Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5400/2020 20.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 192912 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 391,05 manat sərfiyyatın və qanunsuz olaraq ondan tələb olunan 204,91 manat qaçqın borcunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanını daimi yaşayış yeridir. Həmin ünvanda bu günə qədər istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər vaxtlıvaxtında cavabdehin təqdim etdiyi bildiriş əsasında onun tərəfindən ödənilmişdir və bu ödənişlər barədə qəbzləri vardır. xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin bir qrup əməkdaşı göstərilən ünvana gələrək piləkan meydançasında quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirərək guya sayğacın üst örtüyü və hesab mexanizmində əzilmə izləri müşahidə olunduğu üçün X1 qaydalarının 8.32-ci bəndinin pozulması haqqında xx.xx.2020-ci il tarixli 192912 saylı akt tərtib edilərək guya həmin mənzil üzrə X1yə görə 391,05 manat borc hesablanmışdır. Baxmayaraq ki, elektrik hesabat sayğacı pilləkan meydançasında yerləşir və onun qorunmasında enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin ünvan xx.xx.2000-ci il tarixdə enerjitəchizatı müəssisəi tərəfindən qeydiyyata alınmış, **********00313 saylı abunə hesabı açılmışdır. Həmçinin xx.xx.2016-cı il tarixdə silinmiş 204,91 manat məbləğində qaçqın borcu ondan qanunsuz olaraq tələb olunduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Həmin ərazidə sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay sayğaca baxış keçirərək ona bildiriş təqdim edirlər və sayğac mənzilindən kənarda yerləşdiyindən sayğacın qorunması cavabdeh təşkilatın üzərinə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, hesablanmış, dondurulma əməliyyatı şamil olunmuş məcburi köçkün borcu ondan tələb olunmasa da, hazırda həmin borca görə mülkiyyətində olan mənzili başqa şəxsə sata bilmir. Cavabdeh ASC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, sayğacın üst örtüyü və hesab mexanizmində əzilmə izləri olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.32ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli, 192912 saylı akt tərtib edilərək 391,05 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Eləcə də, xx.xx.2016-cı ildə aparılmış “məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 204,91 manat borc dondurulmuşdur. Hazırda cavabdeh təşkilat tərəfindən həmin borc tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin abonentə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, abonentə məxsus sayğaca baxış yalnız “xxxx” ASC-nin əməkdaşları tərəfindən keçirilmiş, hal şahidləri, nə də abonent özü iştirak etməmişdir. Abonentə məxsus mənzilə aid sayğac evdən kənarda yerləşir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 192912 №-li aktdan görünür ki, İddiaçı (abonent qeydiyyatı Rafiq Əsədovun adına aparılmışdır) məxsus ünvan 1 ünvanında yerləşən mənzilə aid sayğac yoxlaması zamanı məlum olmuşdur ki, sayğacın üst örtüyü və hesab mexanizmində əzilmə izləri müşahidə olunur. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı məxsus mənzilə (abonent kodu **********00313) abunə hesabında EİQ-in pozulmasına görə 391,05 manat borcu vardır. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli sorğusuna X3 Təchizatı və Satışı İdarəsinin 50-01/420 saylı xx xxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubunda bildirilir ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın üst örtüyü və hesab mexanizmində əzilmə izləri olması halı aşkar edilmiş və 192912 saylı akt tərtib olnumuşdur. İtirilmiş enerjinin bərpası məqsədilə akta görə 3555 KVT/s (391,05 manat) sərfiyyat abonenetlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Akta əsasən çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılıb xx.xx.2020-ci il tarixli, 184392 nömrəli protokolda aşkar olunmuş qüsurlara rəy verilib. Sayğacın üst qapağının və gövdəsinin üst tərəf kənarlarında hesab mexanizminin çarxları üzərində əzilmə izləri var. Abonent hesabına xx.xx.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” əməliyyatı şamil edilərək 204,91 manat borc dondurulmuşdur. Hal-hazırda “xxxx” ASC tərəfindən həmin borcların ödənişi tələb olmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Abonentin xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixinədək enerjitəchizatçı təşkilatına 389,04 manat borcu vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxışşüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentindəölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilmişdir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşmasıüçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsindəöz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, 192912 №-li aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən “X1 Qaydaları”nın yuxarıda qeyd olunan tələbləri pozularaq akt tərtib olunarkən abonentin və iki nəfər hal şahidinin iştirakı təmin olunmamışdır. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus evə verilən elektrik enerjisini qeydə alan elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır ki, qeyd olunan “X1 Qaydaları”na görə də bu halda hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, “xxxx” ASC-nin xx xxxx 2020ci il tarixli 192912 saylı aktı əsasında İddiaçı Qüdrət qızına məxsus ünvana hesablanmış 391,05 manat borc ləğv olunaraq abunə hesabından (**********00313) silinməldir. Məhkəmə iddia tələbinin 204,91 manat borcun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb həmin hissədə də əsaslıdır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Qüdrət qızına məxsus mənzilə aid olan (abonent kodu **********00313) abunə hesabında qaçqın borcunun silinməsi olaraq (xx.xx.2016) 204,91 manat borc göstərilmişdir. Həmçinin, məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli sorğusu ilə həmin borcun məcburi köçkün borcunun dondurulması əməliyyatı zamanı donma əməliyyatı şamil edilərək dondurulduğu, hazırda iddiaçıdan tələb olunmadığı, lakin borcun olub-olmaması barədə arayış təqdim etmək lazım gəldikdə həmin borcun silinməsinin tələb olunduğu müəyyən edilmişdir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq hesablanılmış borc silinməlidir. İşin hallarından göründüyü kimi mübahisələndirilən borc məbləği qaçqın borcu olmaqla, həmin borcun yaranmasına səbəb olan abonentin limitdən artıq sərfiyyatı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia həmin hissədə də əsaslı olduğu üçün təmin edilməlidir Məhkəmə eləcə də hesab edir ki, aktın etibarsız hesab edilməsinə əsas yoxdur, çünki, həmin akt sayğacda qüsur olmasını özündə əks etdirir. Həmin qusurun müəyyən edilməsi isə bu qüsurun (müdaxilənin) abonentin tərəfindən müdaxilə ilə bağlı yaranması nəticəsinə gəlməyə və ona qeyd edilən məbləğdə borcun hesablanmasına əsas vermir. Qeyd edildiyi kimi qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “xxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli 192912 saylı aktı əsasında İddiaçı məxsus ünvana hesablanmış 391,05 manat borc və məcburi köçkün borcu olaraq göstərilmiş 204,91 manat borc ləğv olunaraq abunə hesabından (**********00313) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt ApellyasiyaMəhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5400/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5400/2020
20.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver