Məhkəmə qərarları › İş №2(060)-5220/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5220/2023

06.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5220/2023 06.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi1, onun və digər Ərizəçi2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 06 oktyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı Namazova Xalidə T. qızının, JN-1605B KOD 30800118 nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə"dəki payının ölüm haqqında şəhadətnamədəki X9 məxsus olması faktının müəyyən edilməsi və qızı X3 JN-1605B KOD 30800118 nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə"dəki payının şəxsiyyət vəsiqəsindəki Ərizəçi2 məxsus olması faktının müəyyən edilmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsində onun cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi var. İddia ərizəsinin xahiş etdi hissəsində məhkəmədən mərhum həyat yoldaşı Namazova Xalidə T. qızının, JN-1605B KOD 30800118 nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə"dəki payının ölüm haqqında şəhadətnamədəki X9 məxsus olması faktının müəyyən edilməsi və qızı X3 JN-1605B KOD 30800118 nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə"dəki payının şəxsiyyət vəsiqəsindəki Ərizəçi2 məxsus olması faktının müəyyən edilmələrinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Hesab edir ki, "Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə"dəki "payının" sözü "qeyd" sözü ilə əvəz edilməlidir. Yəni iddia ərizəsinin xahiş etdi hissəsi aşağıdakı formada, mərhum həyat yoldaşı Namazova Xalidə T. qızının, JN-1605B KOD 30800118 nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə"dəki qeydinin ölüm haqqında şəhadətnamədəki X9 məxsus olması faktının müəyyən edilməsi və qızı X3 JN-1605B KOD 30800118 nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə"dəki qeydinin şəxsiyyət vəsiqəsindəki Ərizəçi2 məxsus olması faktının müəyyən edilmələrinə dair qətnamə qət edilməlidir. Daha sonra Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, atası Ərizəçi1 Baba oğlunun "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair" iddia tələbini müdafiə edərək, həmin ərizəyə qoşulur və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi"nə dair onun JN-1605B KOD 30800118 nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə"dəki adı ilə bağlı qeydin şəxsiyyət vəsiqəsindəki Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş edir. Ərizəçi1 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə anadan olmuşdur. Mərhum həyat yoldaşı X15 ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü X11 və xx.xx.2001-ci il təvəllüdlü Ərizəçi2 adlı iki övladları var. Mərhum həyat yoldaşı X15 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər 5 nömrəli DNK-nun xx.xx.2005-ci il tarixli 4Ə-190 nömrəli alqı-satqı müqaviləsinə əsasən, ailəsi ilə yaşadıqları həyətyanı 0.12 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Lakin, Torpağın mülkiyyətə verilməsinə dair JN-1605B KOD 30800118 nömrəli şəhadətnamədə mərhum həyat yoldaşı X7 ata adı "T.", qızı Ərizəçi2 adı isə "Mehrican" kimi qeyd edilib. Bu zamana kimi bunun fərqinə varmamışdır. Hətta AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda da qızının adı ilə bağlı heç nə qeyd edilməyib və o buna diqqətlə baxdıqdan sonra özü fərqinə varmışdır. Bir sözlə o, "Torpağın Mülkiyyətinə Verilməsinə dair Şəhadətnamədə"ki yanlışlıqlardan mülkiyyətində olan torpaq sahəsini adına rəsmiləşdirə bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə etdiyi bildirdi və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1968-cı ildə doğulmuşdur. İşdə olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.2001-cı ildə doğulmuşdur. İşdə olan AZ-İ 071538 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.2001-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Ərizəçi1, anası X10r. İşdə olan AZB 139609 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X4, anası X13r. İşdə olan AZ İİ 324986 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X15 xx.xx.2021-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 371 nömrə ilə qeyd edilmişdir. İşdə olan Vİ JQ 467585 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 ilə X12 xx.xx.1997-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 927 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Namazova soyadı verilmişdir. İşdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1605B KOD 30800118 nömrəli şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4212 ünvanında yerləşən torpaq sahəsi Ərizəçi1, Namazova Xalidə T. qızının və X6 və X2 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4212 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınaraq çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Sənədlərin araşdırılması zamanı JN-1605 B nömrəli, 01 iyun 2005-ci il tarixli şəhadətnamədə mülkiyyətçilərdən Namazova Xalidənin ata adının “T.” kimi qeyd oldunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5. maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, hüquqi faktın müəyyən edilməsi ilə bağlı müvafiq məhkəmə qərarı idarəyə daxil olduqdan sonra müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4212 ünvanında yerləşən torpaq sahəsi Ərizəçi1 və onun ailə üzvləri X7, X6 və X1 mülkiyyətinə verilmişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1605B KOD 30800118 nömrəli şəhadətnamədə X7 ata adı “T.”, X1 adı isə səhvən “Mehrican” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1605B KOD 30800118 nömrəli Şəhadətnamədə olan “Namazova Xalidə T.” qızı qeydinin AZ İİ 324986 saylı ölüm haqqında şəhadətnamədəki X9 məxsus olması və “X5” qeydinin AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin izahatı və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçilərin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçilərin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1605B KOD 30800118 nömrəli Şəhadətnamədə olan “Namazova Xalidə T.” qızı qeydinin AZ-İİ 324986 saylı ölüm haqqında şəhadətnamədəki X9 məxsus olması, həmçinin həmin şəhadətnamədə olan “X5” qeydinin AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-1605B KOD 30800118 nömrəli Şəhadətnamədə olan “Namazova Xalidə T.” qızı qeydinin AZ-İİ 324986 saylı ölüm haqqında şəhadətnamədəki X9 məxsus olması və “X5” qeydinin AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar