Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5212/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Səttər oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Səttər oğlunun Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 02 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Səttər oğlu Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 istifadəsində olan Xəzər bağ evi 514-ə dair qaz sayğacına görə tərtib olunmuş ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt əsasında yaranmış 3110,40 (üç min yüz on manat 40 qəpik) məbləğində borcun, sayğaca görə yaranmış 159.96 (bir yüz əlli doqquz manat doxsan altı qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Səttər oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər bağ evi 514 ünvanında yerləşən bağ bağçının üzvlük kitabçasına əsasən X1 istifadəsindədir. X2 onun qohumudur. Həmin evə dair **********1400080 nömrəli abonent kodu onun adına qeydiyyata alınmışdır. Yaşadıqları gündən bu günə kimi kommunal ödənişlərlə bağlı heç bir problemi yaranmamışdır. Belə ki, Azəriqaz İB-nin əməkdaşları onun xəbəri olmadan sayğaca görə təbii qazdan istifadə qaydalarınn pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib etmişlər. Həmin seriyalı aktda metrologiya departamentinin rəyinə əsasən G-4 markalı (1502AZ**********08) sayğaca baxış keçirilməsi, Sayğacın klapanının işlək olmaması, Yivli birləşmələrinin korroziya izinin mövcud olması, Sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınması nəticəsində də sayğacda xx.xx.2022-ci il tarixində Alarm-1 rejiminin aşkar olunması, xətaların normadan artıq olması Sayğacın istismara yararsız olması qeyd olunub. Bunun nəticəsi olaraq həmin akt əsasında 3110,40 (üç min yüz on manat 40 qəpik) məbləğində, sayğaca görə isə 159.96 manat borc yaranmışdır. Qeyd edir ki, evdə yaşayan heç kim tərəfindən sayğaca və ya qaz borularına heç bir müdaxilə olunmamışdır. Belə ki, sayğac 2022-ci ilin avqust ayında çıxarılmışdır. Heç vaxt da aylıq ödənişlərində gecikmə olunmamış, ödənişləri vaxtı vaxtında ödənilmişdir. Əməkdaşlar tərəfindən sayğacın şəkli çəkilmiş olsa da, o sadəcə fərziyədir. Çünki sayğacın quraşdırılması onun səlahiyyətində olmayan bir şeydir. Bu səbəbdən də həmin akt tərtib edilərkən imza çəkməkdən imtina edərək aktla razılaşmamışdır. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, qaz sayğacı həyətdən kənarda, çöldə quraşdırılmışdır. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını tapdalayır. Bu borc reallığı əks etdirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İB məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh İBnin Sumqayıt Qaz istismar Sahəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda sadalananlara əsasən hazırki iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 2 ünvanında yaşayan İddiaçı məxsus (1502AZ**********08) sayğaca əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində ’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan "Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrində korroziya izi mövcuddur. Sayğacın element yuvasının qapağı alt hissədən- gövdəyə birləşən hissədən sınıqdır, nəticədə sayğac ALARM1 rejimindədir. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda xx.xx.2022-ci il tarixdə ALARM1 rejmi aşkar olunub. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır” qeyd olunmuşdur. Sayğac Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin AKT N MSK-14-2-2/3-5-4768/Q001 saylı rəyinə əsasən ******* saylı akta uyğun olaraq sayğac istismara yararsız hesab olunmuşdur. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2023- cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x24x180=25920m3 x 0.12 qəpik=3110.40 (üç min yüz on manat qırx qəpik) manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər”. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq 2(060)-5212/2023 saylı mülki iş üzrə İddiaçı ”borcun silinməsi” tələbinə dair iddiasıni əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Səttər oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, akt tamamilə formal tərtib olunub. Xətaların ümumiyyətlə nədən ibarət olduğu qeyd edilməyib. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, akt əsaslıdır. Sayğac istismara yararsız olduğundan sözügedən akt tərtib olunmuş və itirilmiş qazın həcmi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları, ev 514 ünvanında İddiaçı Səttər oğlunun adına açılmış G-4 markalı, 1502AZ**********08 nömrəli sayğac Zenner tipli, G-4 markalı, **********569 nömrəli sayğacla əvəzlənmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları, ev 514 ünvanına sayğaca əsasən təbii qazdan istifadəyə görə 3110.40 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda Sumqayıt şəhəri, Xəzər bağları, ev 514 ünvanında İddiaçı Səttər oğlunun adına açılmış G-4 markalı, 1502AZ**********08 nömrəli qaz sayğacının klapanının işlək olmadığı. Yivli birləşmələrində korroziya izinin mövcud olması, sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması, Sayğacın Alarm -1 rejimində olması, sayğacın yaddaş arxivinin oxunması, xətaların normadan artıq olması və bu səbəbdən sayğacın yararsız olduğu qeyd edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları, ev 514 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 25920 m3 müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, MSK-14-2-2/3-5-4768/Q001 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin MSK-14-2-2/3-5-4768/2023\Q001 saylı, xx.xx.2023-cü il tarixli telefonoqramına əsasən xx.xx.2023-cü il tarixində Sumqayıt QİSdən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, Sumqayıt şəhəri, Xəzər bağları, ev 514 ünvanından çıxarılmış G-4 markalı, 1502AZ**********08 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması, Sayğacın xx.xx.2022-ci il tarixdə Alarm -1 rejimində olmasımüəyyən edildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 159.96 manatın ödənilməsi abonentdən tələb edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı Səttər oğlu istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Səttər oğlu Sumqayıt şəhəri, Xəzər bağları, ev 514 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından ona əsassız olaraq hesablanmış 3110.40 manat məbləğində cərimə borcu və sayğacın dəyərinə görə tələb edilən 159.96 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, Xəzər bağları, ev 514 ünvanına (abonent kodu: **********00080) əsassız olaraq hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc və sayğacın dəyərinə görə tələb edilən 159,96 (bir yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5212/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5212/2023
02.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver