Məhkəmə qərarları › İş №2(060)-5222/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5222/2023

02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5222/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X21 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, "Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün" verilmiş 8217 nömrəli icarə müqaviləsinin xx.xx.2004-cü il tarixli, AZ-İ 094842 nömrəli "Ölüm haqqında şəhadətnamədə"ki X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X9 anası X13 ilə faktiki, xx.xx.1952-ci ildə isə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdular. Birgə nikahdan qardaşı xx.xx.1950-ci il təvəllüdlü X10, bacısı xx.xx.1952-ci il təvəllüdlü X6, bacısı xx.xx.1961-ci il təvəllüdlü X7, qardaşı xx.xx.1963-cü il təvəllüdlü X14 və o, xx.xx.1969-cu il təvəllüdlü X8 anadan olmuşlar. X1 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri Novxanı bağ massivi, B-1957 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi icarə müqaviləsi əsasında mərhum X1na məxsus olmuşdur. Lakin, mərhum atası X3 həm adı, həm də ata adı sənədlərdə müxtəlif formada yazılıb. Belə ki, nikah haqqında şəhadətnamədə Məmmədov Hidayət "Plat" kimi, ölüm haqqında şəhadətnamədə isə adı və ata adı Məmmədov "İdayət Pulat" kimi, icarə müqaviləsində isə X2 qeyd edilib. Bu zamana kimi bunun fərqinə varmamışdır. Lakin 8217 nömrəli icarə müqaviləsi ilə Sumqayıt şəhəri Novxanı bağ massivi, B-1957 ünvanında yerləşən 0.11 ha torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyərkən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsindən imtina edilərək göstərilmişdir ki,ərizəsinə əlavə edilmiş sənədlərin araşdırlması zamanı "Ölüm haqqında şəhadətnamə "ilə " Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün" verilmiş 8217 nömrəli icarə müqaviləsində mərhumun adı və ata adında uyğunsuzluq olduğu müəyyən edilmişdir. xx.xx.2004-cü il tarixli, AZ-İ 094842 nömrəli "Ölüm haqqında şəhadətnamə" də mərhumun adı, ata adı "X15 " kimi qeyd olunsa da, sözügedən icarə müqaviləsində "X9" qeyd olunmuşdur. Nəzərə çatdırır ki, adlar arasında uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədə Ərizəçi eyni məzmunlu izahat verərək, ərizənin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 8217 nömrəli, xx.xx.1998-ci il tarixli “müqaviləsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri Novxanı bağ massivi, B-1957 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi X3 icarəsinə verilmişdir. İş materiallarında olan AZ-İ №094842 saylı, xx.xx.2004-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 15 may 2023-cü il tarixli məktubun surətindən görünür ki, sənədlərin araşdırılması zamanı “Ölüm haqqında şəhadətnamə” ilə “Bağ Sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” verilmiş 8217 nömrəli icarə müqaviləsində mərhumun adı və ata adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, təqdim etdiyi xx.xx.2004-cü il tarixli AZ-İ 094842 nömrəli “Ölüm haqqında şəhadətnamə”də mərhumun adı, soyadı, ata adı “X15” kimi qeyd olunsa da, sözügedən icarə müqaviləsində “X9 qeyd olunmuşdur. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. İş materiallarında olan AZ-T №734124 saylı, xx.xx.2014-cü il tarixli “Nikah haqqında şəhadətnamədə ərizəçinin atasının soyadı, adı, ata adı “X17” kimi qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ərizəçinin atasının soyadı, adı, ata adı “X12”, “Plat oğlu” və Pulat oğlu” kimi qeyd edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi atası X3 xx.xx.2004-cü il tarixli, AZ-İ 094842 nömrəli "Ölüm haqqında şəhadətnamədə"ki qeyd olunan X15 ilə eyni şəxs olması öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. "Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün" verilmiş 8217 nömrəli icarə müqaviləsinin, xx.xx.2004-cü il tarixli, AZ-İ № 094842 nömrəli "Ölüm haqqında şəhadətnamədə"ki, “X15”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar