Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5261/2020 13.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh İB-in etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixli, ******* №-li “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında" Akta əsasən sayğacın dəyərinə görə hesablanmış 211,69 manat borcun silinməsi barədə qətanmə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ünvanında yerləşən 3205B saylı bağ evi mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da təsdiq edir. Fərdi evinə xidmət edən qaz sayğacı xx.xx.2018-ci ildə naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmışdır. Bu barədə AR DİN-nin 102 Qaynar xəttinə müraciət etmişdir. Müraciətindən sonra Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Bundan sonra Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin xx.xx.2018-ci il tarixli, 124-8423-1218 saylı arayışı ilə X6 Sahəsinə müraciət etmişdir. Cavab olaraq “Təchizatçı tərəfindən qaz sayğacı 2 il 1 aydan sonra yalnız xx xxxx 2020-ci ildə quraşdırıldıqdan sonra “Oğurlanmış sayğac barədə” xx xxxx 2020-ci ildə Akt tərtib olunmuş və aktda qeyd edilmişdir ki, istehlakçının ünvanında oğurlanmış (və ya itmiş) qaz sayğacının 3 ay müddətində hüquq-mühafizə orqanları tərəfindən aparılmış tədqiqatın nəticəsinin tapılması mümkün olmadığı halda sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarı təqdim etməlidir. Əks halda yeni quraşdırılmış sayğacın dəyərinin 211,69 manat ödənişi istehlakçı tərəfindən təmin olunmalıdır. Sayğacın dəyəri istehlakçı tərəfindən ödənilmədikdə qaz təchizatı xəbərdarlıq edilmədən dayandırılacaqdır” bildirilmişdir. Sayğac xəbəri olmadan oğurlanmışdır. Fərdi evinə xidmət edən qaz sayğacının yoxa çıxmasına görə Cavabdeh İBi sayğacın dəyəri olaraq ondan 211,69 manat pul tələb edir. Cavabdehə etdiyi müraciətdən sonra fərdi evi qaz sayğacı ilə təmin edilmişdir. Bu barədə xx xxxx 2020-ci il tarixli, ******* №-li “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” Akt qəbul edilmişdir. Sözügedən akta əsasən sayğacın dəyəri olaraq 211,69 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktda göstərilmişdir ki, 3 ay ərzində sayğacın dəyəri ödənilməsə fərdi evinə verilən qazın verilişi dayandıracaqdır. Bir daha bildirir ki, istehlakçı kimi qaz sayğacının oğurlanmasından məlumatsız olduğundan, ondan tələb olunan məbləği əsassız hesab edir. Bundan əlavə fərdi evinə quraşdırılmalı olan qaz sayğacı istehsalçının vəsaiti hesabına quraşdırılmalıdır. Buna görə də ondan tələb edilən sayğacın dəyəri kimi 211,69 manat borcu qəbul etmir. Qaz sayğacı fərdi evin çöl divarında yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə və qaz sayğacının yoxa çıxmasında günahkar deyildir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ünvanında yerləşən 3205B saylı bağ evinə quraşdırılmış qaz sayğacı naməlum şəraitdə oğurlanmışdır. Sayğac oğurlandıqdan sonra sözügedən mənzilə yeni qaz sayğacı quraşdırılmışdır. Ona görə də Cavabdeh İB həmin qaz sayğacının dəyərini cavabdehdən tələb edir. Nümayəndə qeyd etdiklərinə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestr xidmətində İddiaçı payı 2/3 hissə və X1 payı 1/3 hissə olmaqla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. İşdə olan oğurlanmış sayğac barədə xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “İstehlakçı” tərəfindən daxil olmuş müraciət əsasında (sayğacın itməsi və ya oğurlanması barədə hüquq mühafizə orqanlarına edilmiş müraciət əlavə olunmaqla) “Təchizatçı” tərəfindən müvvəqqəti olaraq 3 (üç) iş günü müddətinə yeni qaz sayğacının quraşdırılması və təbii qaz təchizatı müvafiq qaydada təmin edilir. Əlavə olaraq qeyd edilmişdir ki, təchizatcı tərəfindən yeni qaz sayğacı quraşdırıldıqdan sonra istehlakçının ünvanından oğurlanmış (və ya itmiş) qaz sayğacının 3 (üç) ay müddətində hüquq mühafizə orqanları tərəfindən aparılmış tədqiqatın nəticəsində tapılması mümkün olmadığı halda sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarı təqdim edilməlidir. Əks halda yeni quraşdırılmış sayğacın dəyəri - 211.69 manat ödənişi istehlakçı tərəfindən təmin olunmalıdır. Sayğacın dəyəri istehlakçı tərəfindən ödənilmədikdə qaz təchizatı xəbərdarlıq edilmədən dayandırılacaqdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 322 saylı arayışa əsasən, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız olaraq yaşayır. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin xx.xx.2018-ci il tarixli, 124-8423- 1218 nömrəli arayışından görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı naməlum şəxs (şəxlər) tərəfindən oğurlanmışdır. Cavabdeh İB X6 İdarəsinin xx.xx.2018-ci il tarixli, 01/NT-11-791 nömrəli “Ərizənin cavablandırılması haqqında” bildirişindən görünür ki, İddiaçı X6 İdarəsinə ünvanladığı İ- 1925 nömrəli xx.xx.2018-ci il tarixli ərizədə SŞPİ-nin arayışını nəzərə alaraq oğurlanmış sayğacın əvəzinə yeni sayğacın quraşdırılması qeyd edilmişdir. Bununla əlaqdar olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və həmin qaydalara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2016-cı il tarixli 180 nömrəli qərarının tələbinə əsasən yuxarıda qeyd olunan halda yeni qaz sayğacının quraşdırılması istehlakçının vəsaiti hesabına qazpaylayıcı tərəfindən həyata keçirilir. Eyni zamanda yuxarıda göstərilənlərlə əlaqədar məhkəmənin qərarına əsasən isteklakçı tərəfindən dəyəri ödənilmədən yeni qaz sayğacının quraşdırılması məsələsinə baxıla bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacı hasarın çöl hissəsində quraşdırılmışdır. İddiaçı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək, bağ evinə quraşdırılmış qaz sayğacının naməlum şəraitdə oğurlanması barədə məlumat vermişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzildən oğurlanmış qaz sayğacının əvəzinə yenisini quraşdırmış və iddiaçıya sayğacın dəyəri məbləğində borc hesablamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə hesab edir ki, iddiaçıya sayğacının oğurlanmasına görə borc hesablanması qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, sayğacın naməlum şəraitdə oğurlanması qəbul edilsə belə, buna iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətlərin səbəb olduğu sübut edilməmişdir. Əksinə Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan iddiaçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə müvəqqəti quraşdırılmış sayğacın dəyəri olan 211,69 manat məbləğində borc əsassız hesab edilərək silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İB X6 Sahəsi tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən bağ evinə hesablanmış sayğacın dəyəri olan 211,69 (iki yüz on bir manat altmış doqquz qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5261/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5261/2020
13.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver