Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5334/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək abonent kodu **********000560 olan ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilə dair əsassız olaraq hesablanmış 1559 manat 70 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42 ünvanında yerləşən 56 saylı mənzil iddiaçının mülkiyyətindədir. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən həmin evə dair 1559 manat 70 qəpik məbləğində əsassız olaraq borcun hesablanması ilə bağlıdır. Borcdan qəti olaraq xəbəri olmamışdır, sayğac başqa şəxsin adına olduğundan öz adına rəsmiləşdirmək istəyən zaman borcun olduğunu bilmişdir. Cavabdeh borcu belə əsaslandırmışdır ki, hesablama mexanizminin plastmas qapağı və üzərinə vurulan zavod plastmas plombları normal olduğundan sayğacın daxilinə baxış keçirilmədi. Xətalar normadan artıqdır, sayğac minimal sərfıyyatda-100% nisbi xətayla işləyir və keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Sayğac evdən kənarda quraşdırılmışdır və həmin sayğaca nəzarət edilməsinə görə məsuliyyət məhz cavabdehin üzərinə düşür. Sayğac çöldə quraşdırıldığı halda və cavabdeh tərəfindən daim iddiaçının xəbəri olmadan sayğaca olduğu yerdə baxış keçirilmə imkanı olduğu halda necə ola bilər ki, sayğacın görünən hissəsinə müdaxilə edilsin? İddiaçının iştirakı təmin edilmədən sayğaca laboratoriyada baxış keçirilmiş və yuxarıda qeyd olunan nəticəyə gəlib çıxmışdırlar. Sayğac dəyişdirildikdən sonra bildiriş göndərilib ki, guya sayğaca müdaxilə edilib. Bunu nə ilə sübut edirlər? Nə ilə sübut edirlər ki, sayğaca məhz onlar tərəfindən müdaxilə edilmişdir? Yuxarıda qeyd etdiyi kimi sayğac çöldə quraşdırılmışdır və məsuliyyəti o halda iddiaçıya aid olardı ki, iddiaçının həyətində quraşdırılsaydı. Qanunvericiliyin tələblərinə uyğun olaraq, sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi halda isə müvafiq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, öz başına qanuna zidd olaraq sayğaca baxış keçirdikdən sonra özündən borc hesablamışdır. İddiaçı aylıq ödənişlər daim vaxtı-vaxtında ödənilmişdir. Hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən iddiaçıya məxsus mənzilə əsassız olaraq hesablanmış 2916 manat 61 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək 2(060)- 5334/2025 saylı mülki iş üzrə İddiaçı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddiası əsassız hesab edilərək, iddianın rədd edilməsi barəda qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmşdır ki, iddiaçı ərizədə göstərdiyi (1559.70 manat) xüsusatları sübuta yetirməmiş və heç bir sənəd məhkəməyə təqdim etməmişdir. lddia ərizəsində göstərilən guya abonent İddiaçı “Azərqaz” İB müdaxilə halına görə akt tərtib etməsi həqiqətə uyğun deyil. Bundan əlavə abonent saldosu vətəndaş X1 adınadır.(kod:**********00560). ünvan 2 ünvanında yaşayan İddiaçı məxsus sayğaca əməkdaşlar tərəfindən baxış keçirilmiş və sayğacın göstərici fərqi çox olduğundan yenisi ilə əvəzlənmişdir. Abonent uzun müddət ərzində ödəniş etmədiyindən istifadə etdiyi qaza görə 2025-ci ilin avqust ayına 2931,41 manat debitor borcu yaranmışdır. Belə ki, ’’Azərqaz” İstehsalat Birliyinin əməkdaşları sayğaca baxış keçirərkən sayğacda olan fərqə görə yeni qaz sayğacı ilə əvəzləyiblər. Göstərilən məbləğin sərfiyyatı abonentin qaz sayğacının üzərində olan göstəricidir. Abonent İddiaçı barəsində “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən hər hası pozuntu ilə bağlı heç bir akt tərtib olunmayıb. Bundan əlavə vətəndaş İddiaçı sənədlərindən göründüyü kimi 2012-ci ildən həmin mənzili almışdır. Orada yaşamaması barədə fikirləri həqiqətə uyğun deyil. Həmçinin iddiaçı istifadə etdiyi qazın pulunu ödəməmək üçün məhkəmədə iddia qaldırmaqla şikayət etmək hüququndan sui-istifadə etmişdir. İddiaçı məhkəməyə heç bir sənəd təqdim etmədən şifahi olaraq bildirir ki, göstərilən ünvanda yaşamır. Lakin digər kommunal xidmətlərdən, yəni “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi və "xxxx" ASC idarələrindən (arayış,saldo) hər hansı bir sənəd təqdim etməmişdir. Saldodan göründüyü kimi abonent 2021-ci ilin sonuna kimi aktiv qazdan istifadə edib və ödəniş edib. Lakin 2025-ci ilin yanvar ayına kimi evdə yaşayış olsada ödəniş edilməyib. İddiaçı 2025-ci ilin aprel ayında cəmi iki dəfə (cəmi 122 manat 06 qəpik) ödəniş edib. Ümumilikdə istifadə olunmuş qazın dəyəri 2921,41 manat məbləğindədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - “Azərbaycan Metrololgiya İnstitutu” publik hüquqi şəxsin tabeliyindəki "xxxx" MMCnin qaz sayğaclarının yoxlamadan keçirilməsi barədə aktdan görünür ki, sayğacın zavod seriya nömrəsi **********1 olan “Zenner” tipli sayğaca vizual baxış keçirilmiş, hesablama mexanizminin plastmas qapağı və üzərinə vurulan zavod plastmas plombları normal olduğundan sayğacın daxilinə baxış keçirilməmiş, xətalar normadan artıq olduğu və sayğacın istismara yararsız olduğu aşkarlanmışdır. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Zenner” tipli, G4 markalı, zavod seriya nömrəsi **********1 olan sayğacın göstərici fərqi çox olduğundan yenisi ilə əvəzlənmişdir. - Abonent saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə **********00560 saylı abonentə 2916,61 manat borc hesablanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, sayğaca heç bir kənar müdaxilə olunmamışdır. ünvan 2 ünvanına qaz sərfiyyatına görə hesablanmış 2916,61 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Məhkəmə qeyd edir ki, silinməli borc 2916,61 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 49,16 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, ünvan 2 ünvanına əsassız olaraq hesablanmış 2916,61 manat qaz borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan ünvan 2 ünvanına (abonent kodu **********000560) əsassız olaraq hesablanmış 2916,61 manat borc silinsin. İddianın verilməsinə görə ödənilməli olan 49,16 manat dövlət rüsumu Cavabdeh İBdən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-5334/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5334/2025
13.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver