda nikaha girərək ailə qurmuşlar və bu nikah 47 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan AZ-İİ JQ 359674 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Ağa-Sadıx Hüseyn oğlu xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1982-ci ildə 616 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli **********252, **********253 və **********254 nömrəli ərizələrdən görünür ki, X9, X7 və X8 mərhum X2 miras qalmış əmlakı faktiki qəbul etmədiklərini bildirmişdirlər. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, ondan Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanda yerləşən 0,002 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı X3 birinci növbə vərəsəsidir. Mərhumun dugər vərəsələri miras əmlakı qəbul etməkdən imtina etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə işin hallarını və İddiaçı X3 birinci növbə və mirası qəbul etmək istəyən yeganə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X2 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 30 mart 2021-ci il tarixdə ölmüş X2 miras qalmış Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanda yerləşən 0,002 ha torpaq sahəsinin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5161/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5161/2024
27.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver