Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5209/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 66 saylı mənzilinə dair qaz sayğacına görə tərtib olunmuş ******* №li, 17.05.2021-ci il tarixli akt əsasında yaranmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B, saylı evin 66 saylı mənzili AR ƏMDK yanında DƏDRX-nin ******* saylı, 05.06.2012-ci il tarixli çıxarışına əsasən onun mülkiyyətindədir. Həmin mənzilə dair qaz sayğacı quraşdırılan andan etibarən ödənişləri ilə bağlı heç bir problem yaranmamışdır. 25.01.2021-ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları yaşadığı ünvana gələrək qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* №-li, 25.01.2021-ci il tarixli akt tərtib etmişlər. Həmin akta əsasən, G-4 markalı ******* №-li sayğac, **********9 №-li sayğacla əvəzləmişlər. Azəriqaz İB-nin əməkdaşları yaşadığı ünvana gələrək sayğaca görə təbii X2nın pozulması haqqında baxış keçirərkən ******* №-li, 17.05.2021-ci il tarixli akt tərtib etmişlər. Həmin seriyalı aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğusunun plombunun kəsilməsi qeyd edilmişdir. Bunun nəticəsi olaraq ki, sayğaca görə dəymiş ziyan hesablanaraq 216 manat məbləğində borc hesablanmışdır. Nə o nə də ailə üzvləri tərəfindən sayğaca və ya qaz borularına heç bir müdaxilə olmamışdır. Belə ki, həmin akt tərtib olunan gün o evdə olduğu halda, ona heç bir məlumat verilməmişdir. Sonradan labartoriyanın rəyinə əsasən sayğaca sübutu olmayan qanunsuz qüsur yazılmışdır. Həmçinin akta imzasını bele çəkməmişdir. Sayğac labaratoriyaya aparılanda belə əməkdaşlar sayğaca onlar tərəfdən hər hansı bir müdaxilə etməkləri ilə bağlı sübut aşkar etməmişlər. Labaratoriyanın rəyi isə sadəcə fərziyədir. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, qaz sayğacı binanın blok hissəsində və çox hündür yerdə quraşdırılmışdır. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu borc reallığı əks etdirmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 66 saylı mənzili İddiaçı məxsusdur. İş materiallarında olan ******* nömrəli, 17.05.2021-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 66 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilən rəyə görə sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğusunun plombunun kəsilməsi aşkar olunmuşdur. İş materiallarında olan 18.05.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B, saylı evin 66 saylı mənzilinə 2160 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B, saylı evin 66 saylı mənzilinə 216 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı qz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşımadığından hesablanmış 216 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 66 saylı mənzilinə (abunə kodu: **********00660) dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 216 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-5209/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5209/2021
05.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver