Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-530/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ərizəçinin nümayəndəsi Nümayəndə oglunun və maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxsr Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyət olmayan şəxs hesab edilməsi tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 14 fevral 2006-cı il təvəllüdlü Cəfərov Murad Rauf oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxxxx 1984-cü il tarixdə anadan olmuşdur. Hazırda Sumqayıt şəhəri, Təzə Kotec, məhəllə 15, 150 ünvanında yaşayır. 20 noyabr 2004-cü il tarixdə Nümayəndə ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 14 fevral 2006-cı il təvəllüdlü Cəfərov Murad Rauf oğlu anadan olmuşdur. Qeyd edir ki, oğlu - Cəfərov Murad Rauf oğlu sağlamlıq imkanları məhdud uşaqdır. F84.0 uşaq autizmi, kanner sindromu, orta dərəcli əqli gerililik, (təxmini İQ 35-49-dur) və davranış pozuntuları ilə, ağırlaşma F71.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, sadə qulluq vərdişlərini sərbəst icra edə bilmədiyi üçün daim digər şəxsin qulluq və nəzarətinə ehtiyacı var, F80 nitq artikulyasiyasının spesifik pozğunluğu, dil və nitq inkişafının spesifik pozuntusu diaqnozu qoyulmuşdur. Qeyd olunduğu kimi daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Çünki onun xəstəliyinin irəliləməsi və müstəqil şəkildə öz hərəkətlərini idarə edə bilməməsi bir sıra hüquqlarının realizə edilməsində mane olur. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmədə ərizəni müdafiə edib, ərizəyə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi A.V.Eyvazova ekspert rəyini nəzərə alaraq M.Cəfərovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə məhkəmənin mülahizəsinə verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan AZ-İ №131971 saylı, xx.xx.2004-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Nümayəndə ilə Ərizəçi xx.xx.2004-cü il tarixdə nikaha girmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixli Cəfərov Murad Rauf oğlu anadan olmuşdur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair mılumatın surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Cəfərov Murad Rauf oğluna F84.0 uşaq autizmi, kanner sindromu, orta dərəcli əqli gerililik, (təxmini İQ 35-49dur) və davranış pozuntuları ilə, ağırlaşma F71.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, sadə qulluq vərdişlərini sərbəst icra edə bilmədiyi üçün daim digər şəxsin qulluq və nəzarətinə ehtiyacı var, F80 nitq artikulyasiyasının spesifik pozğunluğu, dil və nitq inkişafının spesifik pozuntusu diaqnozu qoyulmuşdur. İşə əlavə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 29 dekabr 2023-cü il tarixli, 3627 saylı rəyindən müəyyən edilir ki, Cəfərov Murad Rauf oğlunda “uşaq autizmi (Kanner sindromu), orta əqli gerilik davranış pozuntuları” aşkar olunur. Cəfərov Murad Rauf oğlu psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil, öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 29 dekabr 2023-cü il tarixli, 3627 saylı rəyini nəzərə alaraq, məhkəmə 14 fevral 2006-cı il təvəllüdlü Cəfərov Murad Rauf oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 14 fevral 2006-cı il təvəllüdlü Cəfərov Murad Rauf oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-530/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-530/2024
19.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver