Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-518/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Ərizəçi qızının, Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və himayəçilik orqanının nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, Ərizəçi qızının «şəxsin fəaliyyət qabiliyyəsiz hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi qızı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 26.10.2002-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qızı məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, 26.10.2002-ci il təvəllüdlü X4 onun doğma oğlu tez-tez qıcolma tutmaları (həftədə 3-4 dəfə), qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik qulluq və mülaicə tələb edən ciddi davranış pozuntusu” xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən oğluna 14.06.2021-ci il tarixdən İ qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi sosial ekspert komissiyasının Forma 88 №li arayışına əsasən oğlu ağır dərəcəli əqli cəhətdən zəifdir, kənar şəxslərin yardımına ehtiyacı vardır. Oğunun daim kənar şəxsin nəzarətinə və köməyinə ehtiyacı var. Ona özü baxır qulluq edir. Oğlu öz hərərkətlərinin mənasını dərk etmir, özünü müstəqil idarə edə bilmir. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirdi və ekspert rəyini əsas götürərək, rəyə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 oğlu 26.10.2002-ci ildə anadan olmuşdur. İş materiallarında olan tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair 14.06.2021-ci il tarixdə verilən məlumatda göstərilmişdir ki, X4 birinci qrup əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxs tərəfindən verilmiş 21.01.2022-ci il tarixli, 132 saylı rəydən görünür ki, X2 ağır dərəcəli əqli gerilik (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar- körpənin psixi inkişafdan geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Uşaq Nevroloji xəstəxanasında, Masallı MRX-də müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – bələdliyinin tam həcmdə olmaması, təfəkkürün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, əhvali ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, emosiyaların qeyri-adekvatlılığı, yaddaş və intelekt funksiyalarınn zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidin olmaması və sair sübut edir. Mülki iş materiallarının həmin materialda olan tibbi sənədlərin, həmçinin məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqi və təhlili sayəsində yekun nəticəyə gələrək hesab edilmişdir ki, 26.10.2002-ci il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurla idarə etmək iqtidarına malik deyil və o, öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, 26.10.2002-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, 26.10.2002-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2. maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26.10.2002-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən 26.10.2002-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-518/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-518/2022
08.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver