Məhkəmə qərarları › İş №2(060)-540/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-540/2023

13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-540/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 13 fevral 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon XDS X5 şəhərində yaşayan vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 31 avqust 1994cü il tarixli iclasının 42 nömrəli qərarının xx xxxxxx 1961-ci il tarixdə Xudat şəhərində anadan olmuş Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1961-ci il tarixdə Xudat şəhərində anadan olmuşdur. Ailəlidir. Hazırda yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Xudat şəhərində yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 24 avqust 2022-ci il tarixdə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə baxılmış və imtina edilmişdir. İmtina edilməsi barədə məktubda ərizəsinə əlavə etdiyi Xaçmaz Rayon XDS Reyasət Heyətinin 31 avqust 1994-cü il tarixli 42 saylı qərarı ilə Xaçmaz rayon Dövlət Arxivinin 08 oktyabr 2020-ci il tarixli 647 saylı arxiv çıxarışında adının fərqli olduğu qeyd edilmişdir. Belə ki, adı səhvən “Elmaz” olaraq qeyd edilmişdir. Qeyd olunan səbəbdən imtina edilmiş və sənədin ona məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə etdiyi bildirdi və əlavə olaraq qeyd etdi ki, torpaq sahəsinə aid olan köhnə sənədlə onu sata bilmir. Torpaq sahəsinə dair çıxarış əldə etmək istəyir, DƏDRX isə adında yol verilmiş hərf səhvinə görə çıxarış verməkdən imtina edir. Qeyd edir ki, Qocayeva soyadını nikaha daxil olduqdan sonra qəbul etmişdir, qızlıq soyadı isə Bağırovadır. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ 095365 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.1961-ci ildə Xudat şəhərində doğulmuşdur. İşdə olan İİİİ JQ 382918 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 ilə X2 11 iyun 1984-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 37 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Qocayeva soyadı verilmişdir. İşdə olan Xaçmaz Rayon XDS Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli iclasının 42 nömrəli protokolundan çıxarışdan görünür ki, Rayon XDS Rəyasət Heyəti tərəfindən Xudat şəhər Ş.Qurbanov küçəsi, 1 nömrəli evdə yaşayan X1 fərdi mənzil tikintisi üçün 400 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 avqust 2022-ci il tarixli, **********25 nömrəli məktubundan görünür ki, “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0.04 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubliklikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüqumüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Bələ ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 42 saylı qərarı əsasında Sizə ayrılmış 0.04 ha torpaq sahəsinə dair torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 miqyasda yerquruluşu sxemi ərizənizə əlavə olunmamışdır. Eyni zamanda ərizənizə əlavə olunmuş torpaq sahəsinin yerləşdiyi ərazinin 1:10000 miqyasda yerquruluşu sxemi DTXK-nın Xaçmaz rayon şöbəsi və Xaçmaz rayon icra Hakimiyyətinin memarlıq şöbəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə bildirilir ki, ərizənizə əlavə olunmuş Xaçmaz rayon XDS Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 42 saylı qərarı ilə Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 647 saylı arxiv çıxarışı arasında adınızda uyğunsuzluq olduğu müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İşdə olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İƏD–də nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 465 nömrəli məktubundan görünür ki, Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilən 647 nömrəli arxiv çıxarışında səhvən X4 yazılmış, həmin sənəddə Elmaz sözünün Elnaz kimi oxunulması qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi mənzil tikintisi üçün 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Bu barədə Xaçmaz Rayon XDS Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli iclasının 42 nömrəli protokol qərarında onun adı səhvən “Elmaz” kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon XDS X5 şəhərində yaşayan vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 31 avqust 1994-cü il tarixli iclasının 42 nömrəli qərarının xx xxxxxx 1961-ci il tarixdə Xudat şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin izahatı və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Xaçmaz rayon XDS X5 şəhərində yaşayan vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 31 avqust 1994-cü il tarixli iclasının 42 nömrəli qərarının xx xxxxxx 1961ci il tarixdə Xudat şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Xaçmaz rayon XDS X5 şəhərində yaşayan vətəndaşlara fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 31 avqust 1994-cü il tarixli iclasının 42 nömrəli qərarının xx xxxxxx 1961-ci il tarixdə Xudat şəhərində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar