Məhkəmə qərarları › İş №2(060)-5321/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5321/2023

02.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5321/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan və xx.xx.2007-ci ildə vəfat etmiş X3 miras qalan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi onun tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun atası X9 xx.xx.2007-ci ildə dünyasını dəyişmişdir. Atasından miras kimi Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4952a ünvanında yerləşən və sahəsi 0,12 ha olan bağ evi miras qalmışdır. X1 xx.xx.1997-ci ildə vəfat etmişdir. Qeyd edilən bağ 14 dekabr 1992-ci il tarixdə mərhum atasında Sumqayıt şəhər XDS İK-nin Bağ təsərrüfatı İdarəsi ilə atası arasında bağlanmış icarə müqaviləsinə əsasən atasının icarəsinə verilmiş və həmin icarə müqaviləsinə onun ailə üzvü kimi onun da adı daxil edilmişdir. Atasının vəfatından sonra o, digər qanun üzrə birinci növbə vərəsələrin razılığı əsasında atasından miras qalan bu əmlakı qəbul etməklə bağa baxmış və xx.xx.2012-ci ildə bu torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-dən Torpağın plan və ölçüsünü almışdır. Torpaq sahəsi istifadəsində olduğu üçün onun adına texniki pasport da verilmiş, torpağın bütün vergi və rüsumları onun tərəfindən ödənilmişdir. O, bu sənədlər əsasında qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı AR İN ƏM DX DƏDKR 2 saylı Sumqayıt ərazi idarəsinə müraciət etmiş və ona bildirilmişdir ki, o, mərhumun vərəsəsi kimi müraciət etdikdən sonra bu məsələyə baxıla bilər. Bundan sonra o, Cavabdehnə müraciət etmiş və ona izah olunmuşdur ki, mirasın qəbulu ilə bağlı müddət tərəfindən ötürülmüşdür və bu müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməlidir. İddiaçının nümayəndəsi Vəkil məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdehnə müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X7 bildirdi ki, iddiaçı onun qardaşıdır. Ataları dünyasınə dəyişəndən sonra torpaq qardaşına qalmışdır. Hazırda atalarından qalmış torpaq sahəsinin qardaşının adına keçirtmək istəyirlər. Məhkəmədə şahid X5 bildirdi ki, iddiaçı onun qardaşıdır. Atalarına məxsus olan torpaq sahəsinin qardaşının adına keçməsini istəyir. Bu barədə heç bir iddia tələbi də yoxdur. Məhkəmə iddiaçının nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mirasın qəbul edildiyi müddəti buraxdığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İşdə olan AZ-İ № 247442 saylı, xx.xx.2007-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi üçün 4148 nömrəli, xx.xx.1992-ci il tarixli müqavilənin surətindən görünür ki, Novxanı bağ masivi, 4952a ünvanında yerləşən və sahəsi 0,12 ha olan bağ sahəsi X6 icarəsinə verilmişdir. İşə əlavə olan İİ-JQ № 274724 saylı, xx.xx.1979-cu il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 ilə X4 arasında olan nikah Sumqayıt şəhər Qeydiyyat şöbəsində 02 yanvar 1979-cu il tarixdə bağlanmışdır. İş materiallarında olan Vİ-JQ № 336010 saylı, xx.xx.1979-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində dogulmuş, ata qrafasında X9, ana qrafasında X10 qeyd edilmişdir. İşdə olan V-JQ № 274435 saylı, xx.xx.1997-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.1997-ci il tarixdə ölmüşdür. İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məçəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, X6 05 aprel 2007-ci ildə vəfat etməsi ilə ona icarə müqaviləsi əsasında məxsus olan Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağa dair miras açılmışdır. Lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, nəticədə bunun üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbini üzrlü sayır və buna görə də hesab edir ki, bu müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum xx.xx.2007-ci il tarixdə ölmüş X3 miras qalmış Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4952a saylı bağın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılması bərpa edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar