Məhkəmə qərarları › İş №2(060)-5243/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5243/2022

13.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5243/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs –Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Xidməti publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə) Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü tarixli qərarı ilə verilmiş 08\97 saylı, 24 sentyabr 1974-cü il tarixli orderin və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarından 32 saylı, 02 may 2021-ci il tarixli arxiv çıxarışının ərizəçiyə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarı ilə 08\97 saylı, 24 sentyabr 1974-cü il tarixli order əsasında ərizəçiyə ailəsi ilə birlikdə yaşamaq üçün Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində beş mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən 29,09 kvadrat metrdən ibarət iki otaqlı mənzil verilmişdir. Həmin 08\97 saylı, 24 sentyabr 1974cü il tarixli orderdə ərizəçinin qanuni istifadəsinə verilmiş mənzilin ünvanı ünvan 1i otaqlı mənzili kimi qeyd edilmişdir. Lakin 1974-cü ildən indiyə kimi həmin binanın və ərizəçiyə məxsus mənzilin nömrəsi bir neçə dəfə dəyişdirilmişdir Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarı ilə 08\97 saylı 24 sentyabr 1974-cü il tarixli orderdə göstərilən Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evin 63 saylı mənzili ilə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 80 saylı evin 117 saylı mənzili eynidir. Ərizəçi ailəsilə birlikdə 1974-cü ildən indiyə kimi həmin mənzildə daimi qeydiyyatda olmaqla yaşayır. Ona məlum olmayan səbəblərdən orderdə qeyd edilmiş Sumqayıt şəhərinin 4-cü mikrorayonundaki 31 saylı evin 63 saylı mənzili hal-hazırda Mənzil İstismar Sahəsinə məxsus hesabat kitablarında və ərizəçinin şəxsiyyət vəsiqəsində də 80 saylı evin 117 saylı mənzili kimi qeydə alınmışdır. Bundan əlavə sorğu əsasında Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarından çıxarışı Dövlət Arxivinin Sumqayıt filialından əldə edərkən ərizəçiyə məlum olmuşdur ki, həmin qərar-protokoldan çıxarışda ərizəçinin soyadı “Qubatov” əvəzinə yanlış olaraq “Qumbatov”, adı “Qubat” əvəzinə yanlış olaraq “Qumbat”, atasının adı isə “Atasultan” əvəzinə yanlış olaraq “Ata” kimi, həmçinin texniki səhv olaraq mənzilin nömrəsi “63” əvəzinə yanlış olaraq “53” kimi qeyd edilmişdir. Lakin ərizəçi ilə eyni binada yaşayan qonşuları da şahiddirlər ki, ərizəçi 1974-cü ildən eyni mənzildə, yəni 08\97 saylı 24 sentyabr 1974-cü il tarixli Orderdə Sumqayıt şəhərinin 4-cü mikrorayonundakı 31 saylı evin 63 saylı mənzili kimi, hal-hazırda isə Mənzil İstismar Sahəsinə məxsus hesabat kitablarında qeyd 80 saylı evin 117 saylı mənzili kimi qeydə alınmış beş mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən 29,09 kvadrat metrdən ibarət iki otaqlı mənzildə yaşayır. Soyadı Qubatov, adı Qubat, atasının adı isə Atasultandır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1951-ci ildə, Qusar rayonunda anadan olmuşdur. Ərizəçi hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən ərizəçi ilə X1 arasında nikah xx.xx.2013-cü il tarixində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qubatov, arvada Qubatova soyadları verilmişdir. Sumqayıt şəhər zəhmətkeş deputatları Soveti İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 08\97 saylı, 24 sentyabr 1974-cü il tarixli orderi ilə müəyyən edilir ki, ünvan 1i otaqlı mənzil ərizəçiyə verilmişdir. Orderdə ərizəçinin ailə üzvləri də qeyd edilmişdir. 12 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli, 56 saylı arayışına əsasən ərizəçi ünvan 3 ünvanında yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 12 saylı Mənzil İstismar Sahəsinə göndərilmiş vəkil sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarı ilə 08\97 sentyabr 1974-cü il tarixli order əsasında ərizəçinin qanuni istifadəsinə verilmiş Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evin 63 saylı mənzili ilə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 80 saylı evin 117 saylı mənzili eynidir. 08\97 saylı, 24 sentyabr 1974-cü il tarixli Orderdə qeyd edilmiş həmin 31 saylı ev Mənzil İstismar Sahəsinin kitablarında sonradan "31\80", "30a\80" və "80" kimi, həmçinin rərizəçinin yaşadığı 117 saylı mənzil əvvəllər "63", "63/117" kimi göstərilmişdir. 1974-cü ildən etibarən indiyə kimi ailə üzvləri ilə birlikdə yaşadığı həmin ünvanda sonradan bina və mənzilin nömrəsi dəyişdirilmişdir və ərizəçiyə məxsus 08\97 saylı, 24 sentyabr 1974-cü il tarixli orderdə qeyd edilmiş Sumqayıt şəhərinin 4-cü mikrorayonundaki 31 saylı evin 63 saylı mənzili hal-hazırda Mənzil İstismar Sahəsində 80 saylı evin 117 saylı mənzili kimi qeydə alınmışdır. Sumqayıt şəhəri, 4-cü mikrorayon, 80 saylı evin 117 saylı mənzilində 1974-cü ildən etibarən ərizəçi və onun arvadı X3 daimi olmaqla yaşayırlar. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə maraqlı şəxsin ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, təqdim olunan mənzilə dair verilmiş xx.xx.1974-cü il tarixli, 08/97 nömrəli order yarasız haldadır, zədələnmişdir. Həmçinin, orderdə mənzilin ünvanı 4-cü mikrorayon ev 63, mənzil 31 qeyd olunmuşdur. Dövlət Arxivinin Sumqayıt fililaından Sumqayıt XDS İKnin xx.xx.1974-cü il tarixli 24 nömrəli protokolundan çıxarışda isə 4-cü mikrorayon, ev 31 ünvanda yerləşən 53 nömrəli mənzilin X4 ayrıldığı qeyd olunur, yəni protokoldan çıxarışda həm mənzilin ünvanı fərqlidir, həm də ad, soyad, ata adı. ünvan 6l sahəsi tərəfindən verilmiş 56 nömrəli, xx.xx.2021-ci il tarixli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışda (2 №-li forma) isə mənzilin ünvanı 4-cü mikrorayon, ev 80, mənzil 117 qeyd olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti Aparatının xx.xx.2022-ci il tarixli rəyinə əsasən Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1974-cü il tarixli 24 saylı protokolunda texniki səhvə yol verilərək ərizəçinin soyadı, adı, ata adı səhvən X5 olaraq, mənzil nömrəsi isə 63 əvəzinə 53 kimi göstərilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Sumqayıt şəhər Xalq Deputatları Soveti İK -nin xx.xx.1974-cü il tarixli 24 saylı protokoluna əsasən yaşayış sahəsi 29.09 kvadratmetrdən ibarət 2 otaqlı Sumqayıt şəhəri, 4-cü mikrorayon ev 31 mənzil 63-ə dair 3 nəfərdən ibarət ailə tərkibi ilə X2 adına verilmiş xx.xx.1974-cü il tarixli orderdə ərizəçinin adı Ərizəçi olaraq, yaşayış ünvanı ünvan 9ylı MKS-nin arxiv sənədlərində 4-cü mikrorayonda yerləşən həmin yaşayış sahəsinin ev nömrəsinin 31/80, 30a/80, 80 mənzil nömrəsinin isə 63. 63/117 kimi qeydə alındığı, faktiki ünvanın isə hazırda 4-cü mikrorayonda yerləşən həmin yaşayış sahəsinin ev nömrəsinin 31/80, 30a/80, 80 nömrəsinin isə 63, 63/117 kimi qeydə alındığı, faktiki ünvanın isə hazırda 4-cü mikrorayon, ev 80, mənzil 117 olduğu məlum olmuşdur. Mənzilin faktiki vəziyyətinə uyğun olaraq düzəlişlər edilməklə yeni order verilməsi ilə əlaqədar olaraq bildirilmişdir ki, xx.xx.2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinə order verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddia tələbinə baxılması məhkəmənin mülahizəsinə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.5.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İşdən göründüyü kimi ərizəçi Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü tarixli qərarı ilə verilmiş 08\97 saylı, 24 sentyabr 1974-cü il tarixli orderin və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarından 32 saylı, 02 may 2021-ci il tarixli arxiv çıxarışının ərizəçiyə məxsus olması faktının müəyyən olunmasını xahiş edir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, 08\97 saylı, 24 sentyabr 1974-cü il tarixli Order əsasında ərizəçinin qanuni istifadəsinə verilmiş ünvan 1i otaqlı mənzil Sumqayıt şəhəri, 4-cü mikrorayon, 80 saylı evin 117 saylı mənzili ilə eynilik təşkil edir. Eyni zamanda Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarından 32 saylı, 02 may 2021-ci il tarixli arxiv çıxarışında ərizəçinin adı, soyadı və ata adı səhv göstərilmişdir. Qeyd edilən faktı təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən ərizə təmin edilməli, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü tarixli qərarı ilə verilmiş 08\97 saylı, 24 sentyabr 1974-cü il tarixli orderin və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarından 32 saylı, 02 may 2021-ci il tarixli arxiv çıxarışının ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü tarixli qərarı ilə verilmiş 08\97 saylı, 24 sentyabr 1974-cü il tarixli orderin və Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarından 32 saylı, 02 may 2021-ci il tarixli arxiv çıxarışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq sənədləşmənin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar