Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5392/2025 10.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Cavabdeh Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən 24 iyun 2*25-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı iddia irəli sürərək iddia tələbinin təmin olunması, cavabdehin 24.*6.2*25-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və 2*** manat mənəvi ziyana görə pulun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 21 iyun 2*25-ci il tarixli 54 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, həmin tarixdən işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, *1 aprel 2*25-ci il tarixdə 24 iyun 2*25-ci il tarixə qədər səhhəti ilə əlaqədar olaraq üzrlü səbəbdən işdə olmamış və buna dair xəstəlik tarixçələrini iş yerinə təqdim etmişdir. 2* iyun 2*25-ci il tarixdə isə Həmkarlar təşkilatının iclasına dəvət almışdır (qeyri rəsmi formada). 21 iyun 2*25-ci il tarixdə səhhəti ilə əlaqədar olaraq işdən qaldığı günlər üçün tələb olunan sənədləri poçt teleqram vasitəsilə məktəbə çatdırsa da, məktəb həmkarlar təşkilatının sədri işdən azad olunmağına dair əmri vatsap vasitəsi ilə ona göndərmişdir. Cavabdeh direktoru Nümayəndə3 tarixli nömrəli əmri ilə Cavabdeh fortopiano müəllimi vəzifəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndinə əsasən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2*24-2*25-ci tədris ilinin əvvəlində direktor əvəzi Gülnar Babayevanın hazırladığı attestasiyası və sertifikasiyası ilə bağlı məlumat vərəqəsini imzalamamışdır. Eyni zamanda ona rəsmi xəbərdarlıq edilməmiş və SİMA tətbiqində my culture.gov domenində reqstrasiya olunmamışdır.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
4. Cavabdeh Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin nümayəndəsi və vəkili Nümayəndə2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, mənəvi ziyana görə pul tələbi”nə dair mülki iş vardır. İddiaçı ərizəsində iddia tələbinin təmin olunması, cavabdehin 24.*6.2*25-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və 2*** manat mənəvi ziyana görə pulun alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, *1 aprel 2*25-ci il tarixdən 24 iyun 2*25-ci il tarixə qədər səhhəti ilə əlaqədar olaraq üzrlü səbəbdən işdə olmamış və buna dair xəstəlik tarixçələrini iş yerinə təqdim etmişdir. 2* iyun 2*25-ci il tarixdə isə Həmkarlar təşkilatının iclasına dəvət almışdır (qeyri rəsmi formada). 21 iyun 2*25-ci il tarixdə səhhəti ilə əlaqədar olaraq işdən qaldığı günlər üçün tələb olunan sənədləri poçt teleqram vasitəsilə məktəbə çatdırsa da məktəb həmkarlar təşkilatının sədri işdən azad olunmağına dair əmri whatsapp vasitəsi ilə ona göndərmişdir. Cavabdeh iddia tələbini qəbul etmir. Çünki iddia ərizəsində əks olunanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçıya iki ay öncədən imtahanın keçiriləcəyi barədə məlumat verilmiş, həmçinin imtahana hazırlıq üçün zəruri olan suallar və mövzular təqdim edilmişdir. Bu müddət ərzində iddiaçının imtahana normal qaydada hazırlaşması, peşə bacarıqlarını və biliklərini nümayiş etdirməsi üçün kifayət qədər imkan yaradılmışdır. Eləcə də attestasiya komissiyası tərəfindən keçirilmiş imtahan zamanı iddiaçıya verilən suallar xüsusi çətinlik kəsb etməyən, sadə və peşə fəaliyyəti ilə birbaşa bağlı olan mövzulardan ibarət olmuşdur. Buna baxmayaraq iddiaçı həmin sualları cavablandırmaqda acizlik göstərmiş, lazımi bilik və hazırlığını ortaya qoya bilməmişdir. Hansı ki, İddiaçı 17.*3.2*25-ci il tarixində keçirilmiş attestasiya imtahanından Attestasiya Vərəqəsindən də göründüyü kimi verilmiş sualları cavablandıra bilməmiş və verilmiş bəsit sualları cavablandıra bilməmiş və leyhinə 1, əleyhinə 4 səs toplamaqla attestasiya imtahanından kəsilmişdir. Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş günləri olmuşdur. Daha sonra iddiaçının müraciəti əsasında *86752* №-li Əmək qabiliyyətinin olmaması vərəqəsi ilə *1.*4.2*25-ci il tarixdən 14.*4.2*25ci il tarixədək rəsmi qaydada bülletenə çıxmışdır. Həmin vərəqədən də göründüyü kimi iddiaçı 15.*4.2*25-ci il tarixdən artıq işə başlamalı idi. Lakin daha sonra iddiaçı ikinci dəfə yenidən *847724 №-li Əmək qabiliyyətinin olmaması vərəqəsi ilə 15.*4.2*25-ci il tarixdən 28.*4.2*25-ci il tarixədək rəsmi qaydada bülletenə çıxmışdır. Həmin vərəqədən də göründüyü kimi iddiaçı 29.*4.2*25-ci il tarixdən artıq işə başlamalı idi. Lakin aprel ayının 29dan may ayının 22-dək iddiaçı işə gəlməmiş və heç bir məlumat verməmişdir. Bundan əlavə iddiaçı rəsmi formada üçüncü dəfə XV22*52*25617 №-li Sığortaolunanın Xəstəlik Vərəqəsindən də görünür ki, 22.*5.2*25-24.*5.2*25-ci il tarixədək, 25.*5.2*25-27.*5.2*25-ci il tarixədək, 28.*5.2*25-*2.*6.2*25-ci il tarixədək əmək funksiyasının icrasından azad edilmişdir. Qeyd edilən sənədə əsasən İddiaçı *3.*6.2*25-ci il tarixdən işə başlamalı idi. Bir müəllimənin üzrsüz səbəblərdən dərsdə iştirak etməməsi dərs cədvəlinin pozulmasına və tədris proqramının geriləməsinə səbəb olur. Bu da təhsil keyfiyyətini aşağı salır. Bu barədə İddiaçı işə gəlməmə ilə bağlı izahatın təqdim olunması haqqında *9 iyun 2*25-ci il tarixli, 6 №-li bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, “Siz , Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi olaraq, 2*25-ci ilin aprel ayının 29-dan may ayının 22-sinədək xəstəlik vərəqinizin olduğunu əsas gətirərək işə gəlməmiş, qeyd olunan taxirdən sonra həmin vərəqəni məktəbə təqdim etməmisiniz. Bundan əlavə 2*25-ci il iyun ayının 3, 4 və 5- i tarixlərində dərs cədvəlinə uyğun olaraq dərs prosesində iştirak etməmisiniz. Həmin günlər ərzində işə gəlməməyiniz barədə məktəb rəhbərliyinə əvvəlcədən hər hansı rəsmi məlumat təqdim olunmamış, işə gəlməməyiniz barədə əsaslandırılmış səbəb göstərilməmişdir. Əmək məcəlləsinin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd olunanları nəzərə alaraq Sizi 2*25ci il iyun ayının 13-ü tarixi saat 13:**-dək məsələ ilə əlaqədar məktəbə gələrək izahat verməyə dəvət edirik.” Məktubların çatdırılması ilə bağlı xəbərnamələr etiraz ərizəsinə əlavə edilmişdir. Buna baxmayaraq göndərilmiş bildirişin heç bir nəticəsi olmamışdır. İddiaçı attestasiya imtahanından kəsildiyi üçün saxta yollarla bülletenlər əldə etməyə çalışmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 14851287№-li, 14851564№-li, çıxarışlarda iddiaçının İşlədiyi (təhsil aldığı) müəssisənin adı Qara Qarayev ad 1 saylı uşaq musiqi məktəbi qeyd edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 14853537 №-li Çıxarışlarda iddiaçının İşlədiyi (təhsil aldığı) müəssisənin adı Əhməd Bakıxanov ad 1 nömrəli incəsənət qeyd edilmişdir. Hansı ki, iddiaçının işlədiyi müəssisənin adı çıxarışlarda qeyd edildiyi kimi deyildir. Eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1 №-li Uşaq İncəsənət Məktəbi Sumqayıt Şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1 №-li Uşaq İncəsənət Məktəbinin X2 sədri Etibar Sadıqova 14 iyun tarixli 9 №-li məktubu ilə Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı 2*25-ci ilin aprel ayının 29-dan may ayının 22-dək işə gəlməmiş xəstəlik vərəqəsinin olduğunu bildirmiş, amma qeyd olunan taxirdən sonra xəstəlik vərəqəsini məktəbə təqdim etməmişdir. Bundan əlavə o, iyun ayının 3, 4, 5, 9, 1*, 11 və 12si tarixlərində üzrsüz səbəbdən işdə olmamışdır. İddiaçı qeyd olunan günlər barədə işdə olmaması ilə əlaqdar aktlar tərtib olunmuşdur. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə məsələyə münasibət bildirməsini xahiş etmişdir. Sumqayıt Şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1№-li Uşaq İncəsənət Məktəbinin X2 sədri Etibar Sadıqov 14 iyun tarixli 8 №-li məktuba cavab olaraq bildirmişdir ki, məktubda qeyd olunan məsələ ilə bağlı məktəbdə çalışan həmkarlar ittifaqı komitəsinin üzvü olanlar arasında iclas keçirilmiş və iclasda əldə olunan qərara əsasən Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Ə.Bakıxanov adına 1№-li Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmir. Həmçinin iddia ərizəsində texniki səhvə yol verilmişdir. Belə ki, X1 İdarəsi Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbə, Əhməd Bakıxanov adına 1 №-li Uşaq İncəsənət Məktəbinin 21.*6.2*25-ci il tarixli 54 №-li əmrinə əsasən Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı 2*25-ci il iyun ayının 21-dən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsinin təmin edilməsi, əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Qeyd edilənlərə əsasən hesab edirik ki, iddia tələbi əsassızdır və qəbul edilməməlidir.
Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, dərs proseslərində olmadığı zaman onu digər müəllimlər əvəz etməmişdir. Dərs keçdiyi uşaqlarla hər zaman maraqlanmış, ixtisas üzrə hər hansı zəifləmə aşkarlamamışdır. Həmkərlar İttifaqının iclasının keçirilməsi barədə ona hər hansı bildiriş verilməmişdir. İclas barədə heç bir məlumatı olmamışdır. 2*25-ci ilin may ayından etibarən xəstəlik vərəqələri sistem üzərindən işəgötürənə göndərilməyə başlanmışdır. O isə məktəbə Forma 27 təqdim etmişdir. Məktəb tərəfindən müəllimin vəziyyəti barədə araşdırılma aparılmamışdır. Halbuki indi də vəziyyəti yaxşı deyildir. Yenidən əməliyyat olunma ehtimalı vardır.
6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia ərizəsində qeyd olunmuş vaxtlarda iddiaçı xəstə olmuş, bununla bağlı bülleten açılmış, cavabdeh tərəf isə məlumatlı olmuşdur. Hesab edir ki, cavabdeh tərəf iddiaçını qərəzli olaraq işdən azad etmiş və heç bir araşdırma aparmamışdır. Hazırki vəziyyətdə də iddiaçının müalicəsi davam edir.
7. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin nümayəndəsi və vəkili Nümayəndə2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ambulator kart bülleten hesab edilə bilməz. Sadəcə şəxsin həkim qəbulunda olduğunu göstərir.
Şahid ifadələri:
8. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində bildirdi ki, iddiaçı övladının fortepiano müəllimi olmuşdur. Dərslərini hər zaman vaxtlı-vaxtında keçmişdir. Bir valideyn olaraq müəllimdən heç bir narazılığı olmamışdır. Bəzən müəllimənin səhhətində yaranmış narahatlığı ilə əlaqədar dərs proseslərində olmamışdır ki, həmin zaman onu digər müəllimlər əvəz etmişdir.
9. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində bildirdi ki, iddiaçı qızının fortepiano müəllimi olmuşdur. Müəllimin xəstəliyi barədə məlumatlı olmuşdur. Həmin zaman müəlliməni digər müəllimlər əvəz etmişdir. Bir valideyn olaraq müəllimdən heç bir narazılığı olmamışdır. İddiaçının müəyyən müddət dərs proseslərində olmaması övladının ixtisas üzrə zəifləməsinə gətirib çıxarmamışdır. Qeyd etdiyi kimi onun dərs prosesləri boş olmamış, digər müəllimlər əvəz etmişdir.
Tədqiq olunan sübutlar:
10. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 22.*7.2*25-ci il tarixli arayışdan görünür ki, Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin nümayəndəsi ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 5* manat məbləğində mediasiya xərci və 1* manat kargüzarlıq xərci ödəmişdir.
11. Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin 54 saylı, 21 iyun 2*25-ci il tarixli əmrindən görünür ki, Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət məktəbinin fortepiano müəllimi İddiaçı 21 iyun 2*25-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.
12. Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbi tərəfindən İddiaçı ünvanlanmış *9 iyun 2*25-ci il tarixli, *6 nömrəli “İşəgəlməmə ilə bağlı izahatın təqdim olunması haqqında” bildirişdən görünür ki, İddiaçı 2*25-ci ilin iyun ayının 13-ü saat 13:**dək məsələ ilə əlaqədar məktəbə izahat verməyə dəvət edilmişdir.
13. Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbi tərəfindən Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin ilk X3 sədri Etibar Sadıqova ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur.
14. Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin ilk X3 sədri Etibar Sadıqov tərəfindən Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Nümayəndə3 ünvanlanmış 2* iyun 2*25-ci il tarixli məktubun surətindən görünür ki, 14.*6.2*25-ci il tarixli *9 nömrəli məktubda qeyd olunan məsələ ilə bağlı məktəbdə çalışan həmkarlar ittifaqı komitəsinin üzvü olanlar arasında iclas keçirilmiş və iclasda əldə olunan qərara əsasən Sumqayıt şəhər H.Zeynalabdin qəsəbə Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etməmişdir.
15. XV22*52*25617 saylı sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı 22 may 2*25-ci il tarixdən *3 iyun 2*25-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirərək əmək funksiyasının icrasından azad edilmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 7*, bənd “ç”. Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72, bənd “a”. İşçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 8*.1. Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlarıaraşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işidüzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərinrəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir.88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasındatədqiq olunmuş sübutlarla əsaslandırır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
18. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
19. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı *1 sentyabr 1998-ci ildən Əhməd Bakıxanov adına uşaq incəsənət musiqi məktəbinə işə qəbul edilmiş, 21 iyun 2*25-ci il tarixdə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir. Əmrdə işçinin işdən azad edilməsinin səbəbi kimi onun 29.*4.2*25, 3*.*4.2*25, *1.*5.2*25, *5.*5.2*25, *6.*5.2*25, *7.*5.2*25, *8.*5.2*25, 12.*5.2*25, 13.*5.2*25, 14.*5.2*25, 15.*5.2*25, 19.*5.2*25, 2*.*5.2*25, 21.*5.2*25, *3.*6.2*25, *4.*6.2*25, *5.*6.2*25, *9.*6.2*25, 1*.*6.2*25, 11.*6.2*25, 12.*6.2*25, 17.*6.2*25, 18.*6.2*25, 19.*6.2*25-ci il tarixlərdə dərs saatlarına uyğun olaraq üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi göstərilmişdir.
20. İddiaçı *1.*4.2*25-ci il tarixdən 14.*4.2*25-ci il tarixədək, 15 aprel 2*25-ci il tarixdən 28 aprel 2*25-ci il tarixədək, 22 may 2*25-ci il tarixindən *3 iyun 2*25-ci il tarixədək xəstəliklə əlaqədar olaraq əmək funksiyasının icrasından azad edilmişdir.
21. İddiaçı işə getmədiyi günlərdə də əmək funskiyasının icrasından azad edildiyini zənn etdiyini, texniki səhv oaraq həmin günlərdə əmək funsiyasından icrasından azad edilmədiyini, lakin həmin müddətlərdə də xəstə olduğunu bildirmişdir.
22. İşə getmədiyi müddət ərzində cavabdeh tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvana məktub göndərilərək üzrlü səbəb olmadan işə gəlməməsi ilə bağlı izahatın təqdim olunması tələb edilmiş və cavab vermədiyi təqdirdə zəruri tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
23. Məhkəmə hesab edir ki, işəgötürən işçi (iddiaçı) ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinin özündə ehtiva etdiyi əmək qanunvericiliyinin müəyyən etdiyi qaydalara riayət etmiş və işəgötürən tərəfindən 7*-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən həmin Məcəllənin 71, 8*, 84, 187 və 189-cu maddələrinin tələblərinə ciddi əməl edildiyindən, həmçinin iddiaçı barəsində görülən tədbirlər və qəbul edilmiş əmrin ləğv edilməsi üçün əsasların olmaması iddia tələbinin rədd edilməsinə əsasdır.
24. Belə ki, işçi heç bir üzrlü səbəb olmadan bütün iş günü ərzində işə getməmiş, bu hal, yəni işçinin qeyd edilən günlərdə işə getməməsi halı işin mübahisə edilməyən halı olmaqla, iddiaçı tərəfindən təkzib edilmir və eyni zamanda həmin günlər ərzində xəstə olduğunu, müalicə aldığını, səhhətinin işə gedə bilməyəcək dərəcədə pozulduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
25. Şahid ifadələrinə gəldikdə isə məhkəmə qeyd edir ki, şahidlərin hər ikisi şagirdlərinin valideynləri olmaqla onların ifadələri iddiaçının işə getmədyi müddətdə xəstə olmasının sübutu kimi qəbul edilə bilməz.
26. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X4 tərəfindən verilmiş arayışda X5 19 iyun 2*25-ci il tarixdə “X4-1” klinikasında həkim ginekoloq müayinəsində olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ginekoloji müayinədən keçməsi onun xəstə olması anlamına gəlmir. Yəni bu müayinə təkcə şəxsin konkret xəstəliyi ilə bağlı deyil, şəxsin sağlamlıq vəziyyətinin yoxlanılması ilə bağlı da keçirilə bilər. Bu baxımdan həmin müayinə iddiaçının işdə iştirak etməməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz.
27. İddiaçı tərəfindən eyni zamanda məhkəməyə Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışların surətləri təqdim edilmişdir. Həmin çıxarışlardan iddiaçının 29 aprel 2*25-ci il, 15 may 2*25-ci il, 19 may 2*25-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar həkimə müraciət etdiyi müəyyən edilir. Həmin sənədlərə münasibətdə məhkəmə qeyd edir ki, işçinin işə üzrlü səblərdən getməməsini təsdiq edən əsas sənəd “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında vərəqə” sayılır. Ambulator kitabçadan çıxarış şəxsin sadəcə həkim müayinəsində olduğunu və ya diaqnozu təsdiqləyir, həmin dövrdə əmək qabiliyyətinin itirildiyini təsdiq edən sənəd qismində çıxış etmir. Belə olan halda məhkəmə qeyd edir ki, qeyd edilən sənədlər işçinin uzun müddət, 24 iş günü ərzində işə getməməsinin üzrlü səbəbi kimi nəzərə alına bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, həmin çıxarışlarda göstərilmiş iddiaçının xəstəlik müddətləri belə onun işə getmədiyi müddətlərə bərabər və ya ondan artıq deyildir.
28. Beləliklə işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələbləri baxımından işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur.
29. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia “əmək müqaviləsinə xitam verilməsi və işə bərpa” hissəsində əsaslı olmadığından təmin edilməməlidir.
30. Məhkəmə iddiaçının məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, həmin tələb onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğvi və işə bərpa tələbinin nəticəsindən asılı olduğundan və qeyd edilən tələblər üzrə iddia təmin edilmədiyindən, iddia məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində də təmin edilməməlidir.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən 24 iyun 2*25-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair iddiası təmin edilməsin.
Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən 24 iyun 2*25-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva