Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5183/2024 28.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Məmmədzadə (Nəsirova) Sevinc Səməd qızı, Cavabdeh2 və üçüncü şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Məmmədzadə (Nəsirova) Sevinc Səməd qızı, Cavabdeh2 və üçüncü şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 60-da yerləşən 29 saylı mənzilə dair 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Məmmədzadə (Nəsirova) Sevinc Səməd qızı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci ildə bağlanmış 4Ə-1934 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki Cavabdeh2 onun anası, cavabdeh S.Nəsirova isə onun bacısı qızıdır. O, Sumqayıt şəhəri, 9-cu mikroravon, ev 60-da yerləşən 29 saylı mənzildə pasport qeydiyyatında olmaqla yaşayır. Bir müddət o, işi ilə bağlı Azərbaycanda olmadığı zaman cavabdeh olan anası Cavabdeh2 Sumqayıt şəhər məhkəməsində onun həmin mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmış və məhkəmənin 14 iyun 2021-ci il tarixli 2(060)-4536/2021 saylı qətnaməsi ilə onun mənzilə istifadə hüququna xitam verilmişdir. Cavabdeh bu qətnamə əsasında onu mənzildən qeydiyyatdan çıxarmaqla xx.xx.2021-ci ildə mənzili digər cavabdeh olan bacısı qızı S.Nəsirovaya bağışlamışdır. O, məhkəmə qətnaməsindən xəbər tutan kimi onun surətini əldə etmiş və apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya məhkəməsində işə baxılan zaman cavabdeh olan anası Cavabdeh2 ona qarşı iddia tələbindən imtina barədə ərizə vermiş və iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia baxılmamış saxlanılmışdır. Ona sonradan məlum olmuşdur ki, o, qeydiyyatdan çıxarılandan sonra mənzil anası tərəfindən onun razılığı olmadan özgəninkiləşdirilmişdir və buna görə də o, bağışlama müqaviləsinin ləğvi barədə Sumqayıt şəhər məhkəməsində iddia qaldırmışdır. Məhkəmə prosesində iştirak edən Cavabdeh2 bu mübahisəni sülh yolu ilə həll edəcəyini, mənzili sataraq ona mənzilin dəyərinin 1/3 hissəsini verəcəyini bildirmişdir və o da onunı bu şərtini qəbul edərək işin baxılmamış saxlanılması barədə ərizə vermişdir. Sumqayıt şəhər məhkəməsi xx.xx.2023-cü il tarixli 2(060)- 2045/2023 saylı qərardadla ışi baxılmamış saxlanılmışdır. Lakin artıq 1 il müddətin keçməsinə baxrnayaraq cavabdehlər mənzili satmamış, onu aldatmış, onun hüquqları pozulmuşdur. Onu da qeyd edir ki, o, xaricdə olan zaman cavabdeh olan anasına daima bank vasitəsı ilə pul vəsaitləri göndərmiş və onun vəsaiti ilə bu mənzildə təmir işləri aparılmışdır. 2021-ci ildə onun anası insult keçirmiş və səhhətində problemlər yaranmışdır və bu vəziyyətdə o digər cavabdeh S.Nəsirovanın və bacısı Leylanın və onun həyat yoldaşı Səmədin təsiri altına düşərək ona qarşı bu əməliyyatları icra etmişdir və sonradan düz etmədiyini anlayaraq ona qarşı iddia tələbindən imtina etmişdir. Hətta 2024-cü ilin yanvar ayında anası bu evə görə beh də götürmüş, lakin bacısı Leylanın həyat yoldaşı Səmədin bu məsələyə müdaxiləsindən sonra alqı-satqı baş tutmamışdır. Göründüyü kimi onun mənzilə istifadə hüququ və qeydiyyatı bərpa olunmuşdur, yəni istifadə hüququna xitam verilməsi barədə qətnamə artıq mövcud deyildir, lakin həmin qətnamənin qəbul edilməsi səbəbindən mənzil onun razılıq ərizəsi olmadan özgəninkiləşdirilmişdir ki, bu da tərəflər arasında bağlanmış bağışlama müqaviləsidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona (Cavabdeh2), digər cavabdeh Məmmədzadə (Nəsirova) Sevinc Səməd qızına və 3-cü şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofısinə qarşı müqavilənin etibarsız hesab edilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş məhkəmənin icraatındadır və məhkəmə iclası xx.xx.2024-cü il tarixinə, saat 11:00-a təyin edilmişdir. Bildirir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4536/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi ilə onun yəni, Cavabdeh2 İddiaçı (hazırki iş üzrə iddiaçı) qarşı iddia tələbi təmin edilmiş, sonuncunun istifadə hüququ itirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2-1(118)-4422/2024 saylı qərarı ilə İddiaçı və onun azyaşlı övladları 12 dekabr 2013cü il təvəllüdlü X10 və 12 dekabr 2013-cü il təvəllüdlü X11 mülkiyyətçisi olduğu mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin AR-sı DİN-nin Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunması qərara alınmışdır. O, iddia tələbinə aşağıdakılara görə etiraz edir. Mübahisəli mənzil Məmmədzadə (Nəsirova) Sevinc Səməd qızına məxsusdur. Sözügedən mənzili bağışlanma müqaviləsi əsasında tərəfindən Cavabdeh1 bağışlanılmışdır. İddiaçının sözügedən mənzildə heç bir hüququ yoxdur, bu səbəbdən də hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda Cavabdeh2 məhkəməyə yazılı izahat verərək bildirmişdir ki, o, 1974-cü ildən bəri ünvan 1 ünvanında yaşayır. İddiaçı 2011-ci ildə həyat yoldaşı ilə birlikdə Misir Ərəb Respublikasına birdəfəlik yaşamaq üçün çıxıb getmişdir və orada olarkən övladları X18 və X19 dünyaya gəlmişlər. O, 2020-ci ildə insult keçirmişdir. Artıq öləcəyini düşündüyündən mülkiyyətində olan evinin miras payının açıq qalmaması və ondan sonra ailə üzvlərinin sərbəst istifadə və sərəncam verə bilməklərini təmin etmək üçün mülkiyyətində olan mənzili qızı X6 qızı Məmmədzadə (Nəsirova) Sevinc Səməd qızının xeyrinə bağışlama müqaviləsi imzalamışdır. Lakin bundan əvvəl Misir Ərəb Respublikasında yaşayan və 2013-cü ildən bəri əlaqələri olmadığı İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ünvan 2 ünvanında istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarıldı. Bundan sonra bağışlama müqaviləsi imzalandı. Daha sonra 2022-ci il tarixdə İddiaçı Azərbaycana qayıtmış və evin mülkiyyətçisi Cavabdeh1 İddiaçı yazığı gəlmiş və ona sığınmaq üçün evdə yaşamağa icazə vermiş və onu övladları ilə birlikdə pasport qeydiyyatına almışdır. Lakin sonradan Cavabdeh1 İddiaçı pasport qeydiyyatında qalmasının onun hüquqlarına xələl gətirdiyini düşünərək 228.5ci maddənin təəsiri altına düşmədiyindən (ər, arvad, ana, ata, övladlar) pasport qeydiyyatından çıxarılması üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı 11 il ərzində Azərbaycan Respublikasında olmamışdır və bura ilə mütəmadi gəliş gedişi və ünsiyyəti olmamışdır. Bütün bunlar onlara hüquq verirdi ki, ağlabatan müddətdə yaşayış yerindən istifadə etmədiyinə görə onun mənzildən istifadə hüququna xitam verilsin və pasport qeydiyyatından çıxarılsın. Onlar da öz hüquqlarından istifadə edərək bu addımı atmışdırlar və o zaman İddiaçı Azərbaycan Respublikaslna qayıdacağını güman etməmişdilər. Qanunvericiliyə əsasən İddiaçı ağlabatan müddətdə əgər yaşayış yerindən istifadə etməmişdirsə bu onun artıq bu yaşşayış yerinə ehtiyacının olmadığını göstərmiş və yeni yaşayış yerinin olduğuna dəlalət etmişdir. Bütün bunları nəzərə aldıqda şəxsin mənzildən istifadə hüququnun itirilməsinin qanuni olmasını və bu səbəbdən də bağışlama müqaviləsinin qanuni olduğunu iddia edirlər. Burada heç bir qanunsuz müqavilədən və yaxud da İddiaçı istifadə və ya ehtimal olunan vərəsəlik hüququndan söhbət gedə bilməz. İddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 60-da yerləşən 29 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Bir müddət iddiaçı işi ilə bağlı Azərbaycanda olmadığı zaman Cavabdeh2 Sumqayıt şəhər məhkəməsində iddiaçının qeyd edilən mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. Məhkəmənin 14 iyun 2021-ci il tarixli saylı qətnaməsi ilə iddiaçının mənzilə istifadə hüququna xitam verilmişdir. Cavabdeh2 bu qətnamə əsasında tərəfini mənzildən qeydiyyatdan çıxarmaqla mənzili digər cavabdeh olan S.Nəsirovaya bağışlamışdır. İddiaçı məhkəmə qətnaməsindən xəbər tutan kimi qətnamənin surətini əldə etmiş və apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya məhkəməsində işə baxılan zaman Cavabdeh2 iddiaçıya qarşı iddia tələbindən imtina barədə ərizə vernıiş və iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iddia baxılmamış saxlanılmışdır. İddiaçı sözügedən mənzildən qeydiyyatdan çıxarılmış və sonradan mənzil Cavabdeh2 tərəfindən iddiaçının razılığı olmadan özgəninkiləşdirilmişdir. Belə olan halda da iddiaçı 2023-cü ildə bağışlama müqaviləsinin ləğvi barədə Sumqayıt şəhər məhkəməsində iddia qaldırmışdır. Məhkəmə prosesində iştirak edən Cavabdeh2 mənzili sataraq iddiaçıya mənzilin dəyərinin 1/3 hissəsini verəcəyini bildirmiş və iddiaçı da bu şərti qəbul edərək işin baxılmamış saxlanılması barədə ərizə vermişdir. Sumqayıt şəhər məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadla işi baxılmamış saxlamışdır. Lakin, qarşı tərəf hələ də şərtə əməl etməmişdir. Belə ki, iddiaçının anası nə mənzili satıb iddiaçının payını verməmiş, nə də mənzili öz adına qaytarmamışdır. Bundan sonra tərəflər arasında barışıq əldə edilməsi mümkün deyil. Hesab edir ki, iddia tələbi tam əsaslıdır. Formal olaraq bağlanılmış bağışlanma müqaviləsi ləğv edilməlidir. Qarşı tərəf dəfələrlə mübahisəli mənzili öz adına keçirəcəyinə söz versə də, sözünə əməl etmir. Bundan başqa bildirir ki, mənzilin yeni sahibi iddiaçının həmin mənzildəm qeydiyyatdan çıxarılması barədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və iddia təmin edilmişdir. Lakin iddiaçı həmin qərarı da mübahisələndirmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin həmin qərarı da ləğv edilmişdir. Beləliklə iddiaçı hazırda həmin mənzildə qeydiyyatdadır. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini, vəkilinin dedikləri razı olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddiaçı onun qızıdır. Qızı tez-tez mənzildə onunla mübahisə edir. Bu səbəbdən onunla barışmaq istəmir. O vaxt işə baxılanda qızı onunla yaxşı davranmışdır, bu səbəbdən o apellyasiya məhkəməsində iddiasından imtina etmişdir. Lakin hazırda qızı və uşaqları yenə onunla mübahisə edirlər. Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarı ilə iddiaçının qeydiyyatı ləğv edilib. Onu da məhkəmənin nəzərinə çatdırır ki, əvvəl əslində Yaqutun payını vermək niyyəti olub, sadəcə olaraq evin ucuz qiymətə satılmasını istəmir. Belə ki, evi 80000 manata almaq istəyənlər olsa da, o həmin məbləğlə razı olmadığı üçün evi satmamışdır. Bundan başqa bildirir ki, Yaqut ərə getmiş və düz 10 il burada yaşamamışdır. Həmin müddətdə bir dəfə də olsun ona zəng etməmiş, onunla maraqlanmamışdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh Məmmədzadə (Nəsirova) Sevinc Səməd qızı və üçüncü şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, sonuncu ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh1 isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə barədə məlumat verməmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(060)-4536/2021 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev 60, 19 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2163/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 iddiadan imtinası qəbul edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(060)-4536/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarş mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair müiki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(060)- 2045/2023 nömrəli qərardadından görünür ki, İddiaçı ərizəsi təmin edilmiş, İddiaçı cavabdehlər 1 saylı Sum qayıt regional “ASAN xidmət” mərkəzi notariat ofisinə və Cavabdeh2 qarşı X7 üçüncü şəxs qismində işə cəlb etməklə "müqavilənin ləğv edilməsi və s. tələbi"nə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Sumqayıt şəhəri, 9-cu mikrorayon, 60 saylı evin 29 saylı mənzilində qeydiyyatdadır. İşdə olan daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 60 saylı evin 29 saylı mənzilini X8 bağışlamışdır. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 60 saylı evin 29 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X5 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan AZ-İ 185728 saylı nikahın pozulması haqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 265 nömrə ilə qeydə alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, **********540 nömrəli və xx.xx.2021-ci il tarixli, **********541 nömrəli ərizələrin surətlərindən görünür ki, X16 və X1 Mirvari Rəcəb qızına məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 60 saylı evin 29 saylı mənzilin bağışlanmasına etiraz etmədiklərini bildirmişdirlər. İş materiallarında olan Vİİ-JQ 341284 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 və X17 xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhər Nikah Evində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 483 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Nəsirova soyadı verilmişdir. İşdə olan İİ-JQ 332491 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1973-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X2, anası X3r. İşdə olan Xİ-JQ 344263 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1998-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X4 , anası X13r. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(060)-4536/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 60, 19 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilmişdir. Bundan sonra Cavabdeh2 xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqaviləsi əsasında özünə məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 60 saylı evin 29 saylı mənzilini bacısı qızı - iş üzrə digər cavabdeh Məmmədzadə (Nəsirova) Sevinc Səməd qızına bağışlamışdır. İddiaçı hazırda həmin müqaviləni mübahisələndirir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün qanunverilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri yoxdur, müqavilənin bağlanması zamanı daşınmaz əmlakın bağışlanmasına dair qaydalara riayət edilmişdir. İddiaçının iddia tələbinin əsasını mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsinin sonradan ləğv edilməsi və iddiaçının mənzilə olan istifadə hüququnun bərpa edilməsi təşkil edir. Yəni iddiaçı hesab edir ki, onun mənzilə istifadə hüququ (qeydiyyatı) bərpa olunduğundan, bağışlama zamanı isə onun razılığı alınmadığından müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslarla razılaşmır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı) Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Beləliklə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun özünəməxsus xüsusiyyəti və onu başqa əşya hüquqlarından fərqləndirən cəhəti məhz sərəncam vermək səlahiyyətidir. Mülkiyyətçi tərəfindən bu səlahiyyətin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq sərəncam səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında nümayiş etdirdiyi hüquqi mövqeyi analoji olaraq hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsinin bağlanması zamanı hazırki iş üzrə iddiaçının razılığının alınmaması həmin müqavilənin etibarsız hesab edilməsinə əsas ola bilməz. Əks yanaşma, yəni mənzilin özgəninkiləşdirilməsinin mülkiyyətçi olmayan iddiaçının iradəsi ilə şərtləndirilməsi faktiki olaraq mülkiyyətçi olan Cavabdeh2 sərəncam vermək səlahiyyətinin pozulmasına səbəb olar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyatakeçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Eyni zamanda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, iddia tələbinin Cavabdeh1nın (Nəsirovanın) adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində də təmin edilməməsinə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Məmmədzadə (Nəsirova) Sevinc Səməd qızı, Cavabdeh2 və üçüncü şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Məmmədzadə (Nəsirova) Sevinc Səməd qızı, Cavabdeh2 və üçüncü şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5183/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5183/2024
28.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver