Məhkəmə qərarları › İş №2(060)-5407/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5407/2025

20.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5407/2025 20.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Sumqayıt şəhər 1 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, Xudiyeva (İskəndərova) Lena İsmixan qızı, X44 və X15 olmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər Cavabdeh2, Sumqayıt şəhər 1 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tələblərinə dair iş üzrə (açar sözlər: qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Sumqayıt şəhər 1 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, Xudiyeva (İskəndərova) Lena İsmixan qızı, X44 və X15 olmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər Cavabdeh2, Sumqayıt şəhər 1 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbləri

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, 15 saylı mənzilin 1/3 hissəsinə dair cavabdeh X2 verilən qanun üzrə vərəsəlik şəhadətnaməsi və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, X1nun vəfatından sonra Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62,30 m2 olan 3 otaqdan ibarət 15 saylı miras qalmış mənzildə onun vərəsəlik payının müəyyən edilməsi, X1nun vəfatından sonra Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62.30 m2 olan 3 otaqdan ibarət 15 saylı miras qalmış mənzildə onun vərəsəlik payının üzərində əmlak hüququnun dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun X1 xx.xx.2012-ci ildə, anası X40 isə xx.xx.2004-cü ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında ona məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62.30 m2 olan 3 otaqdan ibarət 15 saylı mənzil miras qalmışdır. Miras əmlakdan ona qanun üzrə vərəsə kimi düşən payla bağlı xx.xx.2025-ci il tarixdə Cavabdeh1na müraciət etmişdir. Notariat kontorundan verilən xx.xx.2025-ci il tarixli, 1207 nömrəli məktubda bildirilmişdir ki, o, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində müraciət etmədiyindən vərəsələr sırasına daxil edilməmiş və həmin mənzilə dair Sumqayıt 1 saylı notariat ofisində X2 1/3 hissədə xx.xx.2020-ci il tarixdə, 2V-94 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, oğlu X16 düşən 1/3 hissəsi və nəvəsi X34 düşən 1/3 hissəsi açıq saxlanılmışdır. Bildirir ki, X7 və X23 altı övladı var – İddiaçı, X8, X24, X29 (xx.xx.1986-ildə vəfat edib), X25 və X15. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Müstəqil tələb irəli sürən üçüncü şəxs X22 cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, 15 saylı mənzilin 1/3 hissəsinə dair cavabdeh X2 verilən qanun üzrə vərəsəlik şəhadətnaməsi və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62.30 m2 olan 3 otaqdan ibarət 15 saylı miras qalmış mənzildə onun vərəsəlik payının müəyyən edilməsi, X1nun vəfatından sonra Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62.30 m2 olan 3 otaqdan ibarət 15 saylı miras qalmış mənzildə onun vərəsəlik payının üzərində əmlak hüququnun dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Müstəqil tələb irəli sürən üçüncü şəxs X22 iddia tələbini onunla əsaslanıdrmışdır ki, onun X1 xx.xx.2012-ci ildə, anası X40 isə xx.xx.2004-cü ildə vəfat etmişlər. Atası vəfat etdikdən sonra xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında ona məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62,30 m2 olan 3 otaqdan ibarət 15 saylı mənzil miras qalmışdır. Miras əmlakdan ona qanun üzrə vərəsə kimi düşən payla bağlı xx.xx.2015-ci ildə Cavabdeh1na məhrum X1ndan miras qalmış Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62,30 m 2 olan 3 otaqdan ibarət 15 saylı mənzildən qanun üzrə vərəsə kimi ona çatası paya vərəselik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Notariat kontoru tərəfindən mirasın qəbulu müddətinin ötürülməsi əlaqədar ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra o, buraxılmış müddətin uzadılması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-213/2021 nömrəli, xx.xx.2021-ci il tarixri qətnaməsi ilə iddiası rədd edilmişdir. Ona qanun üzrə vərəsə kimi düşən pay isə hal-hazıradək açıq saxlanılmışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

b) iddia tələblərinə qarşı etiraz

5. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 xx.xx.2025-ci il tarixdə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, 2(060)-5407/2025 saylı iş üzrə iddiaçı X5 cavabdehlər Cavabdeh2, Sumqayıt şəhər 1 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26, Xudiyeva (İsgəndərova) Lena İsmixan qızı, X45, X9 qarşı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, 15 saylı mənzilin 1/3 hissəsinə dair cavahdeh Cavabdeh2 verilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, 15 saylı mənzilin üzərində iddiaçının vərəsəlik payının müəyyən edilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, 15 saylı mənzilin üzərində iddiaçının vərəsəlik payı üzərində əmlak hüququnun dövlət qeydiyyatına alınmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 1 1-ci mikrorayon, ev 22, 15 saylı mənzil atası X6 miras qalmışdır və atasının ölümündən sonra miras əmlak üzərində Cavabdeh2 1/3 hissədə payı müəyyən edilərkən notariat kontoru iddiaçının qanun üzrə vərəsə qismində çağırılması üçün tədbirlər görmədiyindən qanuni hüquqlarından məhrum edildiyinə görə cavabdehə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun hüquqi nəticələri etibarsız hesab edilməli və miras əmlak üzərində iddiaçının qanun üzrə miras payı müəyyən edilməlidir. Hüquqi əsas kimi AR Mülki Məcəlləsinin 152,1. 1133.1,1321.1-ci maddələrinə və “Notariat haqqında” Qanunun 51, 55, 59 və sair qanun aktlarına istinad etmişdir. Cavabdeh X10 hesab edir ki, iddia tələbi qanunsuz və əsasız olduğu üçün aşağıdakı əsaslara görə rədd edilməlidir: Mülki işin faktiki hallarından məlumdur ki, miras qoyan X21 xx.xx.2012-ci ildə vəfat etmişdir. Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, 15 saylı mənzil iddiaçının və cavabdehin atası X6 miras qalmışdır. Miras qoyan şəxsin 6 övladı vardır: hazırkı iddiaçı, cavabdeh, X26, Xudiyeva (İsgəndərova) Lena İsmixan qızı, X30 (vəfat etmişdir), X17. Sumqayıt şəhər 1 saylı Notariat ofisində həmin mənzilə dair 1/3 hissədə Cavabdeh2 xx.xx.2020-ci il tarixdə, 2V-94 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş, X18 1/3 hissə və nəvə X35 düşən 1/3 hissədə açıq saxlanılmışdır. Qanun üzrə vərəsə X18 dair miras əmlakın 1/3 hissənin qəbul edilməsinə dair iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2131/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Miras payda açıq qalmış X35 düşən 1/3 hissə də həmin vərəsə tərəfindən qəbul edilməmiş və vərəsəlik şəhadətnaməsi alınmamışdır. İddiaçı X19 anaları vəfat etdikdən sonra ondan qalan miras əmlakı atasının sağlığında qəbul etmişdir. Miras əmlakı o bütöv qəbul etmişdir. Miras qoyan şəxs 2012-ci ildə rəhmətə gedəndə qanun üzrə bütün vərəsələr dəfndə, digər yas mərasimlərində iştirak etmişlər və bu halı təsdiq edən şəxslər məhkəməyə şahid qismində dəvət oluna bilər. Vərəsələr atalarından miras əmlak olduğunu bilmiş və həmin zaman qüvvədə olan mülki normanın tələbinə əsasən qanunla nəzərdə tutulan müddət ərzində notariusa müraciət etməmiş və faktiki qəbul etməmişlər. İddiaçı isə Sumqayıt şəhərində yaşamışdır və məlumatı olmuşdur. Belə olan halda notarius tərəfindən digər vərəsələrin xəbərdar edilməsinə lüzum olmamışdır. Hesab edirlər ki, miras əmlaka dair qanun üzrə vərəsələrə şəhadətnamə verilərkən notarius tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh2 verilmiş vərəsəlik şəhadətnaməsi ləğv edilə bilməz. AR Mülki Məcəllənin 2020-ci ildə qüvvədə olmuş 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasm qəbuluna yol verilmir. Miras payı açıq saxlanılmış X13 Cavabdeh1na qarşı Cavabdeh2 və X36 maraqlı şəxslər qismində cəlb edilməklə miras payın qəbulu üçün” buraxılmış müddətin uzadılması” tələbinə dair iddiası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2131/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədə X26 göstərmişdir ki, iddia qaldırmasına səbəb vərəsələr arasında razılığa gələ bilməmələri, aralarında mübahisənin yaranması, digər vərəsələrin miras əmlakı qəbul etmək üçün gəlməmələri olmuşdur. Preyudisial qüvvəyə malik qətnamə ilə müəyyən edilmişdir ki, vərəsələr miras əmlakın və mirası qəbul etmələrini bilməli olduqları halda qanunla nəzərdə tutulan müddət ərzində qəbul etməmişlər. Həmin qətnamənin müddəaları digər vərəsələrə də şamil edilməlidir. AR Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, İsmixan İskəndərov xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İsmixanın vəfatından sonra 6 vərəsəsi qalmışdır. Cavabdeh Zülfiyyə İskəndərova 1/3 hissədə payı müəyyən edilməklə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Tofiq İskəndərova düşən 1/3 hissə pay isə açıq saxlanılmışdır. Bildirir ki, notariat işində rəsmi imtina yoxdursa, şəxs vərəsəlikdən məhrum edilə bilməz. Miras əmlakla bağlı hər hansı şəxsin müraciəti olarsa bu müddət bərpa edilməlidir. Göründüyü kimi digər vərəsələr öz paylarından məhrum olmuşlar. Ona görə də notariat orqanının tərtib etdiyi qanun üzrə vərəsəlik şəhadətnamə və onun əsasında verilmiş çıxarış ləğv edilməli, miras altı vərəsə arasında bölünməlidir. Tofiq İskəndərov özü də 2015-ci ildə notariusa müraciət edərkən sağ vərəsələrin olduğunu notariat orqanına bildirmişdir. Lakin notarius həmin şəxsləri dəvət etməmişdir. Notarius həmin vaxt vərəsələrin dairəsini dəqiq müəyyən etməli idi. Əgər vərəsələr istəyərsə miras paylarından imtina edə və ya bu payı qəbul edə bilərdilər. Müraciət etməyən şəxsin payı nəzərə alınmaqla vərəsəlik məsələsi nəzərə alınmalı idi. Notarius isə qanunvericiliyin tələbini pozaraq Forma-2 arayışa əsaslanmış, evdə qeydiyyatda olan şəxsə münasibətdə qanun üzrə vərəsəlik şəhadətnaməsini tərtib etmişdir. Qeyd edir ki, Mülki Məcəllənin 1243-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə görə vərəsə miras əmlakdan rəsmi qaydada imtina etmirsə, mirası qəbul etmiş sayılır. Hesab edir ki, qanunun yeni müddəası hazırkı iddia tələbinə tətbiq edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına münasibətdə bildirdi ki, həmin tələb də mahiyyətcə onların tələbi ilə eynidir. Odur ki, iddia tələblərinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələblərini qəbul etmir. İsmixan İsgəndərov 2012-ci ildə vəfat etmişdir. Notariusa müraciət 2015-ci ildə olmuşdur. Forma-2 arayışında da 2 nəfər şəxsin adı qeyd olunmuşdur. Digər vərəsələr notariusa 3 ay ərzində müraciət edilməli idi. Lakin belə bir müraciət olmamışdır. İsmixan İsgəndərov vəfat etdiyi vaxt yas mərasimdə bütün övladlar iştirak etmiş, aralarında miras bölgüsü aparmışlar. Yəni bütün tərəflər xəbərdar olmuşlar. Mülki Məcəllənin 1246-cı maddəsinin preyudisial norma kimi tətbiqinə dair qətnamə mövcuddur. Onu da qeyd edir ki, hazırkı iş üzrə notariat orqanının nümayəndəsinin dindirilməsi vacibdir. Qarşı tərəf istinad etdiyi norma məcburi hüquqi qüvvəyə malik deyildir. Hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar yenidən məhkəmədə müzakirə edilə və eyni hala dair yeni bir qətnamə qəbul edilə bilməz. Tofiq İskəndərov buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət etmiş, iddiası təmin edilməmişdir. Odur ki, Tofiq İskəndərov vərəsə ola bilməz. Eyni tərəflər arasında və eyni predmet üzrə işə yenidən baxıla bilməz. Bundan başqa iddiaçı tərəf iddia tələbini notariat hərəkətlərinin düzgün aparılmaması ilə əlaqələndirir. Yəni iddia edir ki, vərəsələrə lazimi qaydada məlumat verməmişdir. “Notariat haqqında” qanunun müddəalarına əsasən notarius yalnız qaib vərəsələrin axtarılması üçün tədbirlər görməlidir. Mərhumun vərəsələri yas mərasimində iştirak etmişdir. Qanunun geriyə qüvvəsi isə digər tərəfin vəziyyətini ağırlaşdırdığı təqdirdə şamil olunmur. Hesab edir ki, qanuna edilmiş dəyişiklik hazırkı iddiaya tətbiq edilməməlidir. Belə ki, bu, məhkəmə təcrübəsində xaos yaradar. Odur ki, qeyd edilənlərə əsasən hər iki tələbin rədd edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddianı qəbul etmir. Vəkilinin dediklərini təsdiq edir. Bütün qardaş və bacıları atalarının yas mərasimində iştirak etmişlər. Mənzillə bağlı bu qədər vaxt keçdikdən sonra mübahisə açılmasını başa düşmür. İddia tələblərinin rədd edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X12 etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, mübahisəli mənzildən onlara düşən payı istəyirlər. Ona görə də tələblərini müdafiə edir və təmin edilməsini xahiş edir.

11. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən X44 izahat verərək bildirdi ki, onun atası Arif İskəndərov tez vəfat etdiyindən babası hazırkı yaşadığı evi ona vəsiyyət etmişdir. Babası vaxtilə Cavabdeh2 qarşı məhkəmədə iddia qaldırmışdır. O, istəyir ki, bütün vərəsələr iclasa gəlsinlər və onun dediklərinə münasibət bildirsinlər. Məhkəmə qərarı ilə ona mübahisələndirilən əmlakda yaşayış yeri verilmişdir. Belə ki, vəsiyyətnamə mövcuddur. Lakin notarial qaydada təsdiqlənməmişdir. Babası evi ona vəsiyyət edərkən bütün tərəflər bunu bilmiş və qarşı tərəf də evin onda qalmasına razılaşmışdır. Onu da bildirir ki, babasının yas mərasimi olmuş və həmin yasda bibiləri iştirak etmişlər. Bundan başqa babası sağlığında bütün övladlarına əmlak vermişdir. Hər kəs özünə düşən payı almışdır. Onlar həmişə mehriban olmuşlar, heç bir mübahisə yaşamamışlar. Lakin sonradan bibisi Dilarə ilə Zülfiyyə arasında mübahisə yaranmışdır. Məhkəmədən səfirliyə sənəd təqdim edilməsi ilə bağlı işin yekunlaşdırılmasını xahiş edir.

12. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürən üçüncü şəxs X22 iddia tələbinə dair izahat verərək bildirmiş ki, onların əvvəl bacı və qardaş kimi münasibətləri yaxşı olmuşdur. Bu məsələdə əvvəl öz aralarında razılaşmaya gəlmək istəmişlər. Lakin sonradan münasibətləri pozulmuş və məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin 15 saylı miras qalmış mənzildə onun da vərəsəlik payının müəyyən edilməsini istəyir.

13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq Sumqayıt şəhər 1 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələri, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xudiyeva (İskəndərova) Lena İsmixan qızı və X15 məhkəmə iclasına gəlməmiş, Sumqayıt şəhər 1 saylı notariat ofisi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər şəxslər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddələrinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

14. İ-ЗЖ seriyalı, 267999 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində doğulmuşdur. X1, anası X31r.

15. İ-ЗЖ seriyalı, 405675 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.1961-cı ildə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində doğulmuşdur. X1, anası X31r.

16. İ-ЗЖ seriyalı, 815963 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.1965-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində doğulmuşdur. X1, anası X31r.

17. xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsindən surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22 ünvanında yerləşən 15 saylı mənzil X3 adına 14 nömrəli reyestr kitabında 757 reyestr nömrəsi ilə qeydə alınmışdır.

18. AZ-İ seriyalı, 475132 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X41 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir.

19. AZ-İ seriyalı, 527319 nömrəli ölüm haqqında şəhadətnamədən təsdiq edilmiş surətindən görünür ki, X21 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.

20. xx.xx.2015-ci il tarixli X26 tərəfindən 1 saylı notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, X26 atası xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, 15 saylı mənzili miras əmlak kimi qəbul etdiyini bildirmişdir.

21. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 tərəfindən notariat ofisinə verilmiş 8İ-1404 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh2 atası xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakı qəbul etdiyini bildirərək ona həmin əmlakdan çatası paya qanun qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verilməsini xahiş etmişdir.

22. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 2-də Cavabdeh2 və X45 qeydiyyatdadır.

23. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin 15 saylı mənzili tam mülkiyyət hüququ üzrə X11 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı notariat ofisinin X2 ünvanladığı 421 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ona bütün əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Belə ki, 22 dekabr 2015-ci ildə qardaşı Tofiq İskəndərov miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə ərizə vermiş, lakin müddəti buraxdığı üçün ona imtina verilmişdir. Təqdim edilən sənədlərdən görünür ki, həmin mənzildə vəfat edən qardaşı X32 İskəndərov daimi qeydiyyatdadır və faktiki miras əmlakı qəbul etsə də, o, miras əmlaka dair heç bir münasibət bildirməmişdir. Dediyinə görə notariat ofisinə gəlməkdən imtina edir. O, miras əmlakın hamısına iddia edir. Qeyd edilənlərə, Notariat haqda qanunun 40-cı maddəsinə əsasən ona tam paya vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

25. xx.xx.2020-ci il tarixli Cavabdeh2 tərəfindən 1 saylı notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh2 atası xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 miras qalmış ünvan 2-də yerləşən 3 otaqlı mənzilə 1/3 hissədə pay verilməsini xahiş etmiş və digər vərəsələrin payının açıq saxlanılmasına razı olduğunu bildirmişdir.

26. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə ölmüş X11 vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X14 verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62.3 kv.m olan 3 otaqlı mənzildən ibarətdir. Qalan əmlakın 2/3 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.

27. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin 15 saylı mənzildən 1/3 hissə mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.

28. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2131/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X13 Cavabdeh1na qarşı Cavabdeh2 və X45 maraqlı şəxslər qismində işə cəlb etməklə buraxılmış müddətin uzadılması tələbinə dair iddiası rədd edilmişdir.

29. Sumqayıt Apellyasiya Məhkəməsininn Mülki Kollegiyasınının 2(105)-1933/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X13 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2131/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 1207 nömrəli məktubundan görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Sumqayıt şəhəri, 11-ci mikrorayonda 22 nömrəli binada yerləşən 15 nömrəli mənzilə dair Sumqayıt şəhəri 1 saylı notariat ofisində Cavabdeh2 1/3 hissədə xx.xx.2020-ci il tarixdə 2V-94 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin, həmin əmlakın oğlu-X18 düşən 1/3 hissəsi və nəvəsi-X35 düşən 1/3 hissəsi açıq saxlanılmışdır. İddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində müraciət etmədiyi üçün vərəsələr sırasına daxil olmadığı, bu səbəbdən xx.xx.2020-ci il tarixli, 2V-94 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri məhkəməyə müraciət etməklə mübahisələndirmək hüququ izah edilmişdir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı notariat ofisinin 1203 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Sumqayıt şəhəri, 11-ci mikrorayonda 22 nömrəli binada yerləşən 15 nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı oğlu X22 tərəfindən xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər 1 saylı notariat ofisinə ərizə ilə müraciəti daxil olmuşdur. Beiə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İskəndərova Diİarə İsmixan qızı mirasın qəbulu müddətini ötürmüş, mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Yuxanda qeyd olunanları nəzərə alaraq '‘Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin 1-ci bəndini tələbinə əsasən vərəsəlik hüququ haqqında verilməsindən imtina edilmişdir.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı notariat ofisinin 1208 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Sumqayıt şəhəri, 11-ci mikrorayonda 22 nömrəli binada yerləşən 15 nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı qızı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər 1 saylı notariat ofisinə ərizə ilə müraciəti daxil olmuşdur. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İskəndərova Diİarə İsmixan qızı mirasın qəbulu müddətini ötürmüş, mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Yuxanda qeyd olunanları nəzərə alaraq '‘Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin 1-ci bəndini tələbinə əsasən vərəsəlik hüququ haqqında verilməsindən imtina edilmişdir.

32. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19 iyun 2025-cil tarixli, 3-21-3-31/2-2033/2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22 ünvanında yeriəşən 15 saylı mənzil X11 adına qeydiyyata alınaraq xx.xx.1990-cı il tarixli, 757 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, sonradan qeydiyyat vəsiqəsinin itirilməsi ilə əlaqədar mərhum X11 adından çıxış edən vərəsəsi Cavabdeh2 tərəfindən təqdim olunmuş Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, 124-3146-1120 nömrəli arayışı və elan verilmiş qəzet əsasında mərhum X11 adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 2V-94 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən mənzil üzərində Cavabdeh2 1/3 hissə (2/3 hissə açıq pay saxlanılmışdır) paylı mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

b) tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarı: “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar”.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli Qərarı: “...bu normanın mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir”.

36. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.”

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3-cü maddəsinə əsasən isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

c) məhkəmə baxışının hədləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

39. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyərək belə qənaətə gəlir ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbləri əsassızdır və təmin edilməməlidir.

40. Məhkəmə iddiaçının tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

41. Belə ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur.

42. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir.

43. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəlı gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.

44. İş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayonda 22 nömrəli binada yerləşən 15 nömrəli mənzil (mübahisə predmeti olan əmlak) İsmixan İsgəndərova məxsus olmuşdur. Həmin şəxs xx.xx.2012-ci ildə vəfat etmişdir. Mərhumun həyat yoldaşı və altı övladından biri onun sağlığında vəfat etmiş, onun vərəsələri 5 övladı və nəvəsi (vəfat etmiş oğlunun övladı) olmuşdur.

45. 2020-ci ildə mirasa faktiki sahiblik edən Cavabdeh2 notariat orqanına müraciət etmiş, notariat orqanı Tofiq İskəndərov 2015-ci ildə müraciətinin olmasını və mirasa Azər İsgəndərovun da faktiki sahiblik etməsini nəzərə alaraq həmin mənzilin 1/3 hissəsinə dair Cavabdeh2 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir.

46. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın" 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin Təlimatın 96-cı bəndinin 4-cü hissəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

47. Göründüyü kimi Cavabdeh2 qanunvericiliklə onun hüququ olaraq müəyyən edilmiş qaydada, vərəsə kimi mərhum atasından miras qalmış əmlakın qəbul edilməsi üçün ərizə ilə notariusa müraciət etmiş və bunun əsasında ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O cümlədən, notariat işində olan çıxarışdan və elektron məhkəmə informasiya sistemindən görünür ki, o, həmin ünvanda 2002-ci ildən qeydiyyatda olmuşdur.

48. Həmçinin, notariat işinə nəzər yetirdikdə müəyyən olunur, notarius tərəfindən qanunvericiliyin müvafiq tələblərinə əməl edilməklə bütün zəruri hərəkətlər edilmiş və miras əmlaka dair müvafiq şəhadətnamə verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməsi üçün əsaslar yoxdur, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

49. Məhkəmə iddia tələbinin mübahisə predmeti olan mənzilə dair Cavabdeh2 verilmiş çıxarışın etibarsız hesab edilməsi ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilə bilməz, nəzərə alınmalıdır ki, həmin tələb ilkin tələbdən törəmə tələbdir, buna görə də, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

50. Məhkəmə iddia tələbinin miras əmlakda payın müəyyən edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı keçən 13 il ərzində hərəkətsizlik nümayiş etdirmişdir.

51. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Adıçəkilən qərarda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.

54. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

55. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

56. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

57. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı mərhumun yas mərasimində iştirak etmiş, Sumqayıt şəhərində yaşamaqla mirasın açılmasından xəbərdar olmuşdur. İddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, mübahisəli mənzilə dair digər vərəsələrin miras əmlak üzərində paylarının müəyyən olunması ilə paylı mülkiyyət hüququnun rəsmi reyestrdə dövlət qeydiyyatına alındığı, iddiaçının özünün isə mirasın açılmasından vaxtında xəbərdar olmasına baxmayaraq qanunla nəzərdə tutulan müddət ərzində vərəsəliklə bağlı müvafiq orqana müraciət etmədiyi bir vəziyyətdə, həmin əmlakın faktiki qəbul edilməsinə dair sübutetmə vəzifəsi yaranır. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı buna dair sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir.

58. İddiaçı hazırda mirasın qəbulu ilə bağlı müddətin qüvvədən düşmüş hesab edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarına istina etsə də, məhkəmə qeyd edir ki, qanunun geriyə qüvvəsinin olmaması (non retroaktivlik) fundamental prinsipdir. Həmçinin, Konstitusiya Məhkəməsi özü də Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil edilməsini qərara almışdır. Odur ki, hazırkı mübahisəyə həmin Qərarın tətbiqi hüquqi müəyyənlik prinsipini pozar və cavabdehin mülkiyyət hüquqlarının qeyri-əsaslı şəkildə təhlükəyə atmış olar.

59. Məhkəmə iddia tələbinin iddiaçının hüquqlarının miras əmlakda paya dair dövlət qeydiyyatının alınması ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilə bilməz, nəzərə alınmalıdır ki, həmin tələb ilkin tələbdən törəmə tələbdir, buna görə də, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

60. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

61. Belə ki, Tofiq İskəndərov 2015-ci ildə miras əmlaka dair notariat orqanına müraciət etmiş, miras əmlakı qəbul etmək barədə iradəsini ifadə etmişdir. Lakin notariat orqanı mirasın qəbulu müddətini ötürdüyündən və mirası faktiki olaraq qəbul etməsinə dair sübutları əlavə etmədiyindən bundan imtina etmiş, müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. 2021-ci ildə Tofiq İskəndərov müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etmiş, lakin iddiası rədd edilmişdir.

62. Qanunvericiliyə əsasən bəzi hallar var ki, tərəflər həmin hallarda sübutetmə yükündən azaddır. Bu hallara faktın etirafı (Maddə 106.3), iddia tələbinin etirafı (Maddə 52.2, 191), hamıya bəlli olan hallar (Maddə 82.1), preyudisial qərarlarla müəyyən edilmiş hallar (maddə 82.3, 82.4) və s. aid etmək olar.

63. Mülki prosessual qanunvericiliyin preyudisiallıqla bağlı normalarına əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər üçün preyudisiallıq kəsb edir (MPM-in 82.3-cü maddəsi). Normadan göründüyü kimi hər hansı şəxs bir mülki işdə iştirak edirsə, işdə iştirak edən digər şəxslərin tərkibindən asılı olmayaraq həmin iş üzrə müəyyən edilən hallar həmin şəxs üçün başqa işdə preyudisial əhəmiyyətə malik olur və yenidən mübahisələndirilə bilməz.

64. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqelərə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

65. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

66. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.

67. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Tofiq İskəndərovun miras əmlakı qəbul etmə müddəti uzadılmamış və onun vərəsə kimi mirası qəbul etmək hüququnun olmadığı faktı qəti olaraq həll edilmişdir (res judicata). Odur ki, Tofiq İskəndərov miras əmlakla bağlı vərəsə olmaq hüququ təsbit edilmədiyindən onun hazırkı iddia tələbinin, yəni vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və miras əmlakda payının müəyyən edilməsi tələblərini irəli sürülməsində ümumiyyətlə subyektiv hüququ olmamışdır.

68. Bundan başqa iddia həmin hissələrində rədd edildiyindən, digər hissələrdə tələbin müzakirəsinə prosessual qənaət baxımından zərurət görmür.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

70. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Sumqayıt şəhər 1 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, Xudiyeva (İskəndərova) Lena İsmixan qızı, X44 və X15 olmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər Cavabdeh2, Sumqayıt şəhər 1 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tələblərinə təmin edilməməlidir.

71. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, tələblər təmin olunmadığından, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

Nəticə hissəsi:

72. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh2, Sumqayıt şəhər 1 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, Xudiyeva (İskəndərova) Lena İsmixan qızı, X44 və X15 olmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər Cavabdeh2, Sumqayıt şəhər 1 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar