Məhkəmə qərarları › İş №2(060)-5304/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5304/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5304/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 172 inventar nömrəli texniki pasportda qeyd edilən “Mirzəyev Mirzə Baba oğlu”nun, əslində 619 №-li və xx.xx.2002ci il tarixdə Sumqayıt şəhəri VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə qeyd edilən “Mirzə Baba oğlu” ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, 172 inventar nömrəli texniki pasportda qeyd edilən “Mirzəyev Mirzə Baba oğlu”, əslində 619 №-li və xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhəri VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə qeyd edilən Mirzə Baba oğluna məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X3 xx.xx.2002-ci ildə vəfat etmişdir. Ərizəçi, Ərizəçi Sumqayıt şəhər 1 saylı Notariat ofisinə vərəsəlik işi açılması üçün müraciət etmişdir. Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2024-ci il tarixli 1299 №-li məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum Mirzə baba oğluna məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 169 nömrəli fərdi yaşayış evinə və 478.5 kv.m torpaq sahəsinə dair çıxarışın (arayışın) verilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərmişdir. Bununla bağlı bildirildi ki, ölüm haqqında şəhadətnamədə soyad göstərilməmiş “Mirzə Baba oğlu” kimi, 172 inventar nömrəli texniki pasporta isə “Mirzəyev Mirzə Baba oğlu” kimi qeyd edilmişdir. Bu səbəbdən də, 172 inventar nömrəli texniki pasportda adı “Mirzəyev Mirzə Baba oğlu” əslində adı “Mirzə Baba oğlu” olması faktının məhkəmə tərəfindən tanınması zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-2573/2024 saylı məktubundan görünür ki, təqdim olunmuş sənədlərin araşdırılması zamanı hüquq sahibinin soyadında uyğunzuluq olduğu aşkar olunmuşdur. Ölüm haqqında şəhadətnamədə soyad göstərilməmiş “Mirzə Baba oğlu” kimi, 172 inventar nömrəli texniki pasportda isə “Mirzəyev Mirzə Baba oğlu” kimi qeyd edilmiş və uyğunsuzluğun məhkəmə qaydasında həll olunmalı olduğu izah edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixində dünyaya gəlmişdir. X3, anası X2r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xəstəliyindən ölmüş bu barədə aktlar qeydi kitabında xx.xx.2002-ci il tarixdə 619 nömrəsi ilə qeyd edilmişdir. - 172 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 169 nömrəli fərdi yaşayış evi Mirzəyev Mirzə Baba oğluna məxsusdur. Beləliklə ərizəçinin X3 xx.xx.2002-ci ildə vəfat etmişdir. Ərizəçi, Ərizəçi Sumqayıt şəhər 1 saylı Notariat ofisinə vərəsəlik işi açılması üçün müraciət etmişdir. Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2024-ci il tarixli 1299 №-li məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum Mirzə baba oğluna məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 169 nömrəli fərdi yaşayış evinə və 478.5 kv.m torpaq sahəsinə dair çıxarışın (arayışın) verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-2573/2024 saylı məktubundan görünür ki, təqdim olunmuş sənədlərin araşdırılması zamanı hüquq sahibinin soyadında uyğunzuluq olduğu aşkar olunmuşdur. Ölüm haqqında şəhadətnamədə soyad göstərilməmiş “Mirzə Baba oğlu” kimi, 172 inventar nömrəli texniki pasportda isə “Mirzəyev Mirzə Baba oğlu” kimi qeyd edilmiş və uyğunsuzluğun məhkəmə qaydasında həll olunmalı olduğu izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, hüquq müəyyənedici sənəd olan Mirzəyev Mirzə Baba oğlunun adına qeyd edilmiş 172 saylı inventar nömrəli texniki pasportun, Sumqayıt şəhəri VVADQ şöbəsi tərəfindən verilmiş 619 №-li, xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamədə qeyd edilən Mirzə Baba oğluna məxsus olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Mirzəyev Mirzə Baba oğlunun adına qeyd edilmiş 172 saylı inventar nömrəli texniki pasportun, Sumqayıt şəhəri VVADQ şöbəsi tərəfindən verilmiş 619 №-li, xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamədə qeyd edilən Mirzə Baba oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar