Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5205/2020 02.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, elektrik enerjisinə görə yaranmış 2382,52 manat məbləğində borcun iddia müddəti tətbiq etməklə silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Sumqayıt şəhəri ə/d, Yaşma bağlar ərazisi, “Sintez” B/Y 351 mülkiyyəti hüququ ilə İddiaçı məxsusdur. Bunu ƏMDK yanında DƏDRX-nin X4 xx.xx.2019-cu il tarixli dövlət reyestrindən Çıxarış təsdiq edir. O, 351 saylı bağ torpaq sahəsində ek tikərək ailə üzvləri ilə birlikdə sözügedən ünvanda 2007-ci ildən yaşayır. 2015-ci ilə qədər məişətdə istifadə edilən elektrik enerjisinin dəyərini sayğac göstəricisi olmadan nağd yolla cavabdehə ödəmişdir. 2015-ci ilin iyun ayında 351 saylı Bağ evinə elektrik sayğacı qoyulmuşdur. Sayğac həyat yoldaşı X1 adına qeyd edilmişdir. (abunə **********00790). Bu yaxınlarda Sumqayıt ASAN xidmət mərkəzinə elektrik sayğacını öz adına keçirmək üçün müraciət edərkən xx.xx.2020-ci il tarixə 2382,52 manat borcun olduğu, yalnız borc ödənildiyi təqdirdə sayğacın adına rəsmiləşdiriləcəyi və yeni sayğac qoyulacağı bildirilmişdir. Həmin vaxta qədər onun elektrik enerjisinə görə cavabdehə borcu olmamışdır. Hər ay sərf olunan elektrik enerjisinin dəyərini tam ödəmişdir. Bildirir ki, “Abunə haqqında” arayışa görə xx.xx.2015-ci ildə sayğac göstəricisi 2378 kvt.saat olmuşdur. xx.xx.2020-ci ildə sayğac göstəricisi 6904 kvt.saat olmuşdur. 5 il 2 ay ərzində o, 351 saylı bağ evində cəmi 4526 kvt.saat elektrik enerjisi işlətmişdir. Cavabdeh mənzildə istifadə etmədiyi elektrik enerjisinin dəyərini tələb edir. Həmin borc 2015-ci ildən əvvəlki dövrü əhatə edir. Bu səbəbdən də iddia müddətinin keçməsi ilə əlaqədar olaraq borc silinməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini qəbul etmir, belə ki, iddiaçının mənzilinə xx.xx.2013-cü il tarixdə elektrik hesabat sayğacı quraşdırılıb. Həmin tarixdən xx.xx.2020-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 3169,75 manat hesablanmışdır. Abonent həmin dövrdə 779,77 manat ödəniş etmiş və hazırda iddiaçının sayğaca görə 2389,98 manat debitor borcu qalmışdır. Abunə haqqında çıxarışdan görünür ki, iddiaçı xx.xx.2013-cü il il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, iddia edilən borc məbləğinin 2347,12 manatı xxxxxxxxxx ASC-nin dövründə, yəni 2015-ci ilin fevral ayınadək yaranmışdır, qalan məbləğ isə həmin dövrdən sonra müxtəlif vaxtlarda yaranmış sayğac borcudur. İddiaçı sayğac üzrə sərfiyyatı vaxtı-vaxtında ödəməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı (X1 adına abonent qeydiyyatı aparılmışdır) (abonent kodu **********00790) abunə hesabında 2389,98 manat borc vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-5205/2020 saylı sorğusuna verilmiş “xxxxxxxx” ASC-nin “Şimal” RETSİ-nin xx xxxxxx 2020-ci il tarixli arayışına əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evi **********00790 saylı kodla xx.xx.2007-ci il tarixdən Şirəliyev Mustafa adı ilə abonent qeydiyyatındadır. Həmçinin abonentin mənzilinə xx.xx.2013-cü ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmiş və xx.xx.2018-ci ildə yeni VİKO-M580DB0T tipli ******* zavod nömrəsi ******* dövlət möhürlü sayğac ilə əvəz edilib. Məlumat üçün bildirilir ki, Abonentin xx.xx.2020-ci il tarixə enerjitəchizatı təşkilata olan 2388,07 manat borcunun 40,95 manat hissəsi “xxxxxxxx” ASC dövrünə olan sayğac borcu, 2347,12 manat hissəsi isə “xxxxxxxxxx” ASC dövründə yaranmış borcdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enercitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakcı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 373.2-ci mddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmaqla, 2347,12 manat həddində təmin edilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, borcun 2347,12 manatı “xxxxxxxxxx” ASC dövrünə, yəni 2015-ci ilin fevral ayınadək yaranmış borc məbləğidir. Odur ki, 2347,12 manat borcun tələb etmə müddəti keçdiyindən həmin məbləğdə borc silinməlidir. İddia qalan hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərəə sasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə (abonent kodu **********00790) hesablanmış 2347,12 (iki min üç yüz qırx yeddi manat, on iki qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5205/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5205/2020
02.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver