Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5409/2025 05.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlu, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Messenat Holdinq "Azərikimya İstehsalat və X2" ASC-nin *32356 nömrəli depo hesabından çıxarışın xx.xx.1949-cu ildə Naxçıvan MR, ünvan 1 ünvanda qeydiyyatda olan Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizədə maraqlı şəxs kimi Maraqlı şəxs ünvanı qeyd olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki iş materiallarından görünür ki, ərizəyə 1**,6* manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Lakin Ərizəçi tərəfindən ödənilmiş həmin rüsum 2(*6*)-4515/2*25 saylı, 21.*6.2*25-ci il tarixli qərardadla Dövlət Büdcəsindən ərizəçiyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, həmin ərizəyə görə 18.*6.2*25-ci il tarixdə ödənilmiş 1**,6* manat məbləğində dövlət rüsumu 2(*6*)-4515/2*25 saylı, 21.*6.2*25-ci il tarixli qərardadla Dövlət Büdcəsindən ərizəçiyə geri qaytarılması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçinın (maraqlı şəxs: Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən 18.*6.2*25-ci il tarixdə “eManat” ödəniş terminalı vasitəsi ilə müvafiq olaraq 181958*784 nömrəli qəbzlə ödənilmiş 1**,6* manat dövlət rüsumu 2(*6*)- 4515/2*25 saylı, 21.*6.2*25-ci il tarixli qərardadla Dövlət Büdcəsindən ərizəçiyə qaytarılması nəzərə alınsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-5409/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5409/2025
05.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver