Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5237/2021 27.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X4, Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X11 üçüncü şəxslər DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə qarşı daşımaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsinə dair ilkin iddia tələbi, iddiaçı X8 cavabdeh İddiaçı qarşı daşınmaz əmlakin dövlət reyestrində qeydə alınması və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzini ödənilməsinə dair qarşılıqlı iddia tələbi, müstəqil tələb irəli sürən X9 Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X11 üçüncü şəxslər DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə qarşı daşımaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış 18.05.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Orucov Şiraslan Əliş oğlu arasında 18 may 2021-ci il tarixdə Sumqayıt şəhəri 1 saylı Notariat ofisində “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” imzalanmazdan öncə müqavilə tərəfləri müqavilənin mühüm şərti hesab olunan əmlakın satış dəyəri barədə razılaşmışlar ki, alq-satqı müqaviləsinin predmeti olan İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,15706 ha torpa sahəsi və üzərində yerləşən yerləşən ümumi 1639, 8 kv. m olan qeyri-yaşayış binası ******* (bir milyon altı yüz min) manata satılacaqdır və Cavabdeh nümayəndəsi vasitəsilə həmin qiymətə əmlakı almağa razılaşmışdır, bundan başqa cavabdeh tərəf iddiaçı ilə belə razılaşmışlar ki, əmlakın təqdim edilməsinə görə pulun ödənilməsi ilə bağlı bank xərclərini, müqavilənin notariat qaydada təsdiq edilməsi və dövlət qeydiyyatına alınması xərclərini cavabdeh-alıcı tərəfindən, alqı-satqı əməliyyatı ilə bağlı vergini iddiaçı-satıcı İddiaçı ödəməlidir. Bundan əlavə alqı-satqı predmeti hesab olunan daşınmaz əmlak üçüncü şəxslərlə bağlanmış icarə müqaviləsinə əsasən sonuncuların icarə hüquqları ilə yüklüdür, İddiaçı razılığı və icazəsi ilə əmlakın icarəçisi əmlakda 130000 (bir yüz otuz min) manat dəyərində təmir-yaxşılaşdırma, bərpa-rekonstruksiya işləri aparmış, binaya aksesuarlar quraşdırmışdır və bununla əlaqədar İddiaçıla icarəçi arasında 06.03.2020-ci il tarixdə razılaşma imzalanmış və İddiaçı icarəçi qarşısında öhdəlik götürmüşdür ki, müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda, icarə əmlakı özgəninkiləşdirilərək başqa şəxsin mülkiyyətinə keçdikdə, icarə əmlakına çəkilmiş xərc əmlak sahibi tərəfindən icarəçiyə ödənilməlidir. İddiaçı Cavabdeh (nümayəndəsinə) alqı-satqı müqaviləsi imzalanmazdan xeyli qabaq bütün bu məsələləri bildirmiş, əmlakın icarə hüquqları ilə yüklü olduğunu və daşınmaz əmlakın alqı- satqı müqaviləsində əmlakın icarə hüquqları ilə yüklü olduğunun mütləq qeyd olunmasını cavabdeh-alıcı Cavabdeh tələb etmiş və gələcəkdə əmlakın icarəçisinin əmlaka çəkdiyi xərclərin məhz yeni mülkiyyətçi kimi Cavabdeh tərəfindən ödənilməsini və Cavabdeh buna razı olduqda, yalnız bu halda əmlakın alqı-satqı müqaviləsinin baş tutacağını bildirmişdir. Cavabdeh İddiaçıla alqı-satqı müqaviləsi bağlamazdan əvvəl müqavilənin aşağıdakı mühüm şərtləri barədə razılığa gəlmişdir: İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini ******* (bir milyon altı yüz min) manata almaq, əmlakın təqdim edilməsinə görə pulun ödənilməsi ilə bağlı bank xərclərini, müqavilənin notariat qaydada təsdiq edilməsi və dövlət qeydiyyatına alınması xərclərini ödəmək, icarəçi ilə müqavilə münasibətlərini davam etdirmək və müqavilə pozulduğu halda icarəçinin etdiyi təmir və rekonstruksiya işlərinə 130000 manat pul vəsaitini icarəçiyə ödəmək və bu şərtləri alqı-satqı müqaviləsinə daxil etmək. Tərəflər arasında əmlakın alqı-satqısı ilə bağlı beh razılaşması olmamışdır. İddiaçı arvadı - əmlakın birgə mülkiyyətçisi Cariyyə Abbasova cavabdeh-alıcı Cavabdeh nümayəndəsinin onlarla apardığı kobud danışıqlarından ehtiyat edərək alıcının onları aldatması mümkünlüyünü düşünərək, əmlakın cavabdehə satılmasına razı olmadığını bildirmişdir. Cavabdeh nümayəndəsi İddiaçı bildirmişdir ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin notariusu onlara yaxın adamdır, münasibətləri yaxındır və təklif etmişdir ki, həmin notariat ofisində alqı-satqı müqaviləsi imzalansın, İddiaçı cavabdehin onu aldatmayacağına ümid edərək razılaşmışdır ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisində alqı-satqı müqaviləsini imzalasın və 18 may 2021-ci il tarixdə Sumqayıt şəhər 1 saylı Notariat ofisinə gəlmiş, notariat ofisinin dəhlizində cavabdehin nümayəndəsi çox tələsdiyini bildirərək, ona ərizəyə və müqavilənin ikinci səhifəsinə “tanış oldum” sözü yazdırmış və ikinci səhifəyə imza etdirmişdir, onlar veb-kameranın qarşısında dayanmışlar, notariat ofisindən bayıra çıxan zaman cavabdehin nümayəndəsi İddiaçı bildirmişdir ki, əmlakın pulunu - ******* manatı notariusun depozit hesabına köçürəcəklər, bir gün sonra pulu hesabdan çıxara bilər, hesabdan pulu çıxararkən hər hansı bir faiz tutulmayacaqdır, həmin faiz pulunu onlar ödəyəcəklər. İddiaçı 71 yaşı vardır, cavabdehin nümayəndəsi onun yaşlı olmasından istifadə edərək onu əqdi tələskənliklə imzalatmaqla əqdin həqiqi məzmunu barədə yanlış məlumat verərək, satılan əmlakın şərtləşdirilmiş qiymətini müqavilədə kəskin azaltmış, İddiaçı yaşlı olmasından istifadə edərək onu aldatmışdır. İddiaçı 18 may 2021-ci il tarixdə Cavabdeh nümayəndəsinə inanaraq “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə və daşınmaz əmlakın satılması barədə ərizəyə imza etmişdir. Bir gün sonra İddiaçı hesabdan pulu çıxarmaq və “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bir nüsxəsini notariat ofisindən götürmək üçün Sumqayıt şəhər 1 saylı Notariat ofisinə gələrək alqı-satqı müqaviləsini götürüb tanış olduqda görmüşdür ki, müqavilənin 1 -ci səhifəsində çox kiçik şriftlə satılan əmlakın qiyməti ******* manat qeyd olunmuşdur, müqavilədə əmlakın icarədə olduğu və icarə hüquqları ilə yüklü olduğu qeyd olunmamışdır, alıcının icarəçiyə 130000 manat xərcin ödənilməsi qeyd olunmamışdır, satdığı qeyri-yaşayış sahəsinin satış qiyməti ******* manat yox, ******* manat göstərilmişdir, həmçinin müqavilədə əmlakın təqdim edilməsinə görə pulun ödənilməsi ilə bağlı bank xərclərini İddiaçı ödəyəcəyi qeyd olunmuşdur. İddiaçıla Cavabdeh (nümayəndəsi) arasında ciddi mübahisə yaranmış və 19 may 2021-ci il tarixdə Cavabdeh nümayəndəsi guya iddiaçının az vergi xərci çıxması üçün əmlakın satış qiymətini ******* manat göstərmişdir, əmlakın qalan pulunu, yəni 587500 (beş yüz səksən yeddi min beş yüz) manatı 20 may 2021-ci il tarixdə nağd şəkildə İddiaçı verəcəyini və icarəçiləri də razı salacağını bildirmişdir. Lakin 20 may 2021-ci il tarixdə Cavabdeh və nümayəndəsi Sumqayıt şəhər 1 saylı Notariat ofisinə gəlməmişlər, iddiaçıya vəd etdikləri qalan 587500 manat pulu gətirib ona ödəməmişlər, bundan əlavə Cavabdeh nümayəndəsi İddiaçı hədələyərək müqaviləni ləğv etdirdiyi halda, ondan əlavə olaraq 20000 manat pul alacağını bildirmişdir. İddiaçı 20 may 2021-ci il tarixdə dərhal üçüncü şəxs Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə yazılı ərizə təqdim edərək 18.05.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi’min ləğv edilməsini, müqavilənin daşınmaz əmlakın dövlət reyestrinə göndərilməməsini tələb etmişdir. Eyni zamanda İddiaçı 20.05.2021-ci il tarixdə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Hüquqların dövlət qeydiyyatının dayandırılması haqqında ərizə təqdim edərək qeyri-yaşayış sahəsi üzərində alıcının mülkiyyət hüquqlarının dövlət qeydiyyatının dayandırılmasını tələb etmişdir. Bundan başqa İddiaçı 24 may 2021-ci il tarixdə cavabdeh-alıcı Cavabdeh poçt vasitəsilə “18 may 2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı” Müqaviləsinin ləğv edilməsi barədə” Təklif məktubu göndərmiş, cavabdehdən müqavilənin ləğv edilməsini, ödədiyi pulu geri götürməsini təklif etmişdir. Təklif məktubu 26.05.2021-ci il tarixdə cavabdehə təqdim olunmuşdur. İddiaçı Cavabdeh və üçüncü şəxslərə mübahisəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və dövlət qeydiyyatının dayandırılması üçün təcili tədbirlər görmüşdür. Buna baxmayaraq cavabdeh-alıcı Cavabdeh qeyri-yaşayış sahəsini özü üçün münasib, əlverişli qiymətə əldə etdiyindən və müqavilə iddiaçı tərəfdən imzalandığından artıq hesab etmişdir ki, əmlakı ucuz qiymətə əldə edibdir və bu səbəbdən müqavilənin ləğv edilməsini istəməmiş, mülkiyyətçini aldatmaqla əqdə imzaladıb ələ keçirdiyi əmlakı geri qaytarmaqdan yayınmışdır. Sözü gedən 18.05.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı Müqaviləsi” imzalandığı andan mübahisəli əqd olmuşdur, əqd imzalanarkən İddiaçı əqdin həqiqi məzmunu barədə dəqiq məlumatlı olmamış, iddiaçının gözlədiyi, arzu etdiyi hüquqi nəticələr əmələ gəlməmişdir, belə ki, əmlakın oferta şəklində danışıq zaman qiyməti ******* manat olduğu halda, əqddə həmin məbləğ azaldılaraq ******* manat, digər bir tərəfdən əmlakın icarə hüquqları ilə yüklü olması göstərilməyərək icarəçilərin gələcəkdə çəkdyi xərci tələb etmək imkanının məhdudlaşması ilə sonuncu üçün əlverişsiz vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Əqdin məzmununa, iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəf nə istədiyini və bunun üçün nə etdiyini aydın dərk etməmişdir) pozulmuşdur. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mübahisələndirilən alqı-satqı müqaviləsinin mühüm şərtləri İddiaçı cavabdehlə razılığa gəldikləri müqavilədənqabaq razılığı ilə uyğun gəlmir və bu uyğunsuzluq İddiaçı əmlak mənafelərinə zərər vurur. Sözü gedən alqısatqı müqaviləsi bağlanan zaman müqavilənin (əqdin) məzmununa, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlərə riayət edilməmişdir. Hazırki əqd mübahisə edilən əqddir. Cavabdeh tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqddir. Orucov X14 Vaseh Hüseyn oğluna qarşı daşınmaz əmlakın dövlət reyestrde qeydə alınması və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzini cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, ünvan 2 ünvanında yerləşən 0,15706ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv. Metr olan qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, dövlət reyestrindən çıxarışın verilməsi və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzi ünvan 2 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsinə dair ona dövlət reyetsrindən çıxarış verilənədək 41186 manatın İddiaçı alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında AN-İ 924656 saylı, 18 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyri-yaşayış əinası Cavabdeh mülkiyyətinə verilmişdir İddiaçı ilə Cavabdeh arasında olan qarşılıqlı razılaşmaya əsasən həmin daşınmaz əmlakın dəyəri ******* (bir milyon iyirmi min) manat məbləğində müəyyən edilmişdir. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia tələbini qəbul etmirlər. Belə ki, ilkin iddia ərizəsində ilkin iddia üzrə İddiaçı iddia ərizəsində müqavilə bağlamamışdan öncə həmin əmlakın dəyərini ******* (bir milyon altı yüz min) manat razılaşdıqlarını bildirmişdir. Lakin Cavabdeh ilə İddiaçı arasında olan razılaşmaya əsasən həmin əmlakın dəyəri ******* (bir milyon iyirmi min) manat məbləğində müəyyən edilmiş və həmin məbləğ ödənilmişdir. Cavabdeh tərəfindən tərəflər arasındakı bütün razılaşmalar yerinə yetirilmiş, lazım olunan xərclər ödənilmişdir, Həmçinin ünvan 2 ünvanında yerləşən 15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyriyaşayış binasının icbari sığortası olan 2126,25 (iki min yüz iyirmi altı manat, iyirmi beş qəpik) məbləğində pul Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Həmçinin ilkin iddia üzrə İddiaçı AN-1 ******* saylı, 18 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlayarkən həmin müqavilə şərtləri ilə tanış olaraq onu imzalamışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli 16130321 -156097901 L nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh 36 ay müddətinə 14 faizlə ******* (bir milyon) manat məbləğində kredit vermişdir. Həmin müqavilənin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh arasında 15 mart 2021-ci il tarixli ipoteka müqaviləsi imzalanmış, ünvan 3 ünvanında yerləşən mülkiyyət növü bələdiyyə, hüququn növü icarə olan 0,2005 ha torpaq sahəsi və üzərində yerləşən təyinatı-iaşə, ümumi sahəsi 2648.1 kv.m olan xüsusi ülkiyyətli 2 mərtəbəli qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı həmin müqavilənin təminatı kimi "xxxx" ASC ilə X21 arasında 15 mart 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, Sumqayıt şəhəri, 21-ci mkr, 156 ünvanında yerləşən 0,18 ha xüsusi mülkiyyətli torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 10 otaqlı, ümumi sahəsi 665 kv.m, yardımçı sahəsi 346.2 kv.m, yaşayış sahəsi 318.8 kv.m fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli 16130321 -156097901 L nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi üçün aylıq ödəniş 186.18 (otuz dörd min yüz səksən altı manat 18 qəpik) məbləğində təşkil edir. Cavabdeh bu kredit müqaviləsini ünvan 2 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyri-yaşayış binasını İddiaçı alqı-satqı edərək əldə etmək üçün götürmüşdür. Həmin daşınmaz əmlakı əldə etməkdə qarşılıqlı iddia üzrə iddiaçının məqsədi həmin əmlakdan gəlir götürmək olmuşdur. Lakin həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyatının aparılmadığı və dövlət reyestrindən çıxarışın verilməməsi səbəbindən bu mümkün olmamışdır. Hesab edirlər ki, əgər həmin daşınmaz əmlaka dair Cavabdeh çıxarış verilsəydi, 1 ay ərzində kredit ödənişindən əlavə 7000 (yeddi min) manat məbləğində gəlir əldə edəcəkdir. Beləliklə dövlət reyestrindən çıxarışın verilməsi və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar Cavabdeh bu günə qədər 34186 manat aylıq kredit ödənişi və ümumilikdə 41186 (qırx bir min yüz səksən altı) manat məbləğində zərər dəymişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Şiraslan Əliş oğluna qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18.05.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X2 Şiraslan Əliş oğluna qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd edilən alqı-satqı müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən 1639,8 kv.m olan qeyri-yaşayış binası Cavabdeh satılmışdır. Lakin, bundan öncə həmin daşınmaz əmlak X17 tərəfindən icarəyə götürülmüş və alqı-satqı müqaviləsi bağlanarkən icarə müqaviləsi qüvvədə olmuşdur. İcarəçi qeyd edilən daşınmaz əmlaka 130000 manat təmir xərci çəkmişdir. Bu səbəbdən də icarəçi ilə icarədar arasında notarial təsdiq edilmiş əlavə razılaşmaya əsasən əgər əmlak başqa şəxsin mülkiyyətinə verilərsə icarə müqaviləsinin alıcıya münasibətdə də qüvvədə olması və icarəçinin çəkdiyi xərclərin yeni mülkiyyətçi tərəfindən ödənilməsi barədə şərt mövcud olmalı idi. Lakin, daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilən bənd nəzərdə tutulmamaqla əmlakın icarə hüququ ilə yüklü olması nəzərə alınmamışdır. Bununla da icarəçinin hüquqları pozulmuşdur. Qeyd edilən şərt müqavildə nəzərdə tutulmadığı üçün daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini və müstəqil tələb üzrə iddianı qəbul etdiyini qeyd edərək, bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 18.05.2021-ci il tarixdə Sumqayıt şəhəri 1 saylı Notariat ofisində “daşınmaz əmlakin alqı-satqı müqaviləsi” imzalanmışdır. Həmin müqaviləni imzalanmazdan əvvəl müqavilə tərəfləri müqavilənin mühüm şərti hesab olunan əmlakın satış dəyəri barədə razılaşmışlar ki, alqı-satqı müqaviləsinin predmeti olan iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi 1639,8 kv.m olan qeyri-yaşayış binası ******* manata satılacaqdır və cavabdeh nümayəndəsi vasitəsilə həmin qiymətə əmlakı almağa razılaşmışdır, bundan başqa cavabdeh tərəf iddiaçı ilə belə razılaşmışlar ki, əmlakın təqdim edilməsinə görə pulun ödənilməsi ilə bağlı bank xərclərini, müqavilənin notariat qaydada təsdiq edilməsi və dövlət qeydiyyatına alınması xərclərini cavabdeh-alıcı tərəfindən, alqı-satqı əməliyyatı ilə bağlı vergini iddiaçı-satıcı tərəfindən ödənilməlidir. Bundan əlavə alqı-satqı predmeti hesab olunan daşınmaz əmlak üçünçü şəxslərlə bağlanmış icarə müqaviləsinə əsasən sonuncuların icarə hüquqları ilə yüklüdür, iddiaçı razılığı və icazəsi ilə əmlakın icarəçisi əmlakda 130000 manat dəyərində təmir-yaxşılaşdırma, bərpareskonstruksiya işləri aparmış, binaya aksessuarlar quraşdırılmışdır və bununla əlaqədar iddiaçı və icarəçi arasında 06.03.2020-ci il tarixdə razılaşma imzalanmış və iddiaçı icarəçi qarşısında öhdəlik götürmüşdür ki, müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda, icarə əmlakı özgəninkiləşdirilərək başqa şəxsin mülkiyyətinə keçdikdə, icarə əmlakına çəkilmiş xərc əmlak sahibi tərəfindən icarəçiyə ödənilməlidir. İddiaçı cavabdehə alqı-satqı müqaviləsi imzalanmazdan xeyli qabaq bütün bu məsələləri bildirmişdir. İddiaçının arvadı- əmlakın birgə mülkiyyətçisi Cəriyyə Abbasova cavabdehin nümayəndəsinin onlara apardığı kobud danışıqlarından ehtiyyat edərək alıcının onları aldatması mümkünlüyünü düşünərək, əmlakın cavabdehə satılmasına razı olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi iddiaçıya bildirmişdir ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin notariusu onlara yaxın adamdır, münasibətləri yaxındır və təklif etmişdir ki, həmin notariat ofisində alqı-satqı müqaviləsi imzalansın. İddiaçı cavabdehin onu aldatmayacağına ümid edərək razılaşmış və Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə gəlmişdir. Notariat ofisinin dəhlizində cavabdehin nümayəndəsi çox tələsdiyini bildirərək, iddiaçıya ərizəyə və müqavilənin ikinci səhifəsinə “Tanış oldum” sözü yazdırmış və ikinci səhifəsiyə imza etdirmişdir, onlar veb-kameranın qarşısında dayanmışlar, notariat ofisindən çölə çıxan zaman cavabdehin nümayəndəsi iddiaçıya bildirmişdir ki, əmlakın pulunu notariusun depozit hesabına köçürücəklər, bir gün sonra pulu hesabdan çıxara bilər. İddiaçının 71 yaşı var və cavabdehin nümayəndəsi onun yaşlı olmasından istifadə edərək onu əqdi tələskənliklə imzalatmaqla əqdin həqiqi məzmunu barədə yalnış məlumat verərək, satılan əmlakın şərtləşdirilmiş qiymətini müqavilədə kəskin azaltmış və iddiaçının yaşlı olmasından istifadə edərək onu aldatmışdır. Bundan sonra iddiaçı hesabdan pulu çıxarmaq və “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bir nüsxəsini notariat ofisindən götürərək və tanış olduqda görmüşdür ki, müqavilənin 1-ci səhifəsində çox kiçik şriftlə satılan əmlakin qiymətinin ******* manat qeyd olunmuşdur, müqavilədə əmlakın icarədə olduğu və icarə hüquqları ilə yüklü olduğu qeyd olunmamışdır, alıcının icarəçiyə 130000 min manat xərcin ödənilməsi qeyd olunmamışdır və müqavilədə əmlakın təqdim edilməsinə görə pulun ödənilməsi ilə bağlı bank xərclərini iddiaçı ödəcəyi qeyd olunmuşdur. Bundan sonra onların arasında ciddi mübahisə yaranmışdır. Cavabdeh nümayəndəsi İddiaçı bildirmişdir ki, qalan 587500 manatı 20 may 2021-ci il tarixdə nəğd şəkildəvasehə ödəyəcəkdir və icarəçinidə razı salacaqdır, lakin o, bu vədinə əməl etməmişdir və Vasehi hədələyərək müqaviləni ləğv etdirəcəyi halda ondan 20000 manat pul alacağını demişdir. Elə həmin gün iddiaçı dərhal Sumqayıt şəhəri 1 saylı notariat ofisinə yazılı ərizə təqdim edərək “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ləğv edilməsini, müqavilənin daşınmaz əmlakın dövlət reyestrinə göndərilməməsini tələb etmişdir. Bundan başqa iddiaçı cavabdehə 24 may 2021-ci ildə poçt vasitəsilə müqavilənin ləğv edilməsi barədə təklif məktubu göndərmişdir. Təklif 26 mayda cavabdehə təqdim edilmişdir. Buna baxmayaraq cavabdeh qeyri-yaşayış sahəsini özü üçün münasib, əlverişli qiymətə əldə etdiyindən və müqavilə iddiaçı tərəfindən imzalandığından artıq hesab etmişdir ki, əmlakı ucuz qiymətə əldə edibdir və bu səbəbdən müqavilənin ləğv edilməsini istəməmiş, mülkiyyətçini aldatmaqla əqdə imzaladıb ələ keçirdiyi əmlakı qeri qaytarmaqdan yayınır. Qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edirəm ki, tam əsassızdır, ona görə ki, Cavabdeh heç bir zərər vurulmayıb. Əksinə aldadılan tərəf iddiaçı olmuşdur. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh- qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X12 izahat verərək, iddiasını müdafiə etdiyini, ilkin iddia tələbini qəbul etmədiyini, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını qəbul etmədiyini bildirərərk qeyd etdi ki, ilkin iddia tələbi tamamilə əsassızdır, iddiaçı ilə cavabdeh arasında 18.05.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi 1639,8 kv. m olan qeyri-yaşayış binası Cavabdeh mülkiyyətinə verilmişdir. Onların arasında olan qarşılıqlı razılaşmaya əsasən həmin daşınmaz əmlakın dəyəri ******* manat məbləğində müəyyən edilmişdir. İddiaçının nümayəndəsi izahatında göstərir ki, iddiaçı cavabdeh ilə müqavilə bağlamamışdan öncə həmin əmlakın dəyərini ******* manat olmasına dair razılığa gəlmişdirlər. Bu absurd və yalan fikirdir. Qeyd edilən əmlak ******* manata ilkin satış qiyməti olaraq internet vasitəsi ilə 2020-ci ilin əvəlində satışa çıxarılmışdır. Cavabdeh həmin əmlakın satılmasını nternetdən öyrənmişdir. Bundan sonra xeyli müddət, yəni bir ildən çox danışıqlar aparılmış və nəticədə cavabdehlə iddiaçı arasında olan razılaşmaya əsasən həmin əmlakın dəyəri ******* manat məbləğində müəyyən edilmiş və həmin məbləğ ödənilmişdir. Cavabdeh tərəfindən tərəflər arasındakı bütün razılaşmalar yerinə yetirilmiş, lazım olunan xərclər ödənilmişdir. Həmçinin ünvan 1 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi 1639,8 kv. m olan qeyri-yaşayış binasının icbari sığortası olan 2126, 25 manat məbləğində pul Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmiş və 5000 manatda bank xərci ödənilmişdirr. İddiaçı alqı-satqı müqaviləni bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olaraq onu imzalamışdır. Orucov X16 şəhəri Nəriman Nərimanov küç. 5 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi 1639,8 kv. m olan qeyri-yaşayış binasını İddiaçı alqı-satqı edərək əldə etmək üçün kredit götürmüşdür. Həmin daşınmaz əmlakı əldə etməkdə məqsədi həmin əmlakdan gəlir götürmək olmuşdur. Lakin həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyatının aparılmadığı və dövlət reyestrindən çıxarışın veriməməsi səbəbindən bu mümkün olmamışdır. Hesab edir ki, əgər həmin daşınmaz əmlaka dair Cavabdeh çıxarış verilsəydi, 1 ay ərzində kredit ödənişindən əlavə 7000 min manat məbləğində gəlir əldə edəcəkdir. Beləliklə dövlət reyestrindən çıxarışın verilməməsi və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar Cavabdeh bu günə qədər 34186 manat aylıq kredit ödənişi və ümumilikdə 41186 manat məbləğində zərər dəymişdir. Buna görə də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi vəkili Vəkil2 izahat verərək müstəqil iddia tələbini müdafiə etdiyini bildirərərk qeyd etdi ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi 1639,8 kv.m olan qeyri-yaşayış binası Cavabdeh satılmışdır. Bundan öncə həmin daşınmaz əmlak X17 tərəfindən icarəyə götürülmüş və alqı-satqı müqaviləsi bağlanarkən icarə müqaviləsi qüvvədə olmuşdur. İcarəçi qeyd edilən daşınmaz əmlaka 130000 manat təmir xərci çəkmişdir. Bu səbəbdən də icarəçi ilə icarədar arasında notarial təsdiq edilmiş əlavə razılaşmaya əsasən əgər əmlak başqa şəxsin mülkiyyətinə verilərsə icarə müqaviləsinin alıcıya münasibətdə də qüvvədə olması və icarəçinin çəkdiyi xərcləri yeni mülkiyyətçi tərəfindən ödənilməsi barədə şərt mövcüd olmalı idi. Lakin, daşınmaz əmlakın alqısatqı müqaviləsində qeyd edilən bənd nəzərdə tutulmaqla əmlakın icarə hüququ ilə yüklü olması nəzərə alınmamışdır. Hesab edirəm ki, bununla da, icarəçinin hüquqları pozulmuşdur. Buna görə də, qeyd edilən şərt müqavilədə nəzərdə tutulmadığı üçün daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunmalıdır. Qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ilkin iddia tələbi, qarşılıqlı iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi rədd edilməlidir. Belə ki, ilkin iddia üzrə iş materiallarında olan: - AN-İ № ******* 18 may 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı 0,15706 ha torpaq sahəsini və 1639,8 kv.m qeyriyaşayış binasını ******* manat qiymətinə Cavabdeh satmışdır. -Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin notariusu tərəfindən "xxxx" ASC-nin Sumqayıt filialına ünvanlanan məktubundan görünür ki, ünvan 8eydiyyatda olan X6 (etibarnaməyə əsasən Cavabdeh adından) tərəfindən notariat qaydasında təsdiq ediləcək Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi. 6 ünvanında yerləşən qeyriyaşayış binasının alqı-satqı müqaviləsi üzrə ödənməli olan ******* (bir milyon on iki min beş yüz) manat məbləğində pul məbləğindən müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra Xaçmaz şəhəri, Ş.Tarverdiyev küçəsi, ev.3-də qeydiyyatda olan İddiaçı verilməsi üçün bankda olan **********23746305 nömrəli depozit hesabına köçürülmə yolu ilə qəbul olunması xahiş edilmişdir. - 18 may 2021-ci il tarixli ərizədən görünür ki, tərəflər İddiaçı məxsus olan ünvan 10 ünvanında yerləşən qeyri yaşayış binasının və torpaq sahəsinin ******* manat qiymətə satılması barədə razılığa gəlmişlər. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X3 ilə 14.11.1979-cu ildə Xaçmaz Rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar, arvada Abbasova soyadı verilmişdir. - **********138 saylı ərizədən görünür ki, Abbasova Cariyyə Səfqulu qızı əri İddiaçı məxsus olan ünvan 10 ünvanında yerləşən 0.15706 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1639.8 kv.metr olan qeyri-yaşayı binasının satılmasına etiraz etmir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən 0.15706 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1639.8 kv.metr olan qeyri-yaşayı binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. - 20.05.2021-ci il tarixli ərizədən görünür ki, Abbasov Vaseh Hüseyn oğlu üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Hüquqların dövlət qeydiyyatının dayandırılması haqqında ərizə təqdim edərək qeyri-yaşayış sahəsi üzərində alıcının mülkiyyət hüquqlarının dövlət qeydiyyatının dayandırılmasın tələb etmişdir. - 18 may 2021-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı” Müqaviləsinin ləğv edilməsi barədə” Təklif məktubundan görünür ki, cavabdehdən müqavilənin ləğv edilməsini, ödədiyi pulu geri götürməsini təklif etmişdir. Təklif məktubu 26.05.2021-ci il tarixdə cavabdehin qonşusuna təqdim olunmuşdur. - 07 iyul 2021-ci il tarixli 14/227 saylı müraciətə baxılmanın nəticələri haqqında məktubdan görünür ki, geri qaytarılan xəbərnamədə qonşusuna verilməsi göstərilsə də, hazırda SS726352233 AZ ştrix kodlu sifarişli məktub AZ-5000 poçt şöbəsində saxlancdadır. Məktubun geri götürülməsi üçün şöbə rəisinə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin 555 saylı, 09 iyul 2021-ci il tarixli məktubundan görünür ki, 18.05.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə əlaqədar olaraq Sumqayıt şəhər 1 saylı notariat ofisinin depozit hesabına Cavabdeh tərəfindən İddiaçı hüseyn oğluna verilməsi üçün ******* (bir milyon on iki min beş yüz) manat pul köçürürlmüşdür. Lakin alqı-satqı müqaviləsi imzalandıqdan sonra satıcı ona verilməli olan pul məbləğini almaqdan imtina etdiyi üçün həmin məbləğ hazırda da notariat ofisinin depozit hesabında saxlanılır. - Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin 20 may 2021-ci il tarixli, 347 saylı məktubdan görünür ki, 18.05.2021-ci ildə Sumqayıt şəhər 1 saylı notariat ofisində İddiaçı ilə Orucov Şiraslan Əliş oğlu arasında qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi 4ə-169 reyestrdə təsdiq edilmişdir. Tərəflər arasında mübahisə olduğu üçün çıxarış verilməsinin dayandırılması xahiş olunmuşdur. - ƏMDK-nin DƏDRX tərəfindən verilmiş 18 may 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus ********** nömrəsi ilə qeydə alınmış əmlak üzərində heç bir məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. -16130***-*******01 L saylı, 15.03.2021-ci il tarixli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərti ilə ******* manat kredit limiti ayrılmasına dair razılığa gəlmişlər. Həmin ******* manat məbləğin ******* manatı 18.05.2021-ci il tarxidə Cavabdeh mülkiyyətinə verilmişdir. -"xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli 16130321 -156097901 L nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi üçün aylıq ödəniş 34186,18 (otuz dörd min yüz səksən altı manat 18 qəpik) manat təşkil edir. - İddiaçı arvadı Abbasova Cariyyə ilə cavabdehin nümayəndəsi arasında whatsApp yazışma mətninin fotosurətindən görünür ki, Abbasova alqı-satqı barədə məlumatlı olmuş və 1,02 məbləğ onlara verilməli, icarədarla isə özləri hesablaşacaqları qeyd edilmişdir. - 18.06.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh kredit ödənişi laraq 34187 manat ödəniş etmişdir. - 20.05.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, alqı-satqı üçün ******* manat köçürülmüş, həmin məbləğdən 5000 manat xidmət haqqı və 2025 manat nötarius xərci ödənilmişdir. - Cavabdeh nümayəndəsi tərəfindən təqdim edilmiş audio diskdə olan səs yazılarından müəyyən edilir ki, iddiaçının oğlu və arvadı Abbasova Cariyyə mübahisəli qeyri-yaşayış binasının satılması ilə bağlı məlumatlı olmuşdur, cavabdehin nümayəndəsi ilə apardıqları danşıq zamanı iddiaçının oğlu bir iyirmi məbləği qeyd edir, arvadı isə qeyd edir ki, 70000 ona (kimə olması qeyri-müəyyəndir) borcu qalır, 950000 isə ona verilməlidir. - 05 mart 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 10 ünvanında yerləşən 0.15706 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1639.8 kv.metr olan qeyri-yaşayış binası 480kv.m hissəsini icarəçi X13 icarəyə vermişdir. - 3M-74 reyestr nömrəli 05.03.2020-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi barədə 17 may 2021-ci il tarixli müqavilədən görünür ki, əmlak icarəyə verən tərəfindən özgəninkiləşdirildikdə icarə obyektini almış yeni mülkiyyətçi icarəyə verənin eymi hüquq-vəzifələri yeni mülkiyyətçiyə keçir. İcarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülkiyyət hüququnun yaranması yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun olması ilə şərtləndirilir. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələri qeyd etmək olar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki Məcəllənin alğı-satqı müqaviləsi haqqında müddəalarından görünür ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3cü maddələri). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Mülki Məcəlləsini 347.1-ci maddəsinə əsasən - vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma -şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmaması hallarından ibarətdir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən- bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən - Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən - daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən - daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Azərbaycan Respublikasş Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasə - İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən - İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasəm - Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17 –ci maddəsinə əsasən - Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, həmin Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər. Qeyd edilən Məcəllənin 14.5-ci maddəsi - Binalar, tikililər və qurğular. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Hazırki mülki iş iradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı olduğu üçün iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 18 may 2021-ci il tarixdə notarial qaydada daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır, müqavilə üzrə əmlakın dəyəri ******* manat olmuşdur. İddiaçı arvadı Cariyyə Abbasova qeyd edilən alqı-satqı müqaviləsinin bağlanmasına notarial razılıq vermişdir. Alqı-satqı predmeti olan əmlak üzərində alqı-satqı zamanı heç bir məhdudiyyət və yüklülük olmamışdır. Alqı-satqı predmeti olmuş əmlaka dair alqı-satqıdan əvvəl Vaseh X1 arasında icarə müqaviləsi və müqaviləyə əlavələr olmuşdur. Həmin müqavilə və əlavələrə əsasən İddiaçı icarəçi qarşısında müəyyən öhdəliklər götümüşdür. İcarə müqaviləsinə əsasən əmlak yüklü edilməmişdir. Cavabdeh əmlakın icarədə olmasını bilmiş, lakin İddiaçı icarəçi qarşısında olan öhdəlikləri barədə məlumatlandırılmamışdır. Cariyyə Abbasova icarəçi ilə aralarında olan məsələləri özləri həll edəcəyini bildirmişdir. Əmlakın satış qiymətinin ******* manata razılaşdırılmasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Tərəflər arasında aparılan səsli və yazılı danışıqlar zamanı ******* manat barədə heç bir qeyd olmamışdır. Cavabdeh əmlakın alınması üçün 18 may 2021-ci il tarixdə əsas vəsaitlərin artırılması məqsədi ilə ******* manat kredit götürmüşdür. İcarə müqaviləsi üzrə Sadiq Əliyev qarşısında öhdəlikləri İddiaçı daşımışdır. Həmçinin iş üzrə müəyyən edilmiş hallardan görünür ki, İddiaçıla Cavabdeh arasında 18 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlandıqda qanunvericiliyin bütün tələblərinə əməl olunmuş, tərəflər notariusun iştirakı ilə sərbəst şəkildə iradə ifadələrini bildirmişlər, tərəflərin iradə ifadəsi zədələnməmişdir. Məhkəmə iddia tələblərini araşdıraraq, hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri 1 saylı Notariat Ofisində aralarında bağlanmış 18.05.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına dair iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı oğluna qarşı ünvan 2 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, dövlət reyestrindən çıxarışın verilməsi və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzi ünvan 2 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsinə dair ona dövlət reyetsrindən çıxarış verilənədək hər ay 41186 manatın İddiaçı alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilməməli və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən X9 İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri 1 saylı notariat ofisində bağlanmış 18.05.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinı dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri 1 saylı Notariat Ofisində aralarında bağlanmış 18.05.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına dair iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı oğluna qarşı ünvan 2 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, dövlət reyestrindən çıxarışın verilməsi və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzi ünvan 2 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsinə dair ona dövlət reyetsrindən çıxarış verilənədək hər ay 41186 manatın İddiaçı alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X9 İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri 1 saylı notariat ofisində bağlanmış 18.05.2021ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5237/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5237/2021
27.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver