Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5287/2025 11.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər 4 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Sumqayıt şəhər 4 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı iddia qaldıraraq, Cavabdeh1 xüsusi X5 tərəfindən Cavabdeh2 verilmiş 11.11.2*17-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlaklar üzərində payların tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, atası Tarverdiyev Sabir Rəhim oğlu 2*15-ci ildə vəfat etmişdir. Atası sağ olarkən ölkənin bir çox şəhərlərində, o cümlədən Bakı şəhərində, Samux şəhərində, Sumqayıt şəhərində, Xızı şəhərində, Abşeron rayonunda daşınmaz əmlakları olmuşdur. Bundan başqa Sumqayıt maşın bazarı atası Tarverdiyev Sabir Rəhim oğlunun istifadəsində olmuşdur. Sumqayıt maşın bazarı “Vicdan” və ya "xxxx" MMC-nin balansında olmuşdur. 1997-ci ildə həmin MMC-nin təsis payçıları sırasında o, bacısı X17, qardaşı Cavabdeh2, qardaşı X19, qardaşı X22, Tarverdiyeva (Həsənova) Esmira Sabir qızı və sonradan əlavə olaraq X23 olmuşdur. 2**5-ci ildən sonra qeyd olunan şəxslər “Vicdan” və ya "xxxx" MMC-nin 5*% təsis payına malik olmuşlar. Atasının ölümündən sonra qardaşı Cavabdeh2 yuxarıda qeyd etdikləri Sumqayıt maşın bazarından payçı olduğuna görə yığılan yığımlarından ona 5* manatdan başlayaraq, 12** manata qədər pul verirdi. Sumqayıt maşın bazarından yığılan vəsaitlərin konkret hesabatı olmadığı üçün onlara verilməli olan vəsaitlər hər zaman cüzi miqdarda aldatma yolu ilə verilmişdir. Bundan sonra ona, qardaşı Cavabdeh2 bacısı X1* və bacısı Tarverdiyeva (Həsənova) Esmira Sabir qızına torpaq hədiyyə verəcəyi vədi ilə onları *2.1*.2*17-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Sumqayıt şəhər 4 saylı Notariat Kontoruna çağırmış qeyd olunan hədiyyə olunan torpaq və üzərində olan evi verəcəyi vədlərlə onları aldadaraq Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun X3 ilə əlbir olaraq sənədlərin içərisində vərəsəlikdən imtina edilməsinə dair ərizəyə qol çəkdirmişdir. Atasının payından imtina etməyindən məlumatı olmamışdır. Bundan sonra atadan qalan və Sumqayıt maşın bazarında olan haqqını tələb etdiyində Davud nə tələb edə bilərsən ki, sən vərəsəlikdən imtina etmisən dedi. Məhz bundan sonra ona məlum oldu ki, Davud Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun X3 ilə əlbir olaraq onu atasının miraslarına münasibətdə vərəsəlikdən imtina etdirib. Atası Tarverdiyev Sabir Rəhim oğlunun ümumilikdə 8 həyat yoldaşından 14 uşağı olmasına baxmayaraq, Davud və Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun X3 ilə əlbir olaraq Davud özündən başqa yalnız 6 nəfəri varis kimi göstərmiş, geridə qalan 7 uşağı isə göstərməmişdir. Digər 3 bacını (onu, bacısı X11 və bacısı Tarverdiyeva (Həsənova) Esmira Sabir qızını) aldatma yolu ilə vərəsəlikdən imtina etdirmişdir. Məsələ araşdırılan zaman onlara məlum olmşdur ki, Davud Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun X3 ilə əlbir olaraq onu atasının miraslarına münasibətdə vərəsəlikdən imtina etdirib və tək vərəsə kimi qardaşı Cavabdeh2 tanımış və bu barədə 11.11.2*17-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bütün bunlarla əlaqədar olaraq, bir çox qurumlara şikayət ərizələri ünvanlanmışdır. Edilmiş şikayətlərdən sonra qardaşı Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 29* kv.m sahəsi olan iaşə obyektin sərəncamının əslini ona təqdim etdi və həmin obyekti ona verəcəyini vəd edərək, şikayətlərə lüzum olmadığını bildirdi. Onunla razılaşmışdır. Bundan sonra şikayət ərizələri üzrə araşdırma Sumqayıt Şəhər Prokurorluğunda Prokurorun böyük köməkçisi Elviz Salayev tərəfindən araşdırılmağa başlanıldı. Bütün səs yazmaları verilməsinə baxmayaraq, cinayət işinin başlanılmasının rədd olunmasına dair 24.*2.2*25-ci il tarixli qərar qəbul etmişdir. Qeyd olunan qərardaddan şikayət verdikdən sonra Sumqayıt Şəhər Prokurorluğu qardaşı Cavabdeh2 ilə aralarında olan məsələnin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməkləri izah olunmuşdur. Lakin qardaşı Cavabdeh2 şikayətlərin sonunda prokurorluqda olan şikayətin həll olunduğu görüb ona vəd etdiyi Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 29* kv.m sahəsi olan iaşə obyektin ona verməkdən imtina etdi. Öz növbəsində məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı X15 Cavabdeh1 xüsusi X5na və Cavabdeh2 qarşı “Şəhadətnamənin ləğvi və miras payının müəyyən olunmasına dair” iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X24 “Şəhadətnamənin ləğvi və miras payın müəyyən olunmasına dair” iddia ərizəsi ilə Cavabdeh1 xüsusi X5na və Cavabdeh2 qarşı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Belə ki, iddia ərizəsində X24 göstərir ki, guya Cavabdeh2 bacıları X1* və Tarverdiyeva (Həsənova) Esmira Sabir qızına torpaq hədiyyə verəcəyi vədi ilə onları *2.1*.2*17-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Sumqayıt şəhər 4 saylı Notariat Kontoruna çağırmış, qeyd olunan hədiyyə olunan torpaq və üzərində olan evi verəcəyi vədlərlə aldadaraq Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun X5 ilə əlbir olaraq sənədlərin içərisində vərəsəlikdən imtina edilməsinə dair ərizəyə qol çəkdirmişdir. Bununla da ona məlum olmuşdur ki, Davud Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun X5 ilə əlbir olaraq onu atasının miraslarına münasibətdə vərəsəlikdən imtina etdirib. Daha sonra Davud atasından qalan mirasların əvəzində 5**** manat pul və Sumqayıt şəhəri, 18cı məhəllədə yerləşən 29* kv.m sahəsi olan iaşə obyektinin sərəncamını ona təqdim etmiş və həmin obyekti ona verəcəyi vədi ilə geri almış, sonra göstərilən iaşə obyektini ona verməkdən imtina etmişdir. Hesab edir ki, qeyd olunan iddia tələbi tamamilə qanunsuz, qərəzli və əsassızdır. İddiaçınm iddia ərizəsində yazdıqlarını təkzib edərək, bildirir ki, Cavabdeh2, torpaq hədiyyə verəcəyi vədi ilə Səbinə və digər bacıları X17 və Tarverdiyeva (Həsənova) Esmira Sabir qızına qarşı *2.1*.2*17-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda notarius X13 ilə əlbir olmamış, heç kimi aldatmamışdır. İddiaçı atası Sabir Tarverdiyevdən miras qalan *,12 ha torpaq sahəsindən özü könüllü olaraq imtina etmiş, İddiaçı və digər 2 bacılarına isə hər birinə *7.1*.2*17-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağları, 2*488 saylı ünvanda isə *,*594 ha torpaq sahəsi verilmişdir. Daha sonra isə 2*24-cu ildə İddiaçı pul lazım olduğundan ona müraciət etmiş, Səbinəyə verildiyi torpaq sahəsini istəmədiyini demiş və o, həmin torpağa görə 5* min pul istəmiş. Cavabdeh2 da həmin məbləğdə pulu Səbinəyə vermiş və öz arvadının adına alqısatqı edib rəsmiləşdirmişdir. Bundan başqa, S İsmayılovanın qardaşı Cavabdeh2 ona 2*17ci ildə verilmiş torpaq sahəsini 5* min manat əvəzində geri alması və əvəzində İddiaçı heç bir aidiyyatı olmayan, "xxxx" MMC-nin balansında olan və Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 29* kv m sahəsi olan iaşə obyektini verəcəyi vədi ilə aldatması da həqiqətə uyğun deyil. Bu hal İddiaçınm yazdığından başqa, heç bir əhəmiyyətli xüsusatda oz əksini tapmamış, eləcə də, S.İsmavılova Cavabdeh2 ona 2*17-ci ildə verilmiş torpaq sahəsini rəsmiyyətdə 5* min manata da deyil, 16.1*.2*24-cu il tarixli daşınmaz əmlakın AN- İN 12992*6 saylı alqı-satqı müqaviləsinə əsasən 54** manata satmışdır. Göründüyü kimi, Cavabdeh2 deyil, P.Əhmədova torpaq sahəsini faktiki olaraq 5* min manata almış, eləcə də İddiaçı aid hər hansı bir əmlaka dair hüququ ələ keçirilməmişdir. Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən "xxxx" MMC-nin balansında olan 29* kv.m sahəsi olan iaşə obyektin sərəncamının əslini isə müvəqqəti olaraq Səbinəyə həmin obyekti abadlaşdırıb, işlədib pul qazansın deyə vermiş, həmin sənədi verərkən Səbinəyə heç vaxt obyekti verəcəyini deməmişdir. Sumqayıt şəhər 4 saylı Notariat Kontorununun xususi X5 tərəfindən vəkil sorğusuna əsasən təqdim edilmiş və bu etiraza əlavə edilən notariat işinin sənədlərindən də görünür ki, İddiaçınm iddia ərizəsində yazdıqları tam yalan və böhtandır, belə ki, nə notarius, nə də ki, Cavabdeh2 heç kimlə əlbir olub heç kimə iradəsinə zidd nəyə isə imza etdirməmişdirlər. Belə ki, təqdim edilmiş və İddiaçı və dedikləri şəxslərə aid sənədlərə əsasən *2 oktyabr 2*17-ci il tarixdə İddiaçı notariat kontoruna gələrək, atasından miras qalmış əmlaklardan imtina edərək qardaşlarının qəbul etmələrini söyləmiş, o və notarius tərəfindən Səbinəyə konkret olaraq, imtina bir əmlakdan imtina deyil, mərhumun bütün əmlaklarından imtina deməkdir, bir daha izah olunmuş və Səbinə razılaşaraq ərizəni imzalamışdır. Daha sonra *7 oktyabr 2*17-ci il tarixdə İddiaçı və digər iki bacısı notariat kontoruna qardaşları Davud və sonuncunun qohumu Namazov Fərman Nəriman oğlu ilə gələrək, hər üç bacının adına Sumqayıt şəhəri, Corat bağları, 2*488 ünvanda yerləşən bağ sahəsindən hər bir bacıya torpaq sahəsi rəsmiləşdirilmişdir. Daha sonra isə İddiaçı əri X18 razılığı ilə özünə aid torpaq sahəsini digər şəxsə 16.1*.2*24-cü il tarixdə satmışdır. Qeyd olunan notariat hərəkətləri başqa-başqa tarixlərdə olmuş, həmçinin vərəsəlik şəhadətnaməsi Səbinə və digər bacıların imtina ərizəsindən bir ay sonra verilmişdir. İddiaya etiraza əlavə edilən İddiaçı 4 saylı notariat kontoruna ünvanlanmış *2.1*.2*17-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı atası X12 miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. İddiaya etiraza əlavə edilən 4 saylı notariat kontorunda rəsmiləşdirilmiş *7.1*.2*17-ci il tarixli daşınmaz əmlakın AN-İN № *648943 saylı alqı-satqı müqaviləsindən görunur ki, həmin tarixdə Namazov Fərman Nəriman oğlu Sumqayıt şəhəri, Corat bağları, 2*488 ünvanında yerləşən *,2 ha torpaq sahəsindən *.*594 ha torpaq sahəsini X15 mülkiyyətinə vermişdir. İddiaya etiraza əlavə edilən 4 saylı notariat kontorunda rəsmiləşdirilmiş *7.1*.2*17-ci il tarixli daşınmaz əmlakın AN-İN № *648942 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə Namazov Fərman Nəriman oğlu Sumqayıt şəhəri, Corat bağları, 2*488 ünvanında yerləşən *.2 ha torpaq sahəsindən *,*594 ha torpaq sahəsini X9 mülkiyyətinə vermişdir. İddiaya etiraza əlavə edilən 4 saylı notariat kontorunda rəsmiləşdirilmiş *7.1*.2*17-ci il tarixli daşınmaz əmlakın AN-İN № *648944 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə Namazov Fərman Nəriman oğlu Sumqayıt şəhəri, Corat bağları, 2*488 ünvanında yerləşən *.2 ha torpaq sahəsindən *.*594 ha torpaq sahəsini X2* mülkiyyətinə vermişdir. Araşdırma materialına əlavə olunmuş 4 saylı notariat kontoru tərəfindən verilmiş 11.11.2*17-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Tarverdiyev Sabir Rəhim oğlunun vərəsəsi kimi Cavabdeh2 S.Tarverdiyevin Sumqayıt şəhəri, Sarı Qaya bağlar ərazisi, B-2*46 ünvanında yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsini miras əmlakının tam hissəsini pay almalıdır. İddiaya etiraza əlavə edilən 4 saylı notariat kontorunda rəsmiləşdirilmiş 16.1*.2*24-cu il tanxli daşınmaz əmlakın AN-İN № 12992*6 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə İddiaçı Sumqayıt şəhəri, Corat bağları, 2*488 ünvanında yerləşən və tam mülkiyətində olan *,*594 ha torpaq sahəsini X4* qizina 54** manata satmışdır. Həmçinin Sumqayıt şəhər 4 saylı notariat kontorunda İddiaçı tərəfindən 2*17-ci ildə edilmiş notariat hərəkətləri fərqli tarixlərdə baş vermiş, eləcə də həmin notariat kontorunun xususi notariusu C.Rüstəmovun hərəkətlərində cinayət hadisəsi olmadığından Sumqayıt şəhər prokurorluğunda bu məsələ ilə əlaqədar aparılmış araşdırmanın nəticəsi olaraq 24.*2.2*25ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur.
4. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh1 xüsusi X5na və Cavabdeh2 Sabır oğluna qarşı “Şəhadətnamənin ləğvi və mirasın payının müəyyən olunmasına dair” iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı “Şəhadətnamənin ləğvi və miras payının müəyyən olunmasına dair” iddia ərizəsi ilə Cavabdeh1 xüsusi X5na və Cavabdeh2 Sabır oğluna qarşı Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Belə ki, iddia ərizəsində İddiaçı göstərir ki, guya Cavabdeh2 Sabır oğlu bacıları X1* və Tarverdiyeva (Həsənova) Esmira Sabir qızına torpaq hədiyyə verəcəyi vədi ilə onları *2.1*.2*17-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Sumqayıt şəhər 4 saylı Notariat Kontoruna çağırmış qeyd olunan hədiyyə olunan torpaq və üzərində olan evi verəcəyi vədlərlə aldadaraq Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun X4 ilə əlbir olaraq sənədlərin içərisində vərəsəlikdən imtina edilməsinə dair ərizəyə qol çəkdirmişdir. Bununla da ona məlum olmuşdur ki, Davud Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun X5 ilə əlbir olaraq onu atasının miraslarına münasibətdə vərəsəlikdən imtina etdirib. Möhtərəm hakim, Hesab edirəm ki, qeyd olunan iddia tələbi tamamilə qanunsuz, qərəzli və əsassızdır. İddiaya əlavə etirazı məhkəməyə ünvanlayaraq, İddiaçı iddia ərizəsində yazdıqlarını bir daha təkzib edərək, bildirir ki, iddiaya etiraza əlavə edilən İddiaçı 4 saylı notariat kontoruna ünvanlanmış *2.1*.2*17-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı atası X12 miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. Və bu ərizə bu gün də qüvvədə olduğu halda, İddiaçı “şəhadətnamənin ləğvi və mirasın payının müəyyən olunmasına dair” adlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə ümumiyyətlə subyektiv hüququ yoxdur. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin Qanunun35-ci maddəsinə əsasən, notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən apanldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin X26. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2***-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 3-cü bəndinə əsasən notariat hərəkətlərini dövlət notariusu (böyük dövlət notariusu, dövlət notariusu) və xüsusi notarius aparır. Həmin Təlimatın 4-cü bəndinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, habelə “Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa zidd olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar və Təlimat rəhbər tutulur. Həmin Təlimatın 5-ci bəndinə əsasən notarius “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan notariat hərəkətlərini apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər. Sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, dövlət və bələdiyyə qurumlarından, habelə fiziki və hüquqi şəxslərdən həmin hətəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması üçün əsaslandırılmış yazılı sorğular verə bilər. Həmin Təlimatın 6-cı bəndinə əsasən notarius öz vəzifələrini yerinə yetirərəkən: a) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir; b) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısım almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; c) "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; ç) Notarius Notariusun etik davranış kodeksinin tələblərinə riayət etməlidir. d) “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9- 11-ci və 12-1 -ci maddələrinin tələblərinə riayət etməli, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidir. e) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin metodiki tövsiyələrinə riayət etməlidir. Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi X5nun 11 noyabr 2*17-ci il tarixdə reyestrdə 2V-72 nömrəsi ilə qeyd edilən “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2***-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktların tələblərinə uyğun olaraq rəsmləşdirilmiş və təsdiq edilmişdir. İddiaya etiraza əlavə edilən İddiaçı 4 saylı notariat kontoruna ünvanlanmış *2.1*.2*17-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı atası X12 miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. Əgər iddiaçı hesab edirsə ki, qeyd olunan bu ərizə qanunsuzdur, onun hüquqlarını pozur, o, ilk növbədə bu ərizənin qanuni olub-olmadığını mübahisələndirməli, nəticəsindən asılı olaraq, digər hüquqmüəyyənedici (hüquqtəsdiqedici) sənədləri mübahisələndirməyə subyektiv hüququ yarana bilər.
Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, təqdim olunmuş sübutlarda iddiaçının atasının əmlakı üzərində bölgülərin aparılmasına dair iradə ifadələri göstərilmişdir. Həmçinin cavabdehlə iddiaçının arasında olan danışıqlardan görünür ki, qeyri-yaşayış sahəsinin iddiaçıya verildiyi bildirilsə də, aldatma yolu ilə həmin sahə verilməmişdir. Disk və fləşkartda olan materiallar iddiaçının ona çatası əmlakın nədən ibarət olacağını dərk etdiyini təsdiq edir. Təqdim olunan səs yazılarında iddiaçının cavabdeh tərəfindən aldadıldığı göz önündədir. Ağlabatan deyildir ki, bütün bu əmlaklardan adi bir imza ilə imtina etsin. Burada iddiaçının aldadıldığı aydın görünür. Cavabdeh iddiaçıya ev vermiş, sonradan bu evi də aldatma yolu ilə ələ keçirmişdir. Başqa əmlak vermək adı ilə sənədlərin arasında imtina ərizəsinə qol çəkdirmişdirlər. İddiaçı payçı olduğuna görə ona aybaay pul ödənilirdi. Gələn gəlirdən mütəmadi iddiaçıya pul gəlirdi. Pul kəsildikdən sonra iddiaçı müraciət etmiş, bu zaman ona məlum olmuşdur ki, miras əmlakdan imtina etmişdir.
6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, atasının iki nikahı olmuşdur. Onun anası ilə 26 il bir yerdə yaşamışdır. Davuda öz anası baxa bilmədiyinə görə onun anası baxmışdır. Digər uşaqların da əziyyətini anası çəkmişdir. Bir doğma bacısı vardır. Hazırda 14 uşaqdırlar. Atası həmin vaxt olan 9 uşaqdan 7 nəfəri payçı etmişdir. Davuddan digər iki nəfərdən ərizə almamasının səbəbini soruşmuşdur. Onları özünün seçdiyini bildirmişdir. Davuda onu varisliyə bərpa etməsini bildirmiş, o isə onu aldadaraq Gəncədə olan torpağını satdıqdan sonra bərpa edəcəyini, əks halda həmin torpağı sata bilməyəcəyini bildirmişdir. 2*17-ci ildə mirasdan imtina ərizəsi vermişdir. Ögey bacısı ona telefonla zəng edərək həyat yoldaşlarına məlumat verməməklərini, Davudun onlara notariusda hədiyyəsi olduğunu bildirmişdir. Sənədləri tez-tez imzalatmışdırlar.
7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, təqdim olunmuş videoların işə heç bir aidiyyəti yoxdur. Bu bir ailə yığıncağıdır. Qanunda şifahi ifadələrlə vəsiyyət edilməsi nəzərdə tutulmamışdır. Notarius tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, vərəsələrdən biri notariusa gələrək ona çatası paydan imtina etmişdir. Səsyazmalarda isə cavabdeh iddiaçıya bu məsələləri notariusa gedərək həll etməli olduğunu izah edir. Həmçinin iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Sumqayıt şəhəri, Corat bağları, 2*4/88 saylı ünvanda yerləşən 594 kv.m torpaq sahəsi iddiaçının adına keçirilmiş, bundan sonra iddiaçı könüllü olaraq notariusa gəlmiş və mirasdan imtina etmişdir. Vərəsəlik haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmişdir. Əgər iddiaçı onun mirasdan imtina etməsi ilə bağlı əqdi aldadılaraq verdiyini hesab edirsə, bu birtərəfli əqdin etibarsızlığı ilə bağlı iddia qaldıra bilər.
8. Cavabdeh1 X5 ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququ üzrə sair mübahisələr tələbinə dair mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri:
9. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ifadəsində bildirdi ki, iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Uzun müddət qonşu olmuşdurlar. Həmişə atası iki bacının, Səbinə və Nərgizin mirasda payının olduğunu deyirdi. Anaları sağ olanda Sabirlə uzun müddət həmin evdə yaşamışdırlar. İddiaçının bir doğma bacısı vardır. Həmin iki qızı körpə vaxtından orada böyütmüşdürlər. Ailə qurduqda oradan köçmüşdürlər. Davudun körpəlikdən psixi vəziyyəti normal olmamışdır. Onu həmişə Zaur kimi tanımışdır. Anası baxa bilməmiş, ona Səbinənin anası baxmışdır. Səbinə həmişə uşağı xəstələndikdə onun yanına gəlmiş, o isə həkimə yönləndirmişdir. Bir dəfə o gələndə ağladığını görmüş və səbəbini soruşmuşdur. O, səhv etdiyini, bilmədən mirasdan imtina ilə bağlı ərizəyə imza etdiyini bildirmişdir. Ona torpaqla bağlı məsələ olduğunu, qol çəkməli olduğu bildirmişdirlər. Səbinə axırıncı dəfə Zaurun onu aldatdığını, torpaq verəcəyini bildirdiyini demişdir. Necə olubsa, həmin sənədə də imza etdiyini bildirmişdir. Ona ana əvəzi kimi baxırdı, ona görə bunları onunla danışmışdır.
10. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadəsində bildirdi ki, notaria orqanında kargüzar işləyir. Vətəndaş müraciət edən zaman notariusa yönləndirilir, notarius tərəfindən fikri soruşulur, şəxsiyyəti müəyyənləşdirilir, hüquqları ona izah olunur. Daha sonra operatora yönləndirilir. Operator tərəfindən şəxsin fikri öyrənilir, ərizə tərtib olunur. Ərizə tərtib olunduqdan sonra məzmunu şəxsə oxunur. Qeydiyyata göndərilir və ərizə şəxs tərəfindən imzalanır. Sonda notarius tərəfindən isə həmin ərizə imzalanır və möhürlənir. İddiaçını şəxsən tanıdığı üçün həmin gün yadındadır. *2 oktyabr 2*17-ci il tarixində 3 bacı gəlmişdirlər. Miras əmlakdan imtina barədə ərizə yazıb getdilər. Şəxsən özü ərizəyə imza çəkdirmişdir. Miras əmlakdan imtina barədə ərizə ilə alqı-satqı müqaviləsinə bir yerdə baxıla bilməz. Ərizə *2 oktyabr 2*17-ci il tarixdə, alqı-satqı müqaviləsi isə *7 oktyabr 2*17-ci il tarixdə imzalanmışdır. Hər hansı qanun pozuntusu olmamışdır. Əvvəllər ərizə tərtib olunan zaman şəxsin fotoşəkli çəkilmirdi. Son dövrdə ərizə tərtib olunan zaman mütləq şəxsin fotoşəkli çəkilməlidir.
11. Məhkəmə iclasında şahid qismində iştirak edən X21 ifadəsində bildirdi ki, iddiaçı 2*23-cü ildə ona müraciət eləmişdir. Qardaşı ilə probleminin olduğunu bildirmiş və bu halın ictimailəşdirilməsini ondan xahiş etmişdir. Ona qəribə gəlmişdir ki, qardaş bacıya qarşı belə əməli necə edə bilər?! 11 sentyabr tarixində iddiaçı ilə İçərişəhərdə görüşmüşdürlər. Ona Zaur deyə müraciət eləsə də, sonradan bəlli olmuşdur ki, şəxsin adı Davuddur. Ona zəng edən zaman “eləmişəm, yaxşı eləmişəm” ifadəsini işlətmişdir. İddiaçı qardaşının qeyd olunan halın ictimailəşdirilməməsini, evin sirri olduğunu ona bildirdiyini əsas gətirərək onunla bir müddət əlaqə saxlamamışdır. Daha sonra 2*25-ci ilin fevral ayında əlaqə saxlamışdır. Müsahibə aparılması üçün maşın bazarının qarşısına gəlmişdir. Əvvəl də müsbahisələri olmuşdur ki, o zaman qardaşı Elfaq Zaurnan danışdığını və mübahisənin həll olunacağını bildirmişdir. Davud onu biyabır etməməsini bildirmiş və buna görə yenə bir müddət əlaqəni kəsmişdir. Daha sonra yenə əlaqə saxlamış və qardaşının onu aldatdığına əmin olduğunu bildirmişdir. Qarşı tərəfin nömrəsini almış və onunla əlaqə saxlamışdır. Ona bacısının hadisəni ictimailəşdirilmək istədiyini bildirmişdir. Onunla kobud danışmış, daha sonra üzr istəmişdir. Bir müddət sonra hüquq mühafizə orqanından zəng gəlmişdir. Ona bildirilmişdir ki, Davud adlı şəxs onun tərəfindən ailə sirrləri ilə şantaj olunduğunu iddia edərək şikayətlə hüquq mühafizə orqanına müraciət etmişdir. Hüquq mühafizə orqanına səs yazılarını göndərmiş, şikayəti əsassız olduğu üçün Davuddan ərizəni geri götürməsi tələb edilmişdir. Davud ona zəng edərək üzr istəmişdir. İddiaçı yenə onunla əlaqə saxlayaraq hadisənin ictimailəşdirilməsini xahiş etmişdir. Qardaşı ilə əlaqə saxlayan zaman “yaxşı eləmişəm” ifadəsini işlətmişdir. Ərizə imzalanan zaman notariat ofisində olmamışdır. Həmin zaman iddiaçının qardaşı tərəfindən aldadılması ilə bağlı ona müraciəti olmamışdır.
12. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid4 ifadəsində bildirdi ki, iddiaçı anasıdır. 2*24-cü ilə qədər anasının miras əmlakdan imtina etməsi barədə məlumatları olmamışdır. 2*24-cü ilin axırlarında onlara verdiyi torpaq sahəsini geri istəyəndə onlara məlum olmuşdur ki, anası miras əmlakdan imtina etmişdir.Davud tərəfindən bazarda ona köşk verilmişdi. 3 ay müddətində şəriki ilə birlikdə həmin köşkü işlətmişdirlər. Lakin miras əmlakla bağlı mübahisə olduqdan sonra oranı sökəcəyini bildirmiş və onu oradan çıxarmışdır. Şərikinin işləməyinə icazə verməmişdir. Fəxri marketin yanında obyekt var idi. Davud ona verəcəyi barədə ona vəd vermişdir. Mübahisə olduqdan sonra onu da verməmişdir. 2*23-cü ilin axırına kimi bazardan onlara aylıq gəlir verilirdi. 2*23-cü ilin axır aylarında həmin gəlirin verilməsi də dayandırılmışdır. Miras əmlakla bağlı anası ilə Davud arasında dəfələrlə mübahisə olmuşdur. Onları təhqir və təhdid etmişdir. Onlara qarşı həmişə “yaxşı eləmişəm” ifadəsini işlətmişdir.
13. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid5 ifadəsində bildirdi ki, bazarda Ceyhunla işləmişdir. Şahid4 dayısının obyekti ona verdiyini bildirmişdir. Bərbad gündə idi. 1 il ərzində orada işlədilər. Daha sonra Ceyhun dayısı ilə anası arasında mübahisə yarandığını bildirmişdir. Mübahisə olduğu üçün Ceyhunu oradan uzaqlaşdırdılar. Ceyhun anasının aldadılaraq miras əmlakdan imtina barədə ərizəyə qol çəkildiyini bildirmişdir.
14. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid6 ifadəsində bildirdi ki, iddiaçının atasının maşın bazarında obyekt var idi. İddiaçı onlara gedib-gəlirdi. Bir gün ona həmin obyektə nəzarət edilməsini tapşırmışdır. O isə obyektin dağılmaması üçün sadəcə nəzarət edirdi. Həmin obyektdə iddiaçının qardaşlarını görməmişdir. Keçən ilin yay aylarına qədər orada olmuşdur. Obyektə gələn zaman görmüşdür ki, oranın qapısı bağlıdır. İddiaçıya qeyd olunan hal barədə məlumat vermişdir. O isə qardaşları tərəfindən aldadıldığını və açarın onda olmadığını bildirmişdir. Tədqiq olunan sübutlar:
15. Vİ-ЖГ 28*221 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə anadan olmuşdur. Atası Tarverdiyev Sabir Rəhim oğludur.
16. Vİİ-ЖГ 3344*9 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X27 və Tarverdiyeva Səbinə Sabir qızı arasında bağlanmış nikah 19 aprel 1997-ci il tarixində nikahın bağlanması haqqında akt qeydləri kitabında 574 nömrəsi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir.
17. AZ-İ 752889 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Tarverdiyev Sabir Rəhim oğlu *4.*9.2*15-ci ildə ölmüş, onun ölümü Sumqayıt şəhər qeydiyyat şöbəsində 1*.*9.2*15-ci il tarixdə 798 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.
18. 11.11.2*17-ci il tarixli, 2V-72 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, *4.*9.2*15-ci il tarixdə ölmüş Tarverdiyev Sabir Rəhim oğlunun vərəsəsi oğlu Cavabdeh2dur, o, miras əmlakdan tam hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 22.*8.2*17-ci il tarixdə Tarverdiyev Sabir Rəhim oğluna verilmiş 3*9*13*24293 reyestr nömrəli, 1417**9972 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Sarı-Qaya Bağlar ərazisi, B-2*46 ünvanda yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsindən ibarətdir.
19. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış 7E-4747* reyestr nömrəli ərizədən görünür ki, *4.*9.2*15-ci ildə vəfat etmiş atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlakdan ona çatası payı ölümündən sonra 6 ay müddətində qəbul etməmişdir, etmir, mirasdan ona çatası paydan imtina edir və gələcəkdə həmin pay tələbinə dair heç bir tələb və iddiası olmayacaq. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti yoxdur. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
20. X19 tərəfindən notariat ofisinə ünvanlanmış 7E-475*5 reyestr nömrəli ərizədən görünür ki, *4.*9.2*15-ci ildə vəfat etmiş atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlakdan ona çatası payı ölümündən sonra 6 ay müddətində qəbul etməmişdir, etmir, mirasdan ona çatası paydan imtina edir və gələcəkdə həmin pay tələbinə dair heç bir tələb və iddiası olmayacaq. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti yoxdur. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
21. X31 tərəfindən notariat ofisinə ünvanlanmış 7E-47469 reyestr nömrəli ərizədən görünür ki, *4.*9.2*15-ci ildə vəfat etmiş atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlakdan ona çatası payı ölümündən sonra 6 ay müddətində qəbul etməmişdir, etmir, mirasdan ona çatası paydan imtina edir və gələcəkdə həmin pay tələbinə dair heç bir tələb və iddiası olmayacaq. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti yoxdur. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
22. X17 tərəfindən notariat ofisinə ünvanlanmış 7E-47468 reyestr nömrəli ərizədən görünür ki, *4.*9.2*15-ci ildə vəfat etmiş atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlakdan ona çatası payı ölümündən sonra 6 ay müddətində qəbul etməmişdir, etmir, mirasdan ona çatası paydan imtina edir və gələcəkdə həmin pay tələbinə dair heç bir tələb və iddiası olmayacaq. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti yoxdur. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
23. X22 tərəfindən notariat ofisinə ünvanlanmış 7E-47441 reyestr nömrəli ərizədən görünür ki, *4.*9.2*15-ci ildə vəfat etmiş atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlakdan ona çatası payı ölümündən sonra 6 ay müddətində qəbul etməmişdir, etmir, mirasdan ona çatası paydan imtina edir və gələcəkdə həmin pay tələbinə dair heç bir tələb və iddiası olmayacaq. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti yoxdur. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
24. X23 tərəfindən notariat ofisinə ünvanlanmış 7E-47441 reyestr nömrəli ərizədən görünür ki, *4.*9.2*15-ci ildə vəfat etmiş atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlakdan ona çatası payı ölümündən sonra 6 ay müddətində qəbul etməmişdir, etmir, mirasdan ona çatası paydan imtina edir və gələcəkdə həmin pay tələbinə dair heç bir tələb və iddiası olmayacaq. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək niyyəti yoxdur. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
25. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamından görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində, 3-cü Polis Bölməsinin qarşısında inşa etdiyi iaşə obyektinin yerləşdiyi 29* kv.m torpaq sahəsi "xxxx" firmasının adına sənədləşdirilməsi, "xxxx" firmasına tapşırılması, sahəni qoruması, onun sanitar vəziyyətinə nəzarət etməsi, Memarlıq və şəhərsalma idarəsinin tapşırıqlarına tam həcmdə əməl edilməsi, sərəncamın icrasına nəzarətin Memarlıq və şəhərsalma idarəsinə tapşırılması qərara alınmışdır.
26. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22 avqust 2*17-ci il tarixli, 1417**9972 qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar zonası, B-2*46 ünvanında yerləşən *,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 22.*8.2*17-ci il tarixdə Tarverdiyev Sabir Rəhim oğlunun adına qeydiyyata alınmışdır.
27. Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş 2*.*6.2*17-ci il tarixli, 55 nömrəli arayışın surətindən görünür ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün" 2* mart 1999-cu il 7453 saylı müqaviləsinə əsasən “Sarı-qaya” bağlar massivində yerləşən B-2*46 saylı bağ torpaq sahəsi mərhum atası Tarverdiyev Sabir Rəhim oğlunun icarəsinə verilmişdir və Cavabdeh2 atasının vəfatından sonra (*4.*9.2*15-ci il) həmin bağ torpaq sahəsinə görə torpaq vergisini ödəmişdir. Hal-hazırda Sumqayıt Bələdiyyəsinə torpaq vergisinə görə borcu yoxdur.
28. Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X33 tərəfindən qəbul edilmiş 24.*2.2*25-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı "xxxx" MMC-nin təsisçilərindən biri Cavabdeh2 Sumqayıt şəhər 4 saylı notarial kontorunun xüsusi notariusu C.Rüstəmovla əlbir olaraq əmlak hüququnun ələ keçirilməsi barədə müraciəti üzrə toplanmış 45C-25 nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilməsi, vətəndaş İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 296-cı maddəsinin tərkibi olmadığından barəsində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
29. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş *5 iyul 2*17-ci il tarixli, 1417**77*7 qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2*48B ünvanında yerləşən *,2* ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində *5.*7.2*17-ci il tarixdə Namazov Fərman Nəriman oğlunun adına qeydiyyata alınmışdır.
30. Namazov Fərman Nəriman oğlu ilə X17 arasında bağlanmış *7.1*.2*17-ci il tarixli, AN-İ *648942 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Namazov Fərman Nəriman oğlu ona məxsus Sumqayıt şəhəri, Corat bağlar əraizisi, 2*48B ünvanında yerləşən ümumi sahəsi *,2 ha olan torpaq sahəsinin *,*594 ha hissəsini 49** manat müqabilində X2.
31. Namazov Fərman Nəriman oğlu ilə X31 arasında bağlanmış *7.1*.2*17-ci il tarixli, AN-İ *648944 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Namazov Fərman Nəriman oğlu Sumqayıt şəhəri 4 saylı NK-da *7.1*.2*17-ci il tarixli alqısatqı müqaviləsinə əsasən *,14*6 ha torpaq sahəsindən İddiaçı mülkiyyətinə verilmiş *,*594 ha torpaq sahəsindən sonra qalan *,*812 ha torpaq sahəsindən *,*594 ha hissəsini 49** manat müqabilində X6.
32. Namazov Fərman Nəriman oğlu ilə İddiaçı arasında bağlanmış *7.1*.2*17-ci il tarixli, AN-İ *648943 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Namazov Fərman Nəriman oğlu Sumqayıt şəhəri 4 saylı NK-da *7.1*.2*17-ci il tarixli alqısatqı müqaviləsinə əsasən *,2 ha torpaq sahəsindən X9 mülkiyyətinə verilmiş *,*594 ha torpaq sahəsindən sonra qalan *,14*6 ha torpaq sahəsindən *,*812 ha hissəsini 49** manat müqabilində İddiaçı satmışdır.
33. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22 avqust 2*17-ci il tarixli, 1417**9972 qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar zonası, B-2*46 ünvanında yerləşən *,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 22.*8.2*17-ci il tarixdə Tarverdiyev Sabir Rəhim oğlunun adına qeydiyyata alınmışdır.
Məhkəmə baxışının hədləri:
34. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
35. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 34. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Maddə 1243.2. (əvvəlki redkasiya) Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
36. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
37. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh2 ögey bacısıdır. Onların ataları Tarverdiyev Sabir Rəhim oğlu *4 sentyabr 2*15-ci il tarixdə vəfat etmişdir. Onun övladları X19, X31, X17 və İddiaçı *2 oktyabr 2*17-ci ildə 4 saylı notariat kontoruna ərizə ilə müraciət edərək *4 sentyabr 2*15-ci ildə vəfat etmiş ataları Tarverdiyev Sabir Rəhim oğlundan qalmış mirasdan onlara çatası paydan imtina etmələri barədə ərizə vermişlər. 11 noyabr 2*17-ci il tarixdə Cavabdeh2 Sumqayıt şəhəri, Sarı-Qaya bağları ərazisi, B-2*46 ünvanında yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh2 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 22 avqust 2*17-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
38. İş materialları ilə eyni zamanda müəyyən olunur ki, *7 oktyabr 2*17-ci ildə Namazov Fərman Nəriman oğlu tərəfindən Sumqayıt şəhəri, Corat Bağları ərazisində 2*48B ünvanında yerləşən torpaq sahəsinin *,*594 ha hissəsi X1. Hazırda iddiaçı atasından qalmış miras əmlakdan imtina ilə bağlı ərizəni sözügedən torpaq sahəsinin alqısatqı müqaviləsi bağlanarkən aldadılaraq imzaladığını bildirir. Bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini məhkəmədən xahiş edir.
39. Məhkəmə ilk növbədə iddiaçının mirasdan imtina ilə bağlı ərizəni aldatılma nəticəsində bağlanmasına dair dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
40. Hazırki halda iddiaçı başqa sənəd adı altında mirasdan imtina ilə bağlı ərizəni imzaladığını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş səs yazılarında belə mirasdan imtina ilə bağlı ərizəni iradəsi ziddinə başqa sənəd adı altında imzaladığını təsdiq edən hər hansı bir hal mövcud deyildir. Əksinə ərizənin məzmunu da tam aydın və qısa olmaqla yanaşı, iddiaçı həmin ərizədəki imzanın ona məxsus olduğunu bildirmişdir. Belə bir qısa məzmunlu ərizənin imzalanarkən orada qeyd edilənlərə nəzər yetirilməməsini məhkəmə ağlabatan hesab etmir.
41. Məhkəmə qeyd edir ki, əqdin aldatma ilə bağlanması səbəbindən etibarsız sayılması üçün sadalanan şərtlərin mövcudluğu məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onların sübuta yetirilməməsi isə MM-in 339.3-cü maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Yəni, iddiaçı tərəf əqd bağlanılarkən aldadıldığını (yuxarıda sadalanan halların mövcudluğunu) sübut etmək yükünü daşıyır. Hazırkı mülki işdə isə iddiaçı tərəf birtərəfli iradə ifadəsinin (mirasdan imtina barədə ərizənin) aldatma yolu ilə bağlanmasına istinad etsə də, bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişdir.
42. Bundan əlavə iddiaçı qardaşı Cavabdeh2 təşəbbüsü ilə nəyin müqabilində, hansı səbəbdən başqa şəxsə məxsus torpaq sahəsinin ona satıldığının (verildiyinin) da ağlabatan izahını verə bilməmişdir.
43. Əksinə məhkəməyə təqdim edilmiş sübutlar əsasında (səs yazıları, Cinayət işinin başlanmasına xitam verilməsi haqqında qərarda tərəflərin izahatları, başqa şəxsə məxsus torpaq sahəsinin iddiaçıya satılması) müəyyən olunur ki, iddiaçı və qardaşı Cavabdeh2 arasında sövdələşmə olmuş, iddiaçı ona müəyyən əmlakların verilməsi şərtilə miras əmlakdan imtina etmişdir. Sonradan qardaşı ilə aralarında yaranmış ixtilaf (qardaşının sövdələşmələrinə riayət etməməsi) nəticəsində hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən hallar isə iddiaçının mirasdan imtina ilə bağlı ərizəsinin məhz onun aldadılması nəticəsində, başqa sözlə desək başqa sənədə imza etməsi adı ilə imzalaması nəticəsinə gəlməyə əsas vermir.
44. Şahid ifadələrinə gəlincə isə məhkəmə qeyd edir ki, şahidlər iddiaçının mirasdan imtina ərizəsini təqdim etdiyi zaman onunla birlikdə notariat ofisində olmadıqlarından və hadisənin bilavasitə şahidləri olmadığından onların izahatları mötəbər sübut kimi qəbul edilə bilməz.
45. Lakin göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
46. Hazırki halda iş materiallarından göründüyü kimi miras qoyan *4 sentyabr 2*15ci ildə vəfat etmiş, İddiaçı miras qəbulundan imtina ərizə isə *2.1*.2*17-ci il tarixdə, yəni mirasın açıldığı gündən 2 il sonra verilmişdir. Yəni 3 aylıq müddət bitdikdən sonra verilmiş mirasdan imtinanın hər hansı hüquqi qüvvəsi olmamışdır.
47. Məhkəmə qeyd edir ki, iddiaçı miras qoyanın qızı olmaqla birinci növbə vərəsələr sırasına daxil olsa da miras qoyanın vəfat etdiyi dövrdə, yəni *4 sentyabr 2*15-ci ildə qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir.
48. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.
49. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olurdu ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
50. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2*14-cü il tarixli qərarı).
51. İddiaçı qeyd edilən miras əmlakı nəinki notariat orqanına ərizə verməklə qəbul etməmiş, əksinə o, birinci növbə vərəsələrdən biri olaraq atasından miras qalan əmlakın miras kimi qəbul etmək niyyətinin olmamasını bəyan etmişdir. Miras qoyanın öldüyü dövrdə qüvvədə olan qanunvericilik normalarının təəblərinə uyğun olaraq mirasın qəbulu müddətinin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən hər hansı bir sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında iddiaçının miras qoyana məxsus əmlakları faktiki qəbul etdiyi də müəyyən edilməmişdir. Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə miras əmlakın Sumqayıt şəhəri, Sarı-Qaya bağları ərazisi, B-2*46 ünvanında yerləşən *.12 ha torpaq sahəsindən ibarət olduğu qeyd edilmişdir.
52. Bundan başqa məhkəmə qeyd edir ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verildiyi zaman qüvvədə olan mülki qanunvericiliyə əsasən Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də, maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
53. Hazırkı işdən görünür ki, iddiaçı miras əmlakdan *2 oktyabr 2*17-ci il tarixli ərizə ilə imtina etmişdir və nəticədə iddiaçı ən pis halda vərəsəliklə bağlı mübahisənin mövcud olmasına dair müvafiq əsas olduğunu qeyd edilən tarixlərdə bilmiş, lakin bildiyi gündən iki ay keçdikdən sonra 22 iyul 2*25-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Nəticədə iddiaçının iddia tələbi mahiyyəti üzrə əsassız olmaqla yanaşı, qanunla müəyyən olunan müddətin də ötürülməsi ilə irəli sürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır.
54. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi X5na və Cavabdeh2 qarşı Cavabdeh1 xüsusi X5 tərəfindən Cavabdeh2 verilmiş 11.11.2*17-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlaklar üzərində payların tanınmasına dair iddiası təmin edilməməlidir. Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdehlər Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi X5na və Cavabdeh2 qarşı Cavabdeh1 xüsusi X5 tərəfindən Cavabdeh2 verilmiş 11.11.2*17-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və atası Tarverdiyev Sabir Rəhim oğlundan miras qalmış əmlaklar üzərində payların tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva