Məhkəmə qərarları › İş №2(060)-5200/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5200/2023

14.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5200/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 2004-cü il tarixdə X7 ilə nikaha daxil olmuşdur. Bu nikahdan 1 övladları - xx.xx.2005-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. X7 ilə aralarında olan nikah pozulduqdan sonra övladı X5 ərizəçinin yanında qalmışdır və uşaqlıqdan bəri onu ərizəçi böyüdür və bütün xərclərini ərizəçi qarşılayır. Lakin övladı Sədiyar anadangəlmə serebral iflic xəstəliyinə tutulmuşdur. Buna görə də ona İ dərəcəli əlillik verilmiş və sosial müavinət təyin edilmişdir. Ambulator kitabçadan göründüyü kimi X1 xəstəliyi anadangəlmədir və G80.1 X6 İflic, G82.1 Spastik paraplegiya, F72 Ağır dərəcəli əqli gerilik diaqnozları qoyulmuşdur. Diaqnozların qısa anamnezi ondan ibarətdir ki, ərizəçinin oğlunda kobud psixo-fiziki inkişaf geriliyi var, yerimir və kömək ilə durur. Buna səbəb isə ağır hamiləlik və çətin doğuş olmuşdur. Bundan əlavə, Tibbi-Sosial Ekspert Komissiyasının rəyindən göründüyü kimi övladı X3 birinci dərəcəli əlillik müəyyən edilmiş və 18 yaşdan sonra da sosial müavinət təyin edilmişdir. Bu rəydən görünür ki, oğlumda 90% nisbətində orqanizm funksiyalarının pozulma faizi mövcuddur. Rəydə göstərilir ki, övladı X3 G82.1 Spastik paraplegiya (Əzələ gücü proksimal 2 bal, distal 1 baldır) Əsas diaqnoz G80.1 X6 İflic diaqnozu qoyulmuşdur. Bütün bunlara əsasən anadangəlmə ümumi xəstəlik səbəbindən müddətsiz 1-ci qrup əlillik təyin edilmişdir və əmək qabiliyyətsizdir. Başqasının köməyinə ehtiyacı vardır. Oğlu Sədiyar öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onlan şüurlu idarə etmək iqtidarına malik deyildir. Ona görə də məhkəməyə müraciət edərək oğlunun fəaliyyət qabiliyyətsiz elan edilməsini və özünün ona qəyyum təyin edilməyini istəyir. Göstərilənlərə əsasən ərizəçinin uşaqlıqdan 1-ci qrup əlil olan oğlu xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Sumqayıt şəhər VVADQ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş, AZ-İ seriyalı № 677916 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 avqust 2005-ci ildə Sumqayıt şəhərində doğulmuş, atası X7, anası Nuriyeva Pəri Zeynal qızıdır.

8. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən 01 dekabr 2011-ci il tarixində verilmiş AZ-İ № 133285 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Nuriyeva Pəri Zeynal qızı arasında arasındakı nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 512 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Zeynalova soyadı verilmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 müddətsiz 1-ci qrup əlildir. Diaqnoz: G82.1 Spastik paraplegiya, Spastik paraplegiya (əzələ gücü proksimal 2 bal, distal 1 baldır) Əsas diaqnoz G80.1 X6 iflic, X6 İflic.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 xx.xx.2023-cü il tarixli, 2985 №-li rəyindən görünür ki, X2 “UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ YARANAN AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) DAVRANİŞ POZUNTULARİ İLƏ (F 72.1) müəyyən edilir. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən X9 “X6 iflic”diaqnozu ilə birinci dərəcəli əlil olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaq Nevroloji Xəstəxanasında “X6 iflic. Spastik paraplegiya. Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında müayinədə olması və onda “Ağır dərəcəli əqli gerilik daima qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə nitq artikulyasiyasının spestik pozuntusu. Yanaşı USİ, aşağı ətrafların parapalezi, iki tərəfli əyripəncəlik, hər iki aşağı baldır oynağının deformasiyası” diaqnozunun qeyd edilməsi), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – xx.xx.2005-ci il təvəllüdlü X2 uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilir. İİ– xx.xx.2005-ci il təvəllüdlü X5 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və şüurlu idarə etmək iqtidarında deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2005-ci il təvəllüdlü X5 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

14. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

17. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

18. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar