Məhkəmə qərarları › İş №2(060)-5307/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5307/2022

01.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5307/2022 01.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X5 Səhmdar Cəmiyyətinə qarşı üçüncü şəxs qismində Sumqayıt şəhəri İcra İdarəsin cədb etməklə “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X5 Səhmdar Cəmiyyətinə qarşı üçüncü şəxs qismində Sumqayıt şəhəri İcra İdarəsin cədb etməklə “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Unibank KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 38Si/12SU saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsisinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarının məzmunundan görünür ki, Sumqayıt şəhər məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2(060)-198/2017 sayh qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X2, İddiaçı və X1 qarşı “kreditin, kredit faizlərin cərimənin ödənilməsi və ipoteka predmetinə tutumanın yönəldilməsi” barədə iddiası qismən təmin edilmiş, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 17 fevral 2014-cü il tarixli əlavə kredit müqaviləsinin ləğv edilməsi, müqavilədən irəli gələn ödənilməmiş 24.307,19 ABŞ dolları əsas borc, 5.991,77 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 30.348,96 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun cavabdehlər Cavabdeh1 və Vüsal Həsənovdan iddiaçı təşkilatın xeyrinə müştərək qaydada tutulması, tələbin ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhər, 18-ci mikrorayonda yerləşən 6 saylı evin 85 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhər, 18-ci mikrorayonda yerləşən 6 saylı evin 85 saylı mənzilinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi, ipoteka predmetinin satılması və satışdan əldə olunan məbləğin kredit müqaviləsi üzrə 30.348,96 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbayccan manatı ilə) məbləğində pulun iddiaçı təşkilatın xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait Cavabdeh1 Banka olan borcu ödənildikdən sonra qalan məbləğin ona qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət etdilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2018-ci il tarixli, 2(105)-535/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətlərinə əsasən iş üzrə Sumqayıt şəhər məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, ipoteka predmeti olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 6 saylı evin 85 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Vüsal Həsənov, İddiaçı və Fərəhnisə Həsənovanın çıxarılmaları, ipoteka predmeti olan mənzilinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2018-ci il tarixli, 2(105)-535/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi əvvəllər eyni tərəflər arasında məhkəmə mübahisəsi olmuş və hazırda mübahisələndirilən əqdə əsaslanan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu isə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2022-ci il qərardadında qeyd olunmuşdur ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X5 Səhmdar Cəmiyyətinə qarşı üçüncü şəxs qismində Sumqayıt şəhəri İcra İdarəsin cədb etməklə “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada təqdim olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar