Məhkəmə qərarları › İş №2(060)-5318/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5318/2025

07.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5318/2025 07.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onun uşaqlıqdan 1ci qrup əlil olan qardaşı, xx.xx.1984-cü il tarixdə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X2 və anası X3 ilə 06 avqust 1980-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların ərizəçidən başqa xx.xx.1984-cü il təvəllüdlü X14, xx.xx.1986-cü il təvəllüdlü X10 və xx.xx.1994-cü il təvəllüdlü X7 adlı övladları var. Onlar 1986-cı il tarixdən ünvan 1 ünvanında yaşayırlar. Ərizəçinin X2 06 avqust 2017-ci il tarixdə, anası X3 08 aprel 2025-ci il tarixdə vəfat etmişlər. Ərizəçinin ana və atası vəfat etdikdən sonra əlil bacılarına və qardaşına o və arvadı X12 baxırlar. Belə ki, xx.xx.1984-cü il təvəllüdlü X14 və xx.xx.1994-cü il təvəllüdlü X7 anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkirlər, birinci dərəcəli əlil olmaqla əmək qabiliyyətsizdirlər. Ərizəçinin bacısı və qardaşı xəstəlikləri ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinin nəticəsini dərk etmir, özlərini idarə edə bilmir. Başqasının köməyinə ehtiyacı vardır. Ona görə də məhkəməyə müraciət edərək qardaşının fəaliyyət qabiliyyətsiz elan edilməsini və özünün ona qəyyum təyin edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 236595 saylı əlillik haqqında vəsiqədən görünür ki, X14 1-ci qrup əlildir. - X-ЖГ № 396564 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X8 anası X3, X2dur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3933 saylı rəydən görünür ki, X11 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik ilə müəyyən edilir, X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X14 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X14 onda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs X14 xx.xx.1984-cü ildə doğulmuşdur və ərizəçinin qardaşıdır. Ərizəçinin qardaşı X1 iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3933 saylı rəydən göründüyü kimi, X11 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik ilə müəyyən edilir, X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X14 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X14 onda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cü maddəsinə əsasən -Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar