Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5266/2023 20.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh1 Təvəkkül oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2, Cavabdeh2 ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Təvəkkül oğluna və Cavabdeh2 ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərinə qoyulmuş yüklülüyün götürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Təvəkkül oğluna və Cavabdeh2 ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərinə qoyulmuş yüklülüyün götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Təvəkkül oğlu ilə Cavabdeh2 ASC arasmda xx.xx.2022- ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evinin ipoteka ilə yüklü edilməsinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərinə bank tərəfindən qoyulmuş yüklülüyün ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır, belə ki, aralarında bağlanmış nikah Sumqayıt şəhər məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Birgə nikahdan 3 azyaşlı övladları vardır. Cavabdehlə birgə nikah dövründə Bakı şəhər 48 saylı notariat kontorunun xüsusi notariusunda rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli 4G-12 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhər Binəqədi rayonu Novxanı kəndində 817b saylı bağ evini almış və həmin əmlak üzərində cavabdehin mülkiyyət hüquqları AR DK ƏM DƏDRX - də qeydə alınmış və adına çıxarış verilmişdir. Qeyd edilən bağ evi onların birgə nikah dövründə əldə etdikləri əmlak olduğu üçün həmin əmlakın aralarında bölünməsi və payların müəyyən olunması barədə məhkəmədə iddia qaldırmış və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022ci il tarixli 2(060)- 44368/2022 saylı qətnaməsinə əsasən bu əmlak üzərində hər birinin payı 1/2 hissədə müəyyən olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin icra prosesində ona məlum olmuşdur ki, Cavabdeh1 evin birgə nikah dövründə əldə edilmiş əmlak olmasına baxmayaraq onun razılığı olmadan Cavabdeh2 ASCdə ipoteka ilə yüklü etdirmişdir. Halbuki xx.xx.2022-ci il tarixli qətnamə əsasında bu əmlak üzərində hər birinin payı 1/2 hissədə müəyyən olunmuşdur, digər tərəfdən hətta paylar müəyyən edilməsəydi belə, bu əmlak onların birgə nikah dövründə əldə etdikləri əmlak olduğu üçün bankın onun yazılı razılığı olmadan onu ipoteka ilə yüklü etdirməyə səlahiyyəti olmamışdır. Çünki əmlak onların birgə nikah dövründə əldə edilmiş əmlakdır. Cavabdeh həmin əmlakı ipoteka ilə yüklü etdirdiyi üçün o, öz payına uyğun çıxarışı da DƏDRX-dən ala bilməmiş, qətnamə icrasız qalmışdır. Belə hesab edir ki, ipoteka müqaviləsi onun bir mülkiyyətçi kimi hüquqlarının pozulması ilə bağlanmışdır, ona görə də həmin müqavilə etibarsız hesab edilməli və əmlak üzərinə qoyulmuş yüklülük götürülməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 ASC məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Sumqayıt şəhər Məhkəməsində cavabdehlər Cavabdeh1 və TuranBank ASC-yə qarşı iddia qaldıraraq, ipoteka müqaviləsinin etibarsız hesab olunması və əmlak üzərinə qoyulmuş yüklülüyün götürülməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslanmışdır ki, iddiaçı və cavabdeh Mamedov birgə nikahda olmuşlar. Nikahları Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdehlə birgə nikah dövründə Bakı şəhəri 48 saylı notariat kontorunun xüsusi notariusunda rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli. 4G-12 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində 817b saylı bağ evini almış və həmin əmlak üzərində cavabdehin mülkiyyət hüquqları AR DK ƏM DƏDRX-də qeydə alınmış və adına çıxarış verilmişdir. Həmin əmlak onların birgə nikah dövründə əldə edildiyi üçiin İddiaçı tərəfindən əmlakın aralarına bölünməsi və payların müəyyən olunması tələbi ilə məhkəmədə iddia qaldırılmış və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4368 2022 saylı qətnaməsinə əsasən bigə nikah dövründə alınmış, yuxarıda qeyd edilən əmlak üzərində hər birinin 1/2 hissədə payda müəyyən edilmişdir. İddiaçı ərizəsində vurğulamışdır ki, məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. xx.xx.2022-ci il tarixdə əmlakın üzərində paylarının müəyyən olunmasına dair qətnamə çıxmasına baxmayaraq, cavabdeh 9.2022-ci il tarixdə Cavabdeh1 bağ evini TuranBank ASC-də ipoteka ilə yüklü etmişdir. Hesab edirlər ki, aşağıdakı səbəblərdən iddia tələbi əsassızdır və təmin edilməməlidir: Cavabdeh1 ipoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı xx.xx.2022-ci il tarixli AZ-İİ 490623 saylı nikah haqqında şəhadətnaməni təqdim etmiş, həmin şəhadətnaməyə əsasən, onun həyat yoldaşı X9 əmlakın ipoteka qoyulmasına dair notarial təsdiqliqlənmiş xx.xx.2022-ci il tarixli 8İ-4130 nömrəli razılıq ərizəsi vermişdir. Göründüyü kimi, notariat ofısi qanunla müəyyən olunmuş sənədlərin siyahısını cavabdehdən tələb etmiş və Cavabdeh1 təqdim etdiyi sənədlərə uyğun olaraq ipoteka müqaviləsini notarial qaydada rəsmiləşdirmişdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, mövcud qanunvericilikdə ipoteka saxlayanın üzərinə ipoteka qoyanın keçmişdə olan ailə vəziyyəti barədə məlumatların tələb olunması vəzifəsi qoyulmamışdır. Məlum olduğu kimi ipoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur. Digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Beləliklə, ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Hazırkı ipoteka müqaviləsi üçtərəfli müqavilədir. Müqaviləni borcalan, ipotekaqoyan və ipotekasaxlayan (hazırkı halda TuranBank ASC) imzalamışdır. İddiaçının təqdim etdiyi məlumatlara əsasən mübahisələndirilən ipoteka müqaviləsinin predmeti olan əmlaka Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında İddiaçı və Cavabdeh1 payları müəyyən olunmuşdur. Bundan 15 gün sonra isə qeyd edilən əmlak Cavabdeh1 tərəfındən Banka ipoteka qoyulmuşdur. Bu məsələdə iki əsas məqam vardır ki, onları məhkəmənin diqqətinə çatdırırlar. Birinci, məlum olduğu kimi Bank müqavilənin vicdanlı tərəfidir. Çünki müqavilə bağlanan anda bu əmlakın cavabdehlə iddiaçının birgə mülkiyyətində olması faktı Banka məlum olmamış, Bank bilərəkdən bu əmlakı borcalan Mamedov Canəli Elçin oğlunun kredit öhdəliklərin təminatı kimi ipotekaya qəbul etməmişdir. Bank vicdanlı tərəf olmaqla, iddiaçının heç bir hüququnu pozmamış, eləcə də qanunvericiliyin tələblərinə əməl etməklə müqaviləni bağlamışdır. Əgər əmlak müqaviləsi bağlanan zaman nikahda olan şəxslərdən birinin (birgə mülkiyvətçinin) razılığı olmadan ipoteka qoyulmuş olsa idi, o zaman ipoteka müqaviləsinin etibarsızlığından söhbət gedə bilərdi. Artıq nikahı pozulmuş şəxslərdən birinin adına qeydiyyatda olan əmlakın satılmasına və vicdanlı alıcı tərəfindən alınması zamanı birgə mülkiyyətçi olmuş şəxsin bu cür tələb hüququ öz əhəmiyyətini, məhz əmlak satıldığı anda onlar nikahda olmadığı üçün itirmiş hesab edilir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin danılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfındən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsin hər iki qərarında diqqəti vicdanlı alıcının üzərində cəmləşdirməklə, alıcının vicdanlı olması faktının iddianın təmin edilib- edilməməsində həll edici rola malik olması, yəni vicdanlı olduğu halda müqavilənin etibarsızlığına dair iddianın rədd edilməli olmasını xüsusi olaraq vurğulayır. Eyni zamanda hesab edirlər ki, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi Cavabdeh1 mükiyyət hüququnun, Bankın isə ipotekaya dair məhdud əşya hüququnun həqiqiliyi və tamlığı prezumpsiyası, mübahisələndirilən ipoteka müqaviləsinin hüquqi cəhatdən düzgün bağlanmış olmasını deməyə əsas verir. Belə ki. AR Konstitusiva Məhkəməsi Menumunun "M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 23 iyul 2013-cü il tarixli qərarında qeyd edilir ki, “...MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyrihəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir..'". Banka ipoteka qoyulmuş əmlak iddiaçı və cavabdehin nikahda olduqları dövrdə alınmış olsa da, sonradan nikahları pozulduğu üçün əmlak ipoteka qoyularkən mülkiyyətçi Cavabdeh1) hüquqi olaraq başqa şəxslə nikahda olmuş və ipoteka müqaviləsi bağlanan zaman mülkiyyətçinin arvadının əmlakının ipoteka qoyulmasına dair razılığı alınmışdır. Heç bir qanunvericilik aktında mülkiyyətçinin subaylıq faktının müəyyən edilməsi üçün vətəndaş vəziyyəti aktlarının qeydiyyatına dair arayış və ya oxşar sənəd əldə edilməsi tələbi yoxdur. Bankın vicdalı tərəf olduğunu, əmlak üzərində ər və arvadın paylarının müəyyən edildiyini bilmədiyi, eləcə də ipoteka müqaviləsi bağlanan zaman mülkiyyətçinin ailə vəziyyəti müəyyən edilərək, müqavilə bağlanan tarixə nikahda olan şəxsin razılığının alınmış olması əsas götürərək, hesab edirlər ki, iddia tələbi ümumilikdə əsassızdır və təmin oluna bilməz. Lakin bütün bunları bir tərəfə qoysalar, xx.xx.2022-ci il tarixdə artıq əmlak məhkəmə qətnaməsinə əsasən bölünmüş (paylar müəyyən edilmiş) vəziyyətdə idi və bu qətnamə qüvvəyə minməsə belə, faktiki olaraq (eyni zamanda hüquqi olaraq) bu əmlak üzərində hər bir tərəfin payını müəyyən etmişdi. O zaman iddiaçı tərəfındən keçmiş ərinin (Cavabdeh1) mülkiyyətində olan paya dair sərəncam hüququnu mübahisələndirməsi əsassızdır. Çünki artıq paylar bəlli olduğu üçün əmlak 1/2 hissə üzrə iddiaçının və cavabdehin mülkiyyətindədir. Əmlakın ipoteka qoyulması zamanı Cavabdeh1 səlahiyyət həddini aşaraq, öz payı ilə yanaşı keçmiş arvadının payını da ipoteka qoyduğu üçün, arvadı (hazırkı iddia üzrə iddiaçı) yalnız öz payının Cavabdeh1 tərəfindən ipoteka qoyulmasını mübahisələndirə bilər. Belə ki, hər bir payçı öz payının üzərində sərəncam hüququ vardır və iddiaçı yalnız özünə düşən hissəni mübahisələndirə, ipoteka mtiqaviləsinin hissəvi etibarsızlığı tələbini irəli sürə bilər, digər (Cavabdeh1 özünə aid) payın onun tərəfındən ipoteka qoyulmasını hüquqi olaraq mübahisələndirə bilməz. Göründüyü kimi iddiaçı subyektivlik hüququnu aşaraq, ipoteka müqaviləsinin bütövlükdə etibarsız hesab edilməsi tələbini qaldırmışdır. Hesab edirlər ki, iddiaçının yalnız özünə dair payın ipotekadan azad edilməsi və ipoteka müqaviləsinin öz payına münasibətdə hissəvi etibarsız hesab edilməsi tələbini irəli sürməyə subyektiv hüququ vardır. Payın digər hissəsinə və ipoteka müqaviləsinin bütövlükdə etibarsız hesab edilməsinə dair subyektiv hüququ yoxdur. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 mav 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" AR Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir "...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasım araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz... ". Eyni mövqedən çıxış edən AR Konstitusiya Məhkəməsi "S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlamlmasına dair" 3 iyul 2015-ci il tarixli qərarında, eləcədə formalaşdırdığı hüquqi mövqeyində məsələyə bu mövqedən yanaşaraq, xüsusi olaraq vurğulayır ki, məhkəmənin ilk vəzifəsi qaldırılmış iddia tələbinə dair iddiaçının subyektiv hüququnun olubolmamasının müəyyənləşdirməkdən ibarətdir. Onlar təbii ki, bütünlüklə iddia tələbini qəbul etmir. onun əsassız olduğunu vurğulamaqla yanaşı, hətta iddiaçı haqlı olmuş olsaydı belə, yenə də bu tələbi yalnız özünün payına münasibətdə ipoteka müqaviləsinin hissəvi etibarsız hesab edilməsinə dair subyektiv hüququnun olması fikrində qəti mövqeləri vardır. Hesab edirlər ki, məhkəmə bu xüsusata diqqətlə yanaşaraq, hüquqi qiymət verəcəkdir. İkinci əsas məqam bundan ibarətdir ki, əgər iddiaçının ərizədə qeyd etdikləri həqiqətən keçərli olarsa, o zaman belə çıxır ki, ipoteka qoyan əmlakın keçmiş arvadı ilə aralarında bölündüyünü bilə-bilə (məhkəmə prosesində iştirak etdiyi üçün məlumatlıdır), qəsdən onu banka ipoteka qoymuş əmlakın dəyəri həddində krediti götiirməklə sanki əmlakdan canını qurtarmağa çalışmışdır. Bu isə konkret olaraq bankı aldatma, bankın əmlakını (krediti) aldatma yolu ilə ələ keçirmə formasında cinayət hüquqi pozuntu yaradır. 3) Bundan başqa hesab edirlər ki. bu əmlakın təminat qoyulması hesabına verilmiş kredit Banka qaytarılmadan müqavilənin etibarsızlığına dair iddia təmin edilə bilməz. Belə ki, AR Konstitusiya Məhkəməsinin "M.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2015ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" AR Konstitusiya Məhkəməsinin 24 iyun 2016-cı il tarixli qərarında qevd edilir ki. "..Lakin M.Məmmədovla "Əzizbəy-KM“ MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin məhkəmə tərəfındən etibarsız hesab edilməsinə baxmayaraq, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə riayət edilməmiş və müqavilə üzrə M.Məmmədovun ödədiyi vəsait ona qaytarılmamışdır...”. Bu qərar alqı-satqı müqaviləsinə dair pulun qaytarılmasını nəzərdə tutsa da, hesab edirlər ki, kreditin məhz bu əmlakın ipoteka qoyulması hesabına verildiyini nəzərə alaraq, müqavilə etibarsız hesab edilərsə, bununla eyni zamanda (eyni vaxtda) kredit vəsaiti də dərhal banka qaytarılmalıdır. Əks halda bu kredit təminatsız qalacaqdır və X18 "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi” qaydalarının tələblərinə uyğun olaraq 100 % ehtiyat yaratmalı olacaqdır. Bu isə bankın mənafeyinə zərər vurmaqla, ciddi itki yaradır. Buna görə də hesab edirlər ki, bu cür tələbin təmin edilməsi qanuni və ədalətli ola bilməz. 4) Məlum olduğu kimi nikah pozulduqdan sonra iddiaçı tərəfındən əmlakın bölgüsü ilə bağlı məhkəmə mübahisəsi dövründə məhkəməyə hansı səbəblərdən müvəqqəti təminat tədbiri barədə ərizə təqdim etməmişdir. Beləliklə iddiaçı iddia qaldırarkən mübahisəli əmlakın üzərinə həbs qoydurmuş olsa idi, o zaman cavabdeh H.Mamedov bu əmlakın üzərində hər hansı sərəncam verə bilməzdi. Bu cür müvəqqəti təminat tədbirinə dair ərizənin verilməməsi və əmlakın üzərinə həbs qoyulmaması, göründüyü kimi Cavabdeh1 əmlak üzərində sərbəst sərəncam verməsinə hüquqi zəmin və şərait yaratmışdır. Beləliklə bu cür hal iddiaçının özünün risk dairəsinə aid olduğu üçün o əmlakın mülkiyyətçi tərəfındən satıla və ya üzərində hər hansı sərəncam verilməsinə dair qərarlar qəbul etməsini gözə almalı idi. İddiaçı ərizəsinin sonuncu səhifəsində AR Notariat haqqında Qanunun 46-cı maddəsinə istinad etsə də, maddənin tələbi ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edən və qeydiyyata alınan razılıq ərizəsini ehtiva edir. Eyni zamanda AR Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edlilmiş "Notariat hərəkətlərinin aparılması haqqında" qərarının 49-cu hissəsinin 11-ci bəndində qeyd edilmişdir ki. "...Nikah müqaviləsinda başqa qayda nazərdə tutulmayıbsa, ər-arvadın ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlanılması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Hər iki qanunvericilik aktının müvafiq maddələrindən göründüyü kimi notarius ər ya arvadın birgə miilkiyyətinə sərəncam verilməsi zamanı birgə mülkiyyətçinin razılığının alınmasını təmin etməlidir. İddiaçı ilə Cavabdeh1 nikahları 2021-ci il tarixdə məhkəmə qərarı ilə pozulduğu səbəbindən, hər iki qanunvericlik aktlarının müvafıq maddələrinin tələbi bu hala şamil olunur. Çünki ipoteka müqaviləsi bağlanarkən onlar hüquqi olaraq ər və arvad hesab edilmirdilər. Buna görə ər və arvad münasibətləri pozulduqdan sonra Cavabdeh1 tərəfindən əmlakın satılmasına iddiaçının razılığının tələb edilməsi hüquqi cəhətdən heç bir qanunda nəzərdə tutulmur. İddiaçının Mülki Prosessual Məcəllənin 157, 158-ci maddələrinin tələblərindən irəli gələn hüquqlardan istifadə etməməsi, cari gündə Bankın mənafelərini pozmuş olur. Qeyd olunmalıdır ki, Mülki qanunvericiliyin əsas məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövrivyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. İşin hallarından da göründüyü kimi, Bank onun üzərinə qanunla qoyulmuş səlahiyyət çərçivəsində vəzifələri yetirmişdir. Qanunvericilik Mülki Məcəllənin 158-ci maddəsi ilə mülkiyyət hüququ olmayan şəxslərin hüquqlarını tənzimləyir və qoruyur. Mülkiyyət hüququ ilə yanaşı servitutlar, girov və əmlakdan istifadə hüquqları da əmlak hüquqlarına şamil edilir. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, hüquqlar mülkiyyətçi olmayan şəxslərə də məxsus ola bilər. Belə halda həmin hüquqlar başqa şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. İddiaçı ərizədə Mülki Məcəllənin 337.1. 338 və 339-cu maddələrə istinad etməsi qəbul olunmazdır. Belə ki, mövcud Mülki Məcəllənin 338-ci maddəsi maddi norma kimi çıxarılmışdır. 9-cu maddə ümumiyyətlə özündə hazırki mübahisənin predmeti ola bilməz. 337-ci maddə ilə isə mövqeləri ondan ibarətdir ki, cavabdeh H.Mamedov iddiaçının hüquqlarını pozaraq ona məxsus olmuş payı ipoteka qoymuşdursa, iddiaçı Cavabdeh1 qarşı vurulmuş zərərin, eləcə də payının dəyəri həddində pul əvəzinin ödənilməsi tələbinə dair iddia qaldıra bilərdi. Belə Bank mövcud qanunvericiliyin tələbləri çərçivəsində kredit müqaviləsi bağlamış, bununla bağlı kredit vəsaiti təqdim etmiş, müqavilənin təminatı kimi ona Cavabdeh1 təqdim etdiyi sənədlər əsasında əmlakı yüklü etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq Məhkəmədən İddiaçı "ipoteka müqaviləsinin etibarsız hesab olunması və əmlak üzərinə qoyulmuş yüklülüyün götürülməsinə” dair iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə alınıb, məhkəmə qətnaməsi ilə həmin mənzil üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən olunub. Sözügedən qətnamə qəbul ediləndən sonra Cavabdeh1 mübahisəli mənzili banka ipotekaya qoyaraq başqa bir şəxs üçün 170000 manat məbləğində kredit götürüb. Cavabdeh başqa bir evi də hərraca çıxarmaqla iddiaçını tamamilə çıxılmaz vəziyyətə salıb. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh iddiaçıya Sumqayıt şəhərində olan evi və 50000 manat məbləğində pul verəcəyi halda iddia tələbindən imtina edə bilərlər. Həmçinin 150 min manat pul da versə razılaşa bilərlər. Lakin qarşı tərəf razılaşmamışdır. Tərəflər arasında barışıq əldə edilməsi artıq mümkün deyil. Cavabdeh payları bərabər şəkildə müəyyən edilmiş evi dövlət orqanlarını aldadaraq ipoteka ilə yüklü etmişdir. Belə olan halda cavabdeh barəsində xüsusi qərardad qəbul edilməli və məsələ araşdırılması üçün prokurorluğa göndərilməlidir. Cavabdehin etdiyi hərəkət tamamilə qanunsuzdur. Cavabdeh bankdan götürdüyü pul müqabilində payların müəyyən edilməsi barədə qəbul edilmiş qətnamə qüvvəyə mindikdən sonra ona aid olan hissəsini banka ipotekaya qoya bilərdi. Burada cavabdehin niyyəti göz qabağındadır. Onu da bildirir ki, cavabdeh hətta bankdan aldığı 170000 manat krediti də özünə götürməyib və ödənişləri də cavabdeh etmir, ödənişlər başqa şəxslər tərəfindən edilir. Hazırkı vəziyyətdə iddiaçının mübahisəli mənzil üzərində tanınmış 1/2 hissədə payı ilə bağlı hüquqları pozulur. Onu da qeyd edir ki, bu gün sözügedən mənizlin dəyəri 300000 manat təşkil edirsə, deməli cavabdeh iddiaçıya məxus 150000 manat pulu mənimsəyib, bu hal da cinayətdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 Təvəkkül oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil üzərində məhkəmə qətnaməsi əsasında tərəflərin hər birinin ½ hissədə payı müəyyın edilib. Cavabdeh ona aid hissəyə dair çıxarış da almışdır. İddiaçı da gedib öz payına dair çıxarış ala bilər. Cavabdeh mübahisəli mənzili banka ipotekaya qoyaraq kredit götürmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh ödənişləri vaxtında edir, heç bir gecikmə yoxdur. Bu səbəbdən cavabdehin əməlində heç bir dələduzluq və ya bankı aldatma halı yoxdur. Belə ki, cavabdehin müqavilə üzrə heç bir gecikməsi yoxdur. Evin qiyməti təxminən 200000 manatdırsa, deməli evin cavabdehə düşən dəyəri 100000 manatdır. Hazırda cavabdehin də banka elə təxminən o məbləğdə borcu qalmışdır. Cavabdeh öz hüququndan istifadə edib. İddiaçı isə evlərin birindən 500 manat kirayə haqqı alır, cavabdeh isə bu məsələ ilə bağlı narazılıq etmir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbi ilə bağlı bankın mövqeyi etirazda bildirilmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2022-ci il tarixli, 2(060)-4368/2022 saylı qətnaməsi ilə tərəflərin payları müəyyən edilib. Məhkəmə qətnaməsi qəbul edildikdən 15 gün sonra cavabdeh mübahisəli mənzili banka ipotekaya qoyub. Hesab edir ki, cavabdehin əməlində dələduzluq olub olmaması məsələsi araşdırılmalıdır. Onda olan məlumata görə iddiaçı məsələnin məhkəmədən kənar həllinə çalışsa da, cavabdeh irəli sürülən heç bir təklifi qəbul etmir. Hazırkı vəziyyətdə bank kredit müqaviləsinin təminatı olaraq mübahisəli mənzilin cavabdehə məxsus 1/2 hissəsinin də ipoteka ilə yüklü qalmasına razıdır. Mübahisəli mənzil üzərində tərəflərin payları banka müraciət edilənədək məlum olduğundan cavabdeh ancaq özünə aid hissəni bank qarşısında ipotekaya qoya bilərdi. Əslində bu vəziyyətin yaranacağını bilsəydi, bank bu halla qətiyyən razılaşmazdı. Lakin indiki vəziyyətdə bank vicdanlı alıcıdır və iddianının təmin edilməsi bankın hüquqlarının pozulması deməkdir. İpoteka müqaviləsi etibarsız hesab ediləcəyi halda bank verilmiş kredit məbləğində ehtiyat yaratmalı olacaqdır. Bu isə bankın fəaliyyətinə ciddi ziyan vura bilər. Hesab edir ki, əgər mənzil üzərində paylar müəyyən edilməsəydi, ipoteka müqaviləsi ümumilikdə etibarsız hesab edilə bilərdi, lakin indiki halda ½ paya münasibətdə müqavilə münasibətləri davam edə bilər. Bu səbəbdən bank hesab edir ki, müqavilə ən azından əmlakın ½ hissəsinə münasibətdə etibarsız hesab edilməməlidir. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10 iyul 2023-cü il tarixli məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən hazırda Bakı şəhəri 48 saylı notariat kontorunun xüsusi notariusunun 1 aprel 2015-ci il tarixli 4Ə-12 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən bağ evi üzərində 14 aprel 2015-ci tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə (təvəllüdü: xx.xx.1982-ci il) Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. ünvan 3 ünvanında yerləşən 73 nömrəli mənzil üzərində 2 mart 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə (təvəllüdü: xx.xx.1982-ci il) Cavabdeh1 ½ hissə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5753/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Sumqayıt nikah evində xx.xx.2008-ci il tarixdə bağlanmış, 418 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmaları, 18 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2011 -ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X12iunun yetkinlik yaşına çatana qədər saxlanması sabit pul məbləğində hər ay hər uşağa görə 150 manat ümumilikdə 450 manat miqdarında alimentin Cavabdeh1 tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4368/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbinin təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evi üzərində payların 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 olmaqla müəyyən edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli L000539 saylı kredit limiti müqaviləsi üzrə borclu Mamedov Canəli Elçin oğlunun bank qarşısında öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evini Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 490623 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X13 xx.xx.2022-ci il tarixdə Sumqayıt “Asan xidmət mərkəzi” Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 639 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Mamedova soyadı verilmişdir. İşdə olan **********130 saylı ərizənin surətindən görünür ki, X1 Elçin Təvəkül oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evinin Cavabdeh2 ASC-yə ipoteka (girov) qoyulmasına etiraz etməmişdir. İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evində qeydiyyatda heç bir şəxs yoxdur. İşdə olan xx.xx.2022-ci il tarixli L000539 saylı kredit limiti müqaviləsindən görünür ki, Cavabdeh2 ASC-nin Sumqayıt filialı tərəfindən Mamedov Canəli Elçin oğluna ******* manat məbləğində kredit limiti ayrılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində ipoteka müqaviləsinin tarixini səhv (xx.xx.2022-ci il) göstərsə də, onun tərəfindən ipoteka müqaviləsinin əldə edilməsi mümkün olmadığından, eyni zamanda iddia ərizəsinin məzmunundan iddiaçının niyyətinin Cavabdeh1 Təvəkkül oğlu ilə Cavabdeh2 ASC arasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evinin ipoteka ilə yüklü edilməsinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə yönəldiyi aydın olduğundan iddia tələbi sözügedən əmlakla əlaqədar bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. (269.2). Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. (269.3) Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Mülki Məcəllənin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. (280.2) Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. (280.3) Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. (280.4) “İpoteka haqqında” Qanunun müddəalarına görə isə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur (Maddə 10.1). İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (Maddə 10.2). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022ci il tarixli 2(060)-4368/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evi üzərində İddiaçı və Cavabdeh1 hər birinin 1/2 hissədə olmaqla payı müəyyən olunmuşdur. Bundan 15 gün sonra, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 xx.xx.2022-ci il tarixli L000539 saylı kredit limiti müqaviləsi üzrə borclu Mamedov Canəli Elçin oğlunun bank qarşısında öhdəliklərinin icrasının təminatı kimi həmin bağ evini Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Hazırda iddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi və əmlak üzərinə bank tərəfindən qoyulmuş yüklülüyün ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MMin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələr) Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.4). Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilənin bağlanması iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Belə ki, hal-hazırda iddiaçının mübahisəli bağ evinin ½ hissəsinə mülkiyyət hüququnun tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Mübahisələndirilən ipoteka müqaviləsi bağlanan zaman sözügedən qətnamə qanuni qüvvəsini almasa da, cavabdeh E.Məmmədov belə bir qətnamənin mövcudluğundan xəbərdar olmuş, lakin buna baxmayaraq həmin əmlakı iddiaçı G.Məmmədovanın razılığı olmadan ipoteka ilə yüklü etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinin mənasına görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Ailə Məcəlləsinin 33.1-ci maddəsi isə tələb edir ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh E.Məmmədov Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evinə ½ hissədə mülkiyyət hüququ olan G.Məmmədovanın razılığı olmadan həmin əmlakı ipoteka ilə yüklü etdirməklə mülki və ailə qanunvericiliyinin tələblərini pozmuşdur. Bu səbəbdən iddia tələbi təmin edilməli, həmin müqavilə etibarsız hesab edilməli və əmlak yüklülükdən azad edilməlidir. Məhkəmə cavabdeh bankın mübahisələndirilən müqavilə bağlanarkən bankın vicdanlı əldə edən olması ilə bağlı iddiaya etirazının dəlilləri ilə isə razılaşmır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsi reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, onun həqiqiliyi və tamamlığı prezumpsiyasını müəyyən edir. İstinad olunan maddə reyestrdə qeydə alınmış daşınmaz əmlakı vicdanlı əldə edən şəxsin hüquqlarını qoruyur və yalnız reyestrdəki qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi halları vicdanlılıqdan istisna kimi nəzərdə tutur. Mülki qanunvericilik reyestrdəki qeydə əsaslanan vicdanlı əldə etmə barədə qaydanı eynilə daşınmaz əmlak üzərində ipotekaya da aid edir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı maddəsinin müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi ər-arvadın (o cümlədən keçmiş ər-arvad) ümumi mülkiyyətinə aid olan daşınmaz əşya ilə bağlı müqavilə bağlanarkən digərinin razılığının alınmaması həmin müqavilənin etibarsızlığına səbəb olur. Qeyd olunan norma (Mülki Məcəllə, 225.6) ərarvaddan birinin digərinin razılığı olmadan bağladığı sərəncam əqdi üzrə vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmadığı barədə qaydanı təsbit etmişdir. Belə olan halda əldə edənin vicdanlı olması nəzərə alınmır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki halda bankın vicdanlı olması, yəni mübahisəli bağ evinə məhkəmə qətnaməsinə əsasən iddiaçının mülkiyyət hüququnun tanınması barədə məlumatlı olmaması nəzərə alına bilməz. Lakin bank müqavilənin etibarsız sayılması ilə əlaqədar ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdeh E.Məmmədovdan tələb edə bilər. Məhkəmə bankın ipoteka müqaviləsinin yalnız əmlakın ½ hissəsinə münasibətdə etibarsız sayılmalı olması ilə bağlı dəlilləri ilə əlaqədar isə qeyd edir ki, AR Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Məhkəmə hesab edir ki, hər bir halda mübahisəli ipoteka müqaviləsinin bağlanması üçün paylı mülkiyyətçi kimi iddiaçının razılığı tələb olunduğundan müqavilənin qismən (bağ evinin ½ hissəsinə münasibətdə) etibarsız hesab edilməli olması barədə cavabdeh bankın etirazının dəlilləri də əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdeh1 Təvəkkül oğlu ilə Cavabdeh2 ASC arasında xx.xx.2022-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evinin ipoteka ilə yüklü edilməsinə dair bağlanmış ipoteka müqaviləsi etibarsız hesab edilməli və əmlak ipoteka ilə yüklülükdən azad edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 817b saylı bağ evinə dair bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilsin və həmin əmlak ipoteka ilə yüklülükdən azad edilsin. Cavabdeh1 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5266/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5266/2023
20.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver