Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5391/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı «mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı «mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü sayılması və uzadılması» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 21.08.2018-ci ildə vəfat etmiş anası X1 miras qalmış İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 12 ha torpaq sahəsini-miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, o, xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. X4 onun anasıdır və 21.08.2018-ci ildə vəfat etmişdir. İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə anasına məxsusdur. Anasının vəfatından sonra o, həmin torpaq sahəsinə dair miras əmlakın qəbulu ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Notariat ofisindən ona imtina məktubu verilmiş və mirasın qəbulu müddətini buraxdığı üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bir daha bildirir ki, o, sözü gedən miras əmlakını faktiki olaraq qəbul etmişdir. Belə ki, həmin torpaq sahəsində heç bir tikili olmasa da sahənin təmizlənməsi, qorunması üçün mütəmadi olaraq yay aylarında ailəsi ilə birlikdə oraya gedirlər. Lakin qanunun tələbini bilmədiyi üçün, həmçinin anası 2-ci dəfə ailə həyatı qurduğu, soyadların fərqli olduğundan onun qızı olduğunu sübut edən sənədlərin toplanması xeyli vaxt apardığı üçün vaxtında notariat kontoruna müraciət etməmişdir. Hesab edir ki, məhkəmənin nəzərinə çatdırdığı səbəblərdən dolayı mirasın qəbulu müddətini ötürməsi üzürlü sayılmalı və mirasın qəbulu müddəti uzadılmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının anası X4 23.07.2018-ci ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 21.04.2021-ci il tarixli, 1122 nömrəli məktubdan görünür ki, iddiaçının anası X2 vəfatından sonra qalmış miras əmlkaka dair qanuni vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün miras əmlakın qəbuluna dair ərizəsi 21.04.2021-ci il tarixində qeydə alınmış və ona Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin araşdırılan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən müəyyən edildi ki, İddiaçı mirasın qəbul edilməsi üçün müddəti üzrlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Məhkəmə, iş materiallarını araşdıraraq və işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı anası X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı anası X1 qalmış miras İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 12 ha torpaq sahəsinin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-5391/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5391/2021
05.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver