Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5244/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmasına dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi 25.11.2002-ci il təvəllüdlü övladı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X5 onun oğludur və 25.11.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Oğlu “Daun sindromu” xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də oğluna19.02.2021-ci il tarixindən İ qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. O, müstəqil şəkildə özünü idarə edə bilmir, daim kənar şəxslərin köməyinə ehtiyacı var. Buna görə də ərizəçi tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.11.2002-ci il təvəllüdlü X2 atası X7, anası Ərizəçidır. - Elektron çıxarışdan görünür ki, X5 19.02.2021-ci il tarixindən müddətsiz, ümumi xəstəlik səbəbilə, daun sindromu diaqnozu ilə əlil kimi qeydiyyatdadır. Onun daim kənar şəxslərin köməyinə ehtiyacı vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 25.11.2002-ci il təvəllüdlü X5 ərizəçinin övladıdır. Övladı psixi xəstədir və İ qrup əlildir. 19.02.2021-ci il tarixindən müddətsiz əlil kimi qeydiyyatdadır. Onun daim kənar şəxslərin köməyinə ehtiyacı vardır və öz hərəkətlərini idarə edə bilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 321-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmədə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 1636 saylı, 28.07.2021-ci il tarixli rəyindən görünür ki, X3 daun sindromu nəticəsində ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi X2 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5244/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5244/2021
10.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver