Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-533/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi (maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, (Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs kimi göstərməklə) 1991-ci il təvəllüdlü, X1 fəaliyyət qabiliyyətisiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 iddiaçının oğludur. O, 04.01.1991-ci ildə andan olmuşdur. “Baş beyin xəstəliyi nəticəsində əmələ gələn şəxsiyyət fkənliyi və davranış pozuntusu” diaqnozu ilə “Sumqayıt Tibbi Mərkəzi” X4 1 nömrəli xəstəxanın Poliklinika Şöbəsində 2019-cu ildən qeydiyyatdadır. Bunu 3 saylı poliklinikanın 24.11.2021-ci il tarixli arayışı təsdiq edir. X6 kənar şəxsin köməyinə daima ehtiyacı vardır. Ona ərizəçi baxır, qulluğunda durur. O, öz hərəkətlərinin mənasını dərk etmir, özünü müstəqil idarə edə bilmir. Sumqayıt Şəhər Məhkəməsinin 06.01.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. 01.04.2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, həbsdən çıxdıqdan sonra oğlunda psixi pozuntular müşahidə edir. O, öz hərəkətlərini idarə edə bilmir. Bu qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan ərizəçinin şəxsiyyət vəsiqəsində göstərilmişdir ki, ərizəçi 10.06.1969-cu ildə, Yardımlı rayonu, Osnaqaran kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 04.01.1991-ci ildə anadan olmuşdur. İş materialları ilə onun ərizəçinin oğlu olması müəyyən olunur. Sumqayıt şəhəri 3 nömrəli poliklinikanın 24.11.2021-ci il tarixli arayışı ilə müəyyən olunur ki, X2 baş-beyin xəstəliyi nəticəsində əmələ gələn şəxsiyyət dəyişkənliyi və davranış pozuntusu diaqnozu ilə 3 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində dispanser və ambulator müşahidədədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Ambulator Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən verilmiş 29.03.2022-ci il tarixli, 952 saylı məhkəmə psixiatrik ekspertiza rəyində ekspert belə nəticəyə gəlmişdir ki, 04.01.1991-ci il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şürlu idarə etmək iqtidarındadır. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Göründüyü kimi şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmasına əsas onun ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır (317.2.). Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir (318.2.). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Ambulator Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən verilmiş rəydən də göründüyü kimi 04.01.1991-ci il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şürlu idarə etmək iqtidarındadır. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi 04.01.1991-ci il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-533/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-533/2022
28.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver