Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5396/2025 26.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ağır yol qəzası nəticəsində sağlamlığını və özünü idarə etməsini tamamən itirmiş xx.xx.1963-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1988-ci ildə Ermənistanın Krasnoselo rayonunda X4 ilə ailə həyatı qurmuşdur. Birgə nigahdan X7, X5 və X6 adlı övladları dünyaya gəlmişlər. X4 xx.xx.2025-ci il tarixdə ağır yol qəzası nəticəsində sağlamlığı və özünü idarə etməsini tamamən itirmişdir. Baş tərəfin sol nahiyyəsindən ağır cərrahi əməliyyat keçirib, əməliyyatdan sonra isə bir çox ağır dərman və müalicələr alır. X4 uzun müddətdir ki, fiziki inkişafını itirmişdir. Hər zaman başqasının köməyinə ehtiyacı vardır. X4 öz hərəkətlərini idarə edə bilmədiyindən hər an vəziyyəti pisləşərək ağır hallara düşərək heç bir halda köməksiz qalması mümkün deyil və bununla əlaqədar öz hərəkətlərinin mənasını dərk etməyə qadir deyildir. Belə ki, X1 ağır yol qəzasından sonra tamamilə hərəkətsiz qalmışdır. Bununda nəticəsində heç bir hərəkətlərini idarə etməyi özü bacara bilmir. X4 normal əyləşə bilmir, köməksiz heç çarpayısında belə çevrilə bilmir, bədəni tamamilə işləmir. X2 heç bir halda köməksiz qalması mümkün deyil və öz hərəkətlərinini idarə etməyə qadir deyildir. Ona görə də həyat yoldaşı Ərizəçi daim köməyi olmadan bir an belə qalması mümkün deyil, X4 daimə nəzarət altındadır. Köməyi olmadan özünü idarə edə bilmir, onun heç bir halda köməksiz qalması mümkün deyil. X2 qidalanması, təmizliyi, bütün müalicələri yalnız onun köməkliyi ilə olur. 18 yaşı tamam olduğundan müəyyən əqdlərin bağlanmasında, pensiya və sosial müavinətlərin alınması ilə bağlı onun imzası gərəkdir. O özü isə bunu edə bilmir. Belə ki, səhhəti ilə əlaqədar olaraq ciddi davranış pozuntuları mövcuddur, onun sağlamlıq imkanları məhduddur. Onun fəaliyyət qabiliyyəti olmayan sayılmasının müəyyən etdirilməsinə zərurət vardır. Bu faktı məhkəmədən kənar qaydada həll etmək mümkün deyil. Ona görə də məhkəməyə müraciət edərək X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və Ərizəçi ona qəyyum təyin edilməyini istəyir. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmasının qarşısının alınması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
Tədqiq olunan sübutlar:
5. İİİ-CЛ saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 arasında bağlanmış nikah xx.xx.1988-ci il tarixində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir.
6. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsindən imtina edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli, 3523 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs X3 demensiya (travma mənşəli) ağıl zəifliyi müəyyən edilir. Yoxlanılan şəxs X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyil. Onu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 31.1-ci maddəsinə əsasən, fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər; 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir;
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
11. Belə ki, X4 xx.xx.1963-cü ildə doğulmuşdur. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsini məhkəmədən xahiş edir.
12. Məhkəmə tərəfindən xx.xx.1963-cü il təvəllüdlü X2 psixi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli, 3523 saylı saylı rəyində tədqiqatın nəticəsi olaraq göstərilmişdir ki, yoxlanılan şəxs X3 demensiya (travma mənşəli) ağıl zəifliyi müəyyən edilir. Yoxlanılan şəxs X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyil. Onu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
13. Məhkəmə hesab edir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
14. Beləliklə, məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.
15. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq ekspet rəyindən şəxsin tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olduğu müəyyən edildiyindən ərizə təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Nəticə:
16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva