Məhkəmə qərarları › İş №2(060)-5180/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5180/2024

24.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5180/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanına əsassız hesablanmış 2244 manat borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Sumqayıt Ərazi idarəsi tərəfındən verilmiş MH seriyalı ******* nömrəli çıxarışla iddiaçıya məxsus ünvan 2 ünvanında yaşayır və həmin mənzillə bağlı bütün kommunal xərcləri vaxtlı-vaxtında ödəyir. Azərişıq MMC-dən alınmış **********00408 nömrəli Abonent saldosundan görünür ki, iddiaçı Azərişığa ödənilməmiş 2244 manat borcu vardır. Lakin bu günə kimi iddiaçıya Azərişığa borcunun olması barədə heç bir bildiriş gəlməmişdir və iddiaçının həmin borc barədə heç bir məlumatı olmamışdır. Abonent saldosundan görünür ki, həmin borc 2015-ci ildən 2021-ci ilə qədər olan dövrü əhatə edir. Bu borcların tələb etmə müddəti keçdiyindən silinməlidir. Yəni cavabdehin həmin borcu tələb etməsi qanunsuz və əsassız hesab edir. Çünki, cavabdeh təşkilat ondan iddia müddəti keçmiş borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ona məlumat və bildiriş verilmədən bu qədər borc göstərilmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 etirazı edərək tələbin rədd edilməsini xahiş etdi. Bildirdi ki, qeyd edilən borc iddiaçının enerjidən istifadəsi üzrə yaranmış borcdur, iddiaçı istifadə etdiyi enerjinin dəyərini ödəməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - **********00408 nömrəli Abonentin saldosundan görünür ki, sayğac xx.xx.2016-cı il tarixində quraşdırılmış, iddiaçının elektrik enerjisinin sərfiyatına görə ödəməli olduğu borcun 410,10 manat hissəsi akt əsasında, qalan 2282,28 manat borc X2yə görə yaranmış borcdur. 2016-2021-ci illər aralığında ödəniş olunmamış, 2021-2024-cü illər aralığında 447,75 manat ödəniş edilmişdir. Nəticədə 2244,63 manat borcu yaranmışdır. - Abunə haqqında arayışdan görünür ki, X1 hazırda "xxxx" ASC-yə 2256,31 manat qalıq borcu yaranmışdır. Borc X2yə görə yaranmış borcdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı yaşadığı ünvan 1 ünvan (Abonent: **********00408) X2 edilmiş, bununla bağlı hazırda abonentin 2256,31 manat borcu yaranmışdır. Borc X2yə görə yaranmış borcdur. Buna görə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının qeyd etdiyi borc məbləği enerji təchizatı müəssisəsindən onun istifadə etdiyi elektrik enerjisinə görə hesablanmışdır. Buna görə də Enerjitəhcizatı müəssisəsi tərəfindən iddiaçının mənzilinə hesablanmış həmin borc məbləği və həmin borcu tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına əsassız hesablanmış 2244 manat borcun silinməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına hesablanmış 2244 manat borcun silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar